BAKI, 5 sentyabr — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
BAKI, 20 yanvar - Sputnik. Çin Xarici İşlər Nazirliyi Amerikanın 28 "anti-Çin siyasətçisinə" qarşı sanksiya tətbiq edib.
Sputnik-in məlumatına görə, Pekin onları Çinin maraqlarını və Çin-Amerika münasibətlərini ciddi təhlükə altına qoyan "bir sıra axmaq addımların atılmasında", Çin xalqını təhqir etməkdə və ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.
Qeyd edək ki, sanksiya tətbiq edilənlərin sırasında Mayk Pompeo, Peter Navarro, Con Bolton, Stiv Bennon da var.
Çinlə ABŞ-ın münasibətləri Donald Trampın hakimiyyəti zamanı daha çox korlanıb. Çinin səbrini daşıran damla isə, çox güman ki, bu yaxınlarda dövlət katibi Mayk Pompeonun koronavirusun Çin laboratoriyalarında hazırlandığı barədə bəyanatı olub.
BAKI, 20 yanvar - Sputnik. Cozef Bayden and içərək ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb.
"Mən, Co Bayden, təntənəli surətdə and içirəm ki, Birləşmiş Ştatlar Prezidentinin vəzifələrini vicdanla yerinə yetirəcəm, Birləşmiş Ştatların Konstitusiyasını dəstəkləyəcəm, qoruyacam", - Bayden sağ əlini qaldırıb, sol əlini də Bibliyanın üzərinə qoyaraq and içib.
"Bu, Amerikanın, demokratiyanın qələbə çaldığı gündür. Tarixi gün və yenilənməyə ümid günüdür. Bu gün biz namizədin deyil, məqsədin qələbəsini qeyd edirik. Məqsəd - demokratya idi. Xalqın iradəsi eşidildi. Biz yenidən anladıq ki, demokratiya dəyərlidir, kövrəkdir. İndi isə, dostlar, demokratiya qələbə çaldı", - Bayden deyib.
Joe Biden was sworn in as the 46th president of the United States during a ceremony at a heavily protected U.S. Capitol, ending the tumultuous four-year presidency of his Republican predecessor Donald Trump https://t.co/eHQyFvSxsG pic.twitter.com/H8oqYpRzbN
— Reuters (@Reuters) January 20, 2021
Yeni prezident irqçiliyə qarşı çıxaraq ona qalib gələcəyini də söz verib. O, bütün qəlbi ilə amerikalıların birliyinə çalışacağını deyib.
"Amerikanın yaralarını sararaq gələcəyini təmin etmək üçün, bütün bu çağırışların öhdəsindən gəlmək üçün sözlərdən çox böyük bir şeyə ehtiyac var - birliyə... Bu yanvar günündə mənim ruhum ancaq buna can atır - Amerikanı, xalqı, millətimizi birləşdirməyə. Hər bir amerikalını bu məqsəd uğrunda mənimlə birləşməyə çağırıram", - Bayden xalqa mnüraciətində söyləyib.
.@JoeBiden leads a moment of silent prayer for the American lives lost to the coronavirus pandemic. #Inauguration2021 pic.twitter.com/kZN8VUfD3z
— TODAY (@TODAYshow) January 20, 2021
Öncəki prezident Donald Tramp kimi, Bayden da "bütün amerikalıların prezidenti olacağına" söz verib. Həmçinin ona səs verməyənlərə görə də mübarizə aparacağını deyib.
78 yaşlı demokrat Bayden ABŞ-ın 46-cı prezidenti oldu. O, 2020-ci il noyabrın 3-də keçirilən seçkilərdə ikinci dəfə namizədliyini vermiş Donald Trampa qalib gəlib. Tramp Baydenin andiçmə mərasimində iştirak etməyib və Ağ Evi tərk edərək Floridaya uçub.
BAKI, 20 yanvar - Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndlərdən hələlik heç bir ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariancela Simao deyib.
"Əlimizdə bazarda geniş istifadə olunan peyvənd var. Bu, Pfizer-dir. Və hələlik hazırda istifadə olunan vaksinlərdən heç bir ölüm halının şahidi olmamışıq, - o bildirib.
ÜST nümayəndəsinin sözlərinə görə, bir neçə yan təsirlər qeydə alınıb, məsələn, anafilaktik şok kimi. Bəzi peyvənd olunmuş şəxslərdə isə ciddi allergiyalara meyllilik var. Belə hallarda mütləq tibb müəssisələrində nəzarət altında peyvənd vurdurmaq lazımdır, mütəxəssis söyləyib.
Simao əlavə edib ki, ÜST vaksinlərin istənilən ciddi yan təsirini izləyir və öz tövsiyələrini yeniləyir. Hazırda koronavirus əleyhinə daha 12 preparatı təşkilatın ekspertləri qiymətləndirməlidirlər.