Pulemyot atəşi, arxiv şəkli

Ermənistan Naxçıvan istiqamətində gərginliyi artırıb

19
(Yenilənib 09:44 07.09.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 46 dəfə pozub

 

BAKI, 3 sentyabr — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində, Vayk rayonunun Xndzorud kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

19
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Mövlud Çavuşoğlu: "Ermənistanı ağlını başına toplamağa çağırıram"

16
(Yenilənib 23:33 21.09.2020)
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanı hücumları dayandıraraq, ağlını bağına toplamağa çağırıb.

BAKI, 21 sentyabr — Sputnik. Ermənistanın hücumu nəticəsində bu gün şəhid olan kiçik çavuş Elşən Məmmədova Allahdan rəhmət, ailəsinə və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bu sözlərlə Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib.

Nazir sosial şəbəkə hesabından yazıb:

"Ermənistanı hücumları dayandıraraq, ağlını bağına toplamağa çağırıram. Can Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq".

Xatırladaq ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi hərbi qulluqçusu, 1982-ci il təvəllüdlü kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

16

Prezident siyasi partiyalarla dialoq barədə: Bu, bizim siyasi sistemimizi gücləndirəcək

3
(Yenilənib 22:24 21.09.2020)
İlham Əliyev: "Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib".

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında deyib.

"Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir", - deyə dövlətimizin başçısı bildirib.

3
 Hotel, arxiv şəkli

Pandemiya dövründə mehmanxana restoranlar: problemləri necə həll etməli

0
(Yenilənib 00:16 22.09.2020)
Koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil

BAKI, 22 sentyabr — Sputnik. Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə görülən sərt tədbirlər iqtisadiyyatın bir çox sahələri kimi, restoran və mehmanxana biznesinə də ciddi zərər vurub. Bildirilir ki, sərt karantin tədbirlərindən ən çox onlar əziyyət çəkib.

Ancaq  sentyabrdan karantin rejimi, xüsusilə bu sahə ilə bağlı xeyli yumşaldılıb. Eyni zamanda koronavirusun “ikinci dalğa”sının gözləntiləri fonunda mehmanxana və restoranların yeni şərtlərdə iş perspektivləri hələ də aydın deyil. 

Otel və restoranların fəaliyyətlərinin hansı istiqamətdə dəyişdiyi, dövlətin onlara hansı dəstəyi göstərməsi, müştəri bazasının nə dərəcədə azalması və s. barədə suallara sentyabrın 24-ü saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycan Otellər və Restoranlar Assosiasiyası idarə heyətinin sədri Samir Dübəndi aydınlıq gətirəcək.

Spikerə suallarınızı əvvəlcədən ivelizade@gmail.com elektron poçtuna göndərərək ünvanlaya bilərsiniz.

Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində canlı yayımlanacaq. 

Əlaqə:

Telefonlar: 404-13-84/85

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.

0