Atəşkəsin pozulması nəticəsində dağılan ev, arxiv şəkli

Ermənistan ordusu bir neçə istiqamətdən atəşkəsi pozdu

10
(Yenilənib 09:57 09.09.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 51 dəfə pozub

BAKI, 9 sentyabr — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

10
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1127)
Əlaqədar
"Təhlükəsizlik baxımından bizim üçün Türkiyənin önəmi qiymətsizdir" – Azərbaycanlı general
İran təkzib etdi – Ərazimizdən Ermənistana hərbi texnika daşınmır
Ermənistan ordusu pulemyotlarla mövqelərimizi atəşə tutdu
İtaliya mediası Anna Akopyanı ifşa etdi
Avropa Şurası rəhbərliyinə Ermənistanı ifşa edən məktub göndərildi
Füzuli rayonunda dağıdılmış məscid, arxiv şəkli

Ermənilər daha bir məscidimizi tövləyə çeviriblər - VİDEO

2
(Yenilənib 14:31 26.11.2020)
Anar Kərimov: "Kaş ki Fransa Senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib".

BAKI, 26 noyabr — Sputnik. Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal zamanı daha bir məscidimizə qarşı etdiyi vandalizm hərəkətləri barədə yazıb. Sputnik Azərbaycan xəbər verir ki, o, bu barədə "Twitter" hesabında paylaşım edib.

"Kaş ki Fransa Senatı birtərəfli və son dərəcə siyasiləşdirilmiş qərarlar qəbul etmək əvəzinə, gəlib ermənilərin Qarabağ ərazilərində nə etdiklərinə baxardılar. Füzuli rayonunda XIX əsrə aid olan Merdinli kənd məscidi tövləyə çevrilib".

Kadrlardan məsciddə karikatura çəkilməsini görmək mümkündür.

2
Teqlər:
video, erməni vandalizmi, tövlə, məscid, Füzuli
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1127)
Azərbaycan Milli Məclisinin binası

Milli Məclis Fransa Senatına etiraz bəyanatı qəbul etdi: MÜDDƏALAR

120
Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Milli Məclis noyabrın 25-də Fransa Senatının Fransa hökumətini qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bəyanatı deputat Cavanşir Feyziyev təqdim edib.

Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının qəbul etdiyi qətnaməyə etiraz bəyanatı qəbul edilib.

Azərbaycan parlamentinin bəyanatında qətnamə pislənilir və qeyd edilir ki, bu sənəd beynəlxalq hüququn əsas norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.

Azərbaycan Milli Məclisi Azərbaycan Hökumətinə aşağıdakılar ilə bağlı çağırış edir.

- Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin.

- Azərbaycan ilə Fransa arasında mövcud siyasi münasibətlərə yenidən baxılsın.

- Azərbaycan ilə Fransa arasında mövcud iqtisadi əlaqələr dərindən təhlil edilərək müvafiq tədbirlər görülsün. 

Xatırladaq ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

120
Teqlər:
bəyanat, etiraz, qətnamə, Senat, Fransa, Milli Məclis
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1127)