CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistan ordusu pulemyotlarla mövqelərimizi atəşə tutdu

© AFP 2023 / ARIS MESSINISПулеметная лента, фото из архива
Пулеметная лента, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 50 dəfə pozub.

BAKI, 7 sentyabr — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər lenti
0