Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan

Rəsmi Bakı: Mnatsakanyanın fikirləri cəfəngiyyatdır

27
(Yenilənib 11:10 01.09.2020)
Ermənistanın hərbi-siyasi rəhbərliyi Tovuz təxribatında iflasa uğradıqdan sonra bu hərbi avantürasının uğursuzluğunu kompensasiya etmək üçün digər təxribatlara əl atdı

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. "Maraqlıdır, beynəlxalq hüququn fundamental prinsiplərini pozaraq qonşu ölkənin beynəlxalq tanınmış ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan, münaqişənin danışıqlar yolu ilə həllinə birbaşa maneə törədən, üstəlik öz əməlləri və bəyanatları ilə bölgədə gərginliyin artmasına xidmət edən bir ölkənin Xarici İşlər naziri bölgədə sülh şəraitinin yaradılmasından bəhs edir".

© Sputnik / Ilham Mustafa

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin danışıqların mahiyyətini heçə endirən addımları bu ölkənin Xarici İşlər nazirinin bəhs etdiyi "sülh şəraitinin" yaradılmasına əsas əngəldir.

"Yalnız son bir ay yarım vaxt ərzində Ermənistan tərəfinin törətdiyi əməllərə nəzərə salaraq bu ölkənin təhrikçi və təxribatçı mahiyyətini aşkar şəkildə müşahidə etmək olar. Cari ilin 12-16 iyul tarixlərində Ermənistan iki dövlətin sərhədinin Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatını həyata keçirərək, Azərbaycan mövqelərinə əvvəlcədən planlaşdırılmış hücum cəhdi etdi. Ermənistanın gücdən istifadə etməklə yeni təcavüz aktının qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alındı.

Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışdan sonra bu ölkədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə etmək istəyən Ermənistan Livandan olan etnik ermənilərin qanunsuz olaraq Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində məskunlaşdırılması planını bəyan etdi. Bu yolla işğalçı Ermənistan, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında həyata keçirdiyi etnik təmizləmənin nəticələrinin möhkəmləndirilməsi niyyətini gizlətmədi.

Ermənistanın hərbi-siyasi rəhbərliyi Tovuz təxribatında iflasa uğradıqdan sonra bu hərbi avantürasının uğursuzluğunu kompensasiya etmək üçün digər təxribatlara əl atdı. Avqustun 23-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Goranboy rayonu istiqamətində təmas xəttində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat cəhdinin qarşısı alındı, qrupun rəhbəri zərərsizləşdirildi.

Son olaraq, Ermənistan Baş naziri N.Paşinyanın 29 avqust tarixində ölkəmizin işğal olunmuş Xankəndi şəhərinə səfər edərək, orada yaratdığı oyuncaq rejimin "nümayəndələri" ilə görüşü, Azərbaycanın hazırda hərbi işğal altında saxlanılan ərazilərindəki erməni hərbi birləşmələrinə baş çəkməsi Ermənistanın işğalçı ölkə olduğunun və ilhaqçı siyasət yürütdüyünün növbəti bariz nümayişi oldu.

Bütün bu sadalananlardan sonra, görəsən, Z.Mnatsakanyan hansı sülhdən, bölgədə gərginliyin azaldılması üçün hansı təkliflərdən və təşəbbüslərdən danışır?

Gənc nəsli "Njdeizm" irqçi ideologiyası və faşizm dəyərləri əsasında tərbiyə edilən, terroru dövlət səviyyəsində dəstəkləyən bir ölkənin nümayəndələrinin dünyanın müxtəlif ölkələrində azərbaycanlılara qarşı nümayiş etdirdikləri vandalizm və nifrətə əsaslanan cinayət əməllərinin səbəbləri hamıya yaxşı bəllidir. Odur ki, xarici ölkələrdəki etnik qarşıdurmanın qarşısının alınmasını münaqişənin həllində siyasi iradə nümayiş etdirilməsi ilə əlaqələndirən erməni nazirinin bu fikirləri cəfəngiyyatdır. Çünki Ermənistan illərdir ki, bu siyasi iradəni nümayiş etdirə bilməyib.

Bölgədə dayanıqlı sülhün təmin olunması üçün Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarılması və bu torpaqlardan didərgin salınmış əhalinin hüquqlarının bərpa olunması zəruridir. Ermənistan, nəhayət siyasi iradə nümayiş etdirməli və bu istiqamətdə konkret addımlar atmalıdır".

27
Əlaqədar
Azərbaycan XİN erməni diversant barədə iddialara cavab verdi
Ermənistana məxsus daha bir PUA məhv edilib
Ceyhun Bayramov: "Həmsədrlər Ermənistana təsir etməlidirlər"
Ermənistan diversiya qrupunun komandirinə 5 maddə ilə cinayət işi açılıb
XİN rəhbəri: “Danışıqların predmeti işğalçı qüvvələrin çıxarılması qrafiki olmalıdır”
ABŞ və Çin bayraqları, arxiv şəkli

Çindən ABŞ-a cavab zərbəsi: sanksiya siyahısında çox maraqlı adamlar var

17
(Yenilənib 21:51 20.01.2021)
Tramp administrasiyasının əksər üzvlərinin daxil edildiyi siyahı Cozef Bayden prezidentlik andı içəndən dərhal sonra dərc olunub

BAKI, 20 yanvar - Sputnik. Çin Xarici İşlər Nazirliyi Amerikanın 28 "anti-Çin siyasətçisinə" qarşı sanksiya tətbiq edib.

Sputnik-in məlumatına görə, Pekin onları Çinin maraqlarını və Çin-Amerika münasibətlərini ciddi təhlükə altına qoyan "bir sıra axmaq addımların atılmasında", Çin xalqını təhqir etməkdə və ölkənin daxili işlərinə qarışmaqda günahlandırır. 

Qeyd edək ki, sanksiya tətbiq edilənlərin sırasında Mayk Pompeo, Peter Navarro, Con Bolton, Stiv Bennon da var.

Çinlə ABŞ-ın münasibətləri Donald Trampın hakimiyyəti zamanı daha çox korlanıb. Çinin səbrini daşıran damla isə, çox güman ki, bu yaxınlarda dövlət katibi Mayk Pompeonun koronavirusun Çin laboratoriyalarında hazırlandığı barədə bəyanatı olub

17
Teqlər:
sanksiya, ABŞ, Çin
ABŞ Prezidenti Co Baydenin inauqurasiyası

Bayden and içdi, artıq prezidentdir - VİDEO

12
(Yenilənib 21:50 20.01.2021)
Öncəki prezident Donald Tramp kimi, Bayden da "bütün amerikalıların prezidenti olacağına" söz verib. Həmçinin ona səs verməyənlərə görə də mübarizə aparacağını deyib. 

BAKI, 20 yanvar - Sputnik. Cozef Bayden and içərək ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb. 

"Mən, Co Bayden, təntənəli surətdə and içirəm ki, Birləşmiş Ştatlar Prezidentinin vəzifələrini vicdanla yerinə yetirəcəm, Birləşmiş Ştatların Konstitusiyasını dəstəkləyəcəm, qoruyacam", - Bayden sağ əlini qaldırıb, sol əlini də Bibliyanın üzərinə qoyaraq and içib.

"Bu, Amerikanın, demokratiyanın qələbə çaldığı gündür. Tarixi gün və yenilənməyə ümid günüdür. Bu gün biz namizədin deyil, məqsədin qələbəsini qeyd edirik. Məqsəd - demokratya idi. Xalqın iradəsi eşidildi. Biz yenidən anladıq ki, demokratiya dəyərlidir, kövrəkdir. İndi isə, dostlar, demokratiya qələbə çaldı", - Bayden deyib. 

​Yeni prezident irqçiliyə qarşı çıxaraq ona qalib gələcəyini də söz verib. O, bütün qəlbi ilə amerikalıların birliyinə çalışacağını deyib. 

"Amerikanın yaralarını sararaq gələcəyini təmin etmək üçün, bütün bu çağırışların öhdəsindən gəlmək üçün sözlərdən çox böyük bir şeyə ehtiyac var - birliyə... Bu yanvar günündə mənim ruhum ancaq buna can atır - Amerikanı, xalqı, millətimizi birləşdirməyə. Hər bir amerikalını bu məqsəd uğrunda mənimlə birləşməyə çağırıram", - Bayden xalqa mnüraciətində söyləyib.

​Öncəki prezident Donald Tramp kimi, Bayden da "bütün amerikalıların prezidenti olacağına" söz verib. Həmçinin ona səs verməyənlərə görə də mübarizə aparacağını deyib. 

78 yaşlı demokrat Bayden ABŞ-ın 46-cı prezidenti oldu. O, 2020-ci il noyabrın 3-də keçirilən seçkilərdə ikinci dəfə namizədliyini vermiş Donald Trampa qalib gəlib. Tramp Baydenin andiçmə mərasimində iştirak etməyib və Ağ Evi tərk edərək Floridaya uçub.

12
Teqlər:
prezident, ABŞ, andiçmə mərasimi, Co Bayden
Pfizer-BioNtech peyvəndi, arxiv şəkli

ÜST iddia edir ki, vaksindən ölən yoxdur

0
ÜST nümayəndəsinin sözlərinə görə, peyvəndin bir neçə yan təsirləri qeydə alınıb, məsələn, anafilaktik şok kimi

BAKI, 20 yanvar - Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndlərdən hələlik heç bir ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariancela Simao deyib. 

"Əlimizdə bazarda geniş istifadə olunan peyvənd var. Bu, Pfizer-dir. Və hələlik hazırda istifadə olunan vaksinlərdən heç bir ölüm halının şahidi olmamışıq, - o bildirib. 

ÜST nümayəndəsinin sözlərinə görə, bir neçə yan təsirlər qeydə alınıb, məsələn, anafilaktik şok kimi. Bəzi peyvənd olunmuş şəxslərdə isə ciddi allergiyalara meyllilik var. Belə hallarda mütləq tibb müəssisələrində nəzarət altında peyvənd vurdurmaq lazımdır, mütəxəssis söyləyib.  

Simao əlavə edib ki, ÜST vaksinlərin istənilən ciddi yan təsirini izləyir və öz tövsiyələrini yeniləyir. Hazırda koronavirus əleyhinə daha 12 preparatı təşkilatın ekspertləri qiymətləndirməlidirlər.

0
Teqlər:
ÜST, ölüm, Pfizer, vaksin
Mövzu:
Yeni tip koronavirus pandemiyası