Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Gürcüstan Prezidenti Salome Zurabişvili, arxiv şəkli

Gürcüstan Prezidenti Mehriban Əliyevanı təbrik edib

11
(Yenilənib 17:11 28.08.2020)
Salome Zurabişvili: "Xanım Birinci vitse-prezident, icazə verin doğum gününüz münasibətilə Sizə və ailənizə cansağlığı, tükənməz enerji və rifah arzularımı çatdırım"

BAKI, 28 avqust – Sputnik. Gürcüstanın Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, məktubda deyilir:

"Zati-aliləri, əziz Mehriban,

Sizi doğum gününüz münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan təbrik etməkdən məmnunluq hissi duyuram.

Ölkələrimizi yaxınlaşdırmaq istiqamətində uzun illər boyu gördüyünüz işləri bu gün bir daha xatırlamaq üçün yaxşı fürsətdir.

Keçən il mənim Azərbaycana səfərim zamanı görüşümüz gələcək illərdə əməkdaşlığımıza qapılar açdı.

Azərbaycan və Gürcüstan qədim dostluq, əsrlər boyu ümumi mübarizə və ortaq maraqlarla bir-birinə bağlı olan qonşu ölkələrdir. Bizim tərəfdaşlığımız dürüstlüyə əsaslanır.

Doğum gününüzün COVID-19 pandemiyasının hələ də dünyada tüğyan etdiyi bir vaxta təsadüf etməsindən dərin təəssüf hissi keçirirəm.

Lakin Prezident İlham Əliyevlə bu ilin aprel ayında müzakirə etdiyimiz kimi, dünya ictimaiyyəti məhz həmrəyliyik və beynəlxalq əməkdaşlıq sayəsində bu virusa qalib gələcək.

Fürsətdən istifadə edərək, Azərbaycanda bu gözəgörünməz düşmənin həyatına son qoyduğu insanların doğmalarına bir daha dərin hüznlə başsağlığı verirəm.

İnanıram ki, dünya mövcud böhrandan beynəlxalq həmrəylik, sıx birlik sayəsində çıxacaq və əvvəlkindən daha güclü olacaq. Pandemiya bitdikdən sonra Sizinlə Gürcüstanda görüşməyi səbirsizliklə gözləyirəm.

Xanım Birinci vitse-prezident, icazə verin doğum gününüz münasibətilə Sizə və ailənizə cansağlığı, tükənməz enerji və rifah arzularımı çatdırım".

11
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Trampa elə sərt cavab verdilər ki: "Türkiyədə deyilsiniz"

10
(Yenilənib 13:57 25.09.2020)
Tramp çərşənbə günü keçirdiyi mətbuat konfransında seçkilərdə məğlub olarsa, vəzifəsini dinc yolla rəqibinə verib-verməyəcəyi ilə bağlı suala "vəziyyətə görə baxarıq" cavabını verib.

BAKI, 25 sentyabr — Sputnik. Bura Amerikadır, bura demokratik ölkədir. Sputnik Türkiyə xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan sədri Nensi Pelosi Prezident Donald Trampın seçkilərdə məğlub olarsa, vəzifəsindən dinc yolla gedib-getməyəcəyinə dair sualı cavablandırmaqdan yayınması məsələsinə münasibət bildirərkən qeyd edib.

Vaşinqtonda üçüncü ən nüfuzlu şəxs hesab olunan Pelosi Rusiya Prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen Inı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı nümunə göstərərək, qeyd edib ki, "Trampın hökumətdəki rolunu uzun müddət artıranlara simpatiya bəsləyir".

"Amma sizə bunu xatırlatmaq istəyirəm. Cənab Prezident Şimali Koreyada deyilsiniz, Türkiyədə deyilsiniz, Rusiyada deyilsiniz, Səudiyyə Ərəbistanında deyilsiniz. Bura Amerikadır, bura demokratik ölkədir", - deyə Pelosi qeyd edib.

O, eyni zamanda Trampı öz prezidentlik səlahiyyətlərini yerinə yetirməyə çağırıb.

Qeyd edək ki, Tramp çərşənbə günü keçirdiyi mətbuat konfransında seçkilərdə məğlub olarsa, vəzifəsini dinc yolla rəqibinə verib-verməyəcəyi ilə bağlı suala "vəziyyətə görə baxarıq" cavabını verib.

O, daha əvvəl seçkinin nəticələrini qəbul edib-etməyəcəyi ilə bağlı sualı da cavabsız qoymuşdu.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-ü baş tutacaq. Seçkidə əsas mübarizə ABŞ-ın hazırkı prezidenti Donald Tramp və Demokratlar partiyasının namizədi Co Bayden arasında gedəcək.

10
Teqlər:
Amerika, Səudiyyə Ərəbistanı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Koreya lideri Kim Çen In, Rusiya prezidenti Vladimir Putin, Türkiyə, ABŞ-ın dövlət başçısı Donald Tramp, ABŞ prezidenti Donald Tramp, Donald Tramp
Əlaqədar
Tramp İranı təhdid etdi – "1000 qat cavab verəcəksiniz"
Tramp “kartları” açır: Rusiya onu prezident görmək istəyir
Tramp seçkiləri rus təyyarə və silahlarının hesabına qazanmaq istəyir - FOTO
Tramp telefon zənginə görə mətbuat konfransını yarımçıq kəsib
Tramp prezident seçkiləri üçün ən böyük təhdidi açıqladı
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev Avropaya mesaj göndərdi: "Onlar bizə hücum etsələr, peşman olacaqlar"

252
(Yenilənib 13:34 25.09.2020)
Prezident: Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik.

BAKI, 25 sentyabr — Sputnik. "Sözsüz ki, Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etmək qərarı onların qəsdən etdiyi daha bir təxribatdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

"Siz, həmçinin bilirsiniz ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi Azərbaycan tərəfindən bir çox beynəlxalq təşkilatlarda artıq qaldırılıb. Bu, beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir. Bu, Cenevrə Konvensiyasının pozulmasıdır və bu, cinayətdir. Onlar erməniləri Livandan Şuşaya, digər işğal olunmuş ərazilərə köçürürlər", - prezident deyib. 

Bütün bunları nümayiş etdirdiklərini, televiziya və internet vasitəsilə göstərdiklərini vurğulayan İlham Əliyev,  Ermənistanın beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymadığını və cinayət törətdiyini deyib:

"Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Onlara beynəlxalq təzyiqin olmaması, - mən bunu Minsk qrupunun həmsədrləri ilə görüşlərdə dəfələrlə qaldırmışam, - çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər".

İlham Əliyev kəşfiyyat mənbələrinə istinadla bildirib ki, Ermənistanda çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir.

"Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm", - deyə İlham Əliyev qeyd edib.

252
Əlaqədar
İlham Əliyev: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"
Azərbaycan Prezidenti bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırdı
Prezident İlham Əliyev BMT-də nədən danışıb
Məcburi köçkünlər üçün tikilən yaşayış kompleksi, arxiv şəkli

Məcburi köçkünlər üçün yeni evlər tikiləcək - prezident ciddi məbləğ ayırdı

0
(Yenilənib 14:22 25.09.2020)
Prezident İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

BAKI, 25 sentyabr — Sputnik. Prezident İlham Əliyev məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan prezidentin saytına istinadla xəbər verir ki, sərəncama əsasən, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon (qırx iki milyon beş yüz min) manat ayrılıb.

0