SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyanın qohumu etiraf elədi: suyu Azərbaycana axmağa qoymayacağıq

© Sputnik / Murad OrujovОбмеление реки Куры
Обмеление реки Куры - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarına axan su mənbələrinin qarşısını kəsməsi ilk hal deyil

BAKI, 13 sentyabr — Sputnik. Ermənistan Parlamentinin “Mənim addımım” fraksiyasının deputatı, baş nazir Nikol Paşinyanın qohumu Sipan Paşinyan Tavuş vilayətindəki sərhədyanı Doveq kəndində nasos stansiyasının açılmasından danışarkən fəxrlə bildirib ki, bundan sonra çayın suyu Azərbaycana axmayacaq.

Bu barədə Sputnik Ermənistan yazıb.

Deputat deyib ki, kənddə həyətyanı torpaqların ümumi sahəsi 42 hektardır. Bunlardan 5 hektarı çayın təbii axını ilə suvarılır. Daxili irriqasiya qurğusu da var. Ancaq suyun çatışmazlığından 37 hektarın ancaq 10%-i suvarılır. Ona görə də nasos stansiyası yenidən işə salınır.

“İşlər davam edir, son ştrixlər qalıb. Tezliklə bitirəcəyik. Bundan sonra su Azərbaycana çatana qədər bizim kəndlilər ondan istifadə edəcəklər”, - deputat deyib.

Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarına axan su mənbələrinin qarşısını kəsməsi ilk hal deyil. İllərdir işğal altında saxladığı Sərsəng su anbarına nəzarət edən Ermənistan tərəfi sərhədyanı, eləcə Qarabağdakı rayonlarımızın kəndlərini susuz qoyub. Bundan başqa, ərazisindən axan Araz çayına da külli miqdarda zəhərli tullantı atır. 

Xəbər lenti
0