Azərbaycan və İtaliya bayraqları, arxiv şəkli

Azərbaycan səfirindən İtaliyanın erməni icmasına cavab

17
(Yenilənib 17:20 01.09.2020)
Diplomat həmin quruma Azərbaycana qarşı ucuz qarayaxma kampaniyası aparmaqdansa, diqqəti müstəqillik illərində Ermənistandakı acınacaqlı daxili siyasi proseslərə yönəltməyi məsləhət görüb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. Ötən həftə İtaliyanın "Politicamente Corretto", "L"Opinione", "Notizie Geopolitiche", "Sicurezza Internazionale", "Sardegnagol", "Kmetro0", "Giornale Diplomatico" kimi mətbuat orqanlarında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin "Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir" sərlövhəsi ilə dərc olunmuş məqaləsi İtaliya erməni icmasını "hiddətləndirib".

Azərbaycanın İtaliyadakı Səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İtaliyada yaşayan ermənilər "Roma Erməni İcması Şurası" adlı qurum adından Azərbaycan səfirinin məqaləsini dərc edən mətbuat orqanlarına etiraz məktubları ünvanlayaraq İtaliya ictimaiyyətini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən yayındırmağa hesablanmış sayıqlamalarla çıxış edib.

Bu xüsusda, erməni tərəfinin məktubunu dərc etmiş mətbuat orqanlarının ("Notizie Geopolitiche, "Giornale Diplomatico", "Politicamente Corretto", "Sardegnagol") redaksiyalarına Azərbaycanın İtaliyadakı səfirinin göndərdiyi cavab məktubu həmin KİV-lərin hər biri tərəfindən dərc olunub.

Məktubunda Azərbaycan səfiri, ilk öncə, həmin mətbuat orqanlarına regionumuzdakı proseslərə göstərdiyi diqqətə, habelə ötən həftə onun məqaləsini dərc etməklə italyan oxucularına bölgədəki vəziyyət haqqında mənzərənin aydın olmasına yaradılan şəraitə görə təşəkkür edib və yalnız bu yolla həqiqətin üzə çıxa biləcəyini söyləyib. Azərbaycan diplomatı onun məqaləsinə erməni tərəfinin "Roma Erməni İcması Şurası" adlı qurum vasitəsilə "cavab" vermək cəhdlərinə münasibətdə isə bildirib ki, bu qurumun Ermənistanın təcavüzkar mahiyyətini inkar etmək üçün heç bir arqument ortaya qoya bilməməsi və diqqəti Azərbaycana qarşı ucuz qarayaxma kampaniyasına yönəltməsi bir tərəfdən Ermənistanın təcavüzkar siyasətini ört-basdır etmək üçün uğursuz cəhdidirsə, digər tərəfdən də Ermənistanın təcavüzkar, Azərbaycanın isə təcavüzə məruz qalan tərəf olmasının etirafıdır.

Diplomat həmin quruma Azərbaycana qarşı ucuz qarayaxma kampaniyası aparmaqdansa, diqqəti müstəqillik illərində Ermənistandakı acınacaqlı daxili siyasi proseslərə yönəltməyi məsləhət görüb.

"Ermənistanın birinci prezidentinin rəhbərlik etdiyi dövr tarixdə Ermənistanın Azərbaycana hərbi təcavüzü, minlərlə insanın ölümü, müharibə cinayətləri, bəşəriyyət əleyhinə cinayətlər, bütün bölgəni çağdaş tarixin ən ağır siyasi, demoqrafik böhranlarından biri ilə üz-üzə qoyması ilə yadda qalıb. Sonradan bu vəziyyətin Ermənistanı dərin böhrana gətirib çıxardığını başa düşən və çıxış yolunu Azərbaycanla sülhün əldə edilməsində görən Ermənistanın birinci prezidenti hərbi-cinayətkar xunta tərəfindən devrilib. Azərbaycana qarşı hərbi təcavüz vaxtı əli mülki azərbaycanlıların qanına batmış Ermənistanın ikinci və üçüncü prezidentlərinin rəhbərlik etdikləri həmin hərbi-cinayətkar xunta isə 20 illik hakimiyyəti dövründə ölkəni bir dövlət kimi məhv olmaq təhlükəsinə sürükləyib. Belə bir acınacaqlı vəziyyətdə xalqın narazılığı və etirazlarından istifadə edərək hakimiyyəti qəsb etmiş hazırkı baş nazir isə ölkədə inqilabi diktatura yaradıb. Artıq heç kəsə sirr deyil ki, erməni xalqının demokratiya gözləntiləri tamamilə puç olub. Qısa müddət ərzində bütün siyasi opponentlərinə, məhkəmə instansiyalarına, mətbuata və qeyri-hökumət təşkilatlarına müharibə elan edən hazırkı baş nazirin adı müxtəlif maliyyə və iqtisadi maxinasiyaları və cinayətlərlə yadda qalıb. 12 iyul tarixində Ermənistanın Azərbaycana qarşı növbəti hərbi avantürası da İrəvan rejiminin elə bu acınacaqlı daxili siyasi vəziyyətdən diqqəti yayındırmaq məqsədi daşıyırdı", - deyə M.Əhmədzadə bildirib.

Azərbaycan diplomatı qeyd edib ki, əslində xaricdə yaşayan diasporun məqsədi öz vətəninin inkişafı və çiçəklənməsi olmalıdır, lakin erməni tərəfində isə bu, tamamilə əksinədir. "Bizim yerləşdiyimiz regiondakı prosesləri düzgün qiymətləndirə bilməyən xaricdəki erməni təşkilatları öz zərərli hərəkətləri ilə Ermənistanı şəxsi ambisiyalarının girovuna çeviriblər. Əgər həqiqətən də erməni diasporu erməni xalqının gələcəyini düşünürsə və Ermənistanı sabit, inkişaf etmiş və çiçəklənən ölkə kimi görmək istəyirsə, birinci növbədə Ermənistanı öz qonşuları ilə normal münasibətlər qurmağa çağırmalıdır. Çünki, heç bir daxili resurslara malik olmayan Ermənistanın gələcəyi bütün qonşuları, ilk növbədə isə Azərbaycanla normal münasibətlərdən keçir. Bunun üçün isə Ermənistan ilk olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən öz silahlı qüvvələrini çıxarmalıdır", - deyə M.Əhmədzadə vurğulayıb.  

Diplomat məktubunu bu fikirlərlə tamamlayıb: "Erməni icması başa düşməlidir ki, aradabir Ermənistana maliyyə ianələri göndərmək heç də Ermənistanı sevmək deyil. Nə bu maliyyə ianələri, nə də Ermənistanın səhvlərini Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla ört-basdır etmək Ermənistanın problemlərini həll etməyəcək. Ermənistanın bu gün yoxsul ölkə olaraq qalması və ağır siyasi, iqtisadi, sosial böhran içində boğulması birbaşa olaraq Azərbaycana qarşı hərbi təcavüzündən irəli gəlir. Kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Ermənistanda bu siyasət dəyişmədikcə bu ölkənin vəziyyəti daha da ağırlaşacaqdır".

Erməni tərəfinin məktubunu dərc etmiş "Giornale Diplomatico" qəzetinin redaksiyasının "Ermənistan və Azərbaycanın silahlı qarşıdurma və mətbuat səhifələrindən bir-birinə qarşı iddialar səsləndirmək əvəzinə danışıqlar masasına oturub problemin sülh yolu həllini tapmağa çağırışına" münasibətdə isə M.Əhmədzadə bildirib: "30 ilə yaxındır ki, Azərbaycan öz ərazilərinin 20 faizinin hərbi cəhətdən işğal olunmasına baxmayaraq, münaqişənin sülh yolu ilə həllinə sadiq olub. Bizim danışıqlarda məqsədimiz münaqişənin həllinə nail olmaq üçün nəticələrə yönəlik substantiv danışıqlar aparmaqdır. Lakin Ermənistanın danışıqlarda məqsədi isə danışıqları uzatmaq və status kvonu saxlamaqdır. Redaksiyanın münaqişənin tezliklə həllinə çağırışını alqışlayırıq, lakin bu çağırış Azərbaycana yox, əraziləri işğal altında saxlayan tərəfə edilməlidir". Azərbaycan diplomatının "Giornale Diplomatico"da dərc olunmuş bu şərhi "Askanews", "Yahoo Notizie", "Yahoo Finanza" kimi KİV-lərin də marağına səbəb olub və onlar tərəfindən də yayılıb.

17
Əlaqədar
Barselonada Azərbaycan Evi açılıb, gürcülər də yararlanacaqlar - FOTO
Təxribat qurbanı olmamaq üçün: Türkiyədəki həmkarlara xəbərdarlıq edildi
Aİ-nin Azərbaycandakı nümayəndəsi və Belçika səfiri XİN-ə çağırıldı
Diaspor Komitəsi xaricdəki azərbaycanlılara müraciət edib: Təxribata uymayın
Belçikada azərbaycanlılara hücum edənlər saxlanılıb
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

“İnterneti partladan böyük hadisə” Tramp əks-hücuma keçdi

6
Respublikaçı senatorlar Ron Conson və Çak Qrasslı Hanter Bayden və partnyorlarının şübhəli keçmişə malik xarici ölkə vətəndaşlarından milyonlarla dollar almasına dair hesabat açıqlayıblar

BAKI, 25 sentyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp Hanter Baydenin Moskvanın sabiq meri Yuri Lujkovun xanımı Yelena Baturina ilə işləməsini “böyük hadisə” adlandırıb.

“Onlar (Baydenlər) Rusiya ilə işlər görüblər. Co Baydenin oğlu... Moskva merinin arvadından 3.5 milyon dollar alıb. Co vitse-prezident olanadək Hanterin heç nəyi yox idi”, - Tramp Mayamidəki seçiciləri qarşısında çıxış edən zaman deyib.

Onun sözlərinə görə, bu, “interneti partladan böyük hadisə”dir.

“Əgər meynstrim KİV-lər bu barədə bir iş görsələr, pis olmazdı”, - mətbuatın Baydenlər haqda qalmaqallı xəbərləri gizlədiklərini zənn edərək daim onları tənqid atəşinə tutan Tramp əlavə edib.

Bir qədər öncə respublikaçı senatorlar Ron Conson və Çak Qrasslı Hanter Bayden və partnyorlarının şübhəli keçmişə malik xarici ölkə vətəndaşlarından milyonlarla dollar almasına dair hesabat açıqlayıblar. Bunların sırasında Yelena Baturina, ukraynalı olixarq Mikola Zloçevski, qazaxıstanlı biznesmen Kenes Rakişev də var. Əlavə olaraq bildirilir ki, Bayden hökumətə bağlı olan Çin vətəndaşları ilə əməkdaşlıqdan da milyonarla gəlir əldə edib.

Tramp bəyan edib ki, demokratların prezidentliyə namizədliyini irəli sürdükləri Co Baydenin oğlunun bütün bu əməliyyatlarından xəbəri olub, buna görə də namizədliyini geri götürməldir. Bayden isə bu xəbərdarlığa qulaq verməyib.

6
Teqlər:
ittiham, mer, Moskva, dollar, milyon, əməkdaşlıq, Rusiya, Co Bayden, Donald Tramp
Əlaqədar
Trampa elə sərt cavab verdilər ki: "Türkiyədə deyilsiniz"
ABŞ prezidenti "WikiLeaks"in qurucusunu bağışlayacaq - bir şərtlə
Dil çaşar, sözün düzünü deyər? Bayden 200 milyon amerikalının öləcəyini bildirib
Tramp Navalnı məsələsinə qoşulmaq istəmir
Bayden açıqladı: Rusiya bizim düşmənimizdir
Kiriakos Mitsotakis, arxiv şəkli

Yunanıstandan Türkiyəyə növbəti hədə

11
(Yenilənib 22:25 25.09.2020)
Bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib

BAKI, 25 sentyabr — Sputnik. Əgər Türkiyə ilə münaqişə dialoq yolu ilə həll olunmasa, Yunanıstan BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis BMT-nin Baş Assambleyasının 75-ci sessiyasındakı siyasi debatlarda çıxışında deyib.  

“Gəlin danışaq. Gəlin məqbul qərarlar verək. Gəlin diplomatiyaya şans verək... Amma son nəticədə razılığa gəlməsək, o zaman Haaqa məhkəməsinin müdrikliyinə güvənməli olacağıq”, - Mitsotakis deyib.

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanların birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsi isə Kipr Respublikasının nəzarəti altındadır.

11
Teqlər:
Aralıq dənizi, BMT, Beynəlxalq Məhkəmə, Haaqa Məhkəməsi, Türkiyə, Yunanıstan
Əlaqədar
NATO rəhbərindən ümidverici xəbər: "Türkiyə və Yunanıstan yaxşı irəliləyiş əldə edib"
Ərdoğan Avropaya barmaq silkələdi: "Türkiyənin hüquqlarını pozmağa imkan verməyəcək!"
Makron regiondakı problemlərin üzərinə benzin tökür – Türkiyənin Müdafiə naziri
Türkiyə səfiri: "Azərbaycanın Türkiyəni dəstəkləməsi Ankaraya güc verir"
Yunan Baş nazir Türkiyəyə ultimatum verdi – Bu tarixə qədər vaxtınız var...
Koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

COVID-19-la bağlı dəhşətli proqnoz: iki milyon insan ölə bilər

0
(Yenilənib 23:42 25.09.2020)
Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

BAKI, 25 sentyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyini istisna etməyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə ÜST-ün səhiyyə sahəsində fövqəladə hallar üzrə proqramının direktoru Maykl Rayan mətbuat konfransında deyib.  

“Sözsüz ki, bunu təsəvvür etmək çətindir, ancaq bu, mümkün ola bilər. Çünki biz 9 ay ərzində bir milyon insan itirmişik. Yaxın 9 ay ərzində vaksinin peyda olacağına da ayıq başla yanaşırıq”, - Rayan effektiv vaksin əldə edilib bəşəriyyət üçün əlçatan olana qədər COVID-19-dan 2 milyondan çox insanın öləcəyi ehtimalı ilə bağlı suala cavab verərkən söyləyib.

Onun sözlərinə görə, hazırda problemlər var, xüsusən bunlar peyvəndin maliyyələşdirilməsi, istehsalı və qiymətləndirilməsi ilə bağlıdır.

Eyni zamanda Rayan qeyd edib ki, xəstəxanaya yatırılan xəstələr arasında ölüm göstəriciləri azalır. Onun sözlərinə görə, insanların bundan belə də ölməməsi üçün bəşəriyyətin əvvəlki 9 aydan özünə dərs götürməsi gərəkdir.

0
Teqlər:
vaksin, peyvənd, ölüm, ÜST, dünya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Şagirdlər koronavirusa harada yoluxublar? Nazirlikdən cavab
Türkiyədə dəhşət saçan ağcaqanadlar Azərbaycana gələ bilər, amma virus gətirməyəcək
Moskva meri distant iş rejiminə keçməyə çağırıb: Soyuqlar yaxınlaşır, xəstəlik artacaq
Rus virusoloq amerikalı həmkarını təkzib etdi: Denge ilə SARS-CoV-2 qohum deyillər
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır