XİN-in binası, arxiv şəkli

Azərbaycan XİN Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

21
1992-ci ilin 28 avqust tarixində Ballıqayada törədilmiş qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib

BAKI, 28 avqust — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ballıqaya qətliamının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bəyanatda bildirilir ki, bu gün Azərbaycan Respublikasının Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 28 il keçir.

1992-ci ilin 28 avqust tarixində Ballıqayada törədilmiş qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.

“Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir.

Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və soyqırımı aktları insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Xatırladırıq ki, Ermənistan Respublikasının beynəlxalq hüquqa zidd fəaliyyətləri ilə bağlı məsuliyyəti ilə yanaşı, beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən silahlı münaqişə kontekstində törədilmiş müəyyən fəaliyyətlər beynəlxalq cinayət əməlləri hesab olunur və ona görə də bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar.

Ermənistanın Azərbaycan xalqına qarşı soyqırımı, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bəyan edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində sülh və barışığa nail olunması üçün Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüzü zamanı törədilmiş bütün müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən etnik təmizləmə və soyqırımı aktlarına görə cəzasızlığa son qoyulması, bu cinayətlərin qurbanlarına münasibətdə ədalətin bərpa edilməsi müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası bu istiqamətdə milli qanunvericilik və beynəlxalq hüquqla müəyyən edilmiş bütün imkan və milli mexanizmlərdən istifadə etməklə, özünün mülki əhalisinə qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərə adekvat hüquqi qiymətin verilməsi və günahkarların ədalət məhkəməsinə təslim edilməsi məqsədilə bütün zəruri addımları atmağa davam edəcəkdir.

Xarici İşlər Nazirliyi Ballıqaya kəndində törədilmiş insanlıq əleyhinə cinayətin qurbanlarının xatirəsini ehtiramla yad edir”, - deyə bəyanatda qeyd edilib.

21
Həkim, arxiv şəkli

İrandan 22 həkim könüllü olaraq döyüş bölgəsində fəaliyyət göstərmək üçün müraciət edib

3
(Yenilənib 18:26 21.10.2020)
Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik.

Eldar Tanriverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. İranda müxtəlif sahələrdə çalışan 22 həkim Azərbaycanda döyüş zonalarında könüllü olaraq fəaliyyət göstərmək üçün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səlahiyyətli səfirinə müraciət ünvanlayıb.

Bu barədə Sputnik Azərbaycan-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

© Embassy of Iran in Baku
Döyüş bölgəsində fəaliyyət göstərmək üçün müraciət edən iranlı həkimlər

Müraciətdə qeyd edilib: "Diqqətinizə çatdırmaq istərdik ki, biz, İranın mütəxəssis həkimləri Azərbaycan Respublikasının hörmətli dövlətini və xalqını yeni qələbələrlə təbrik edib, eləcə də, hərbçilərin və sivil xalqın şəhid edilməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verərək Azərbaycan Respublikası Ordusuna və əsgərinə yeni qələbələr arzulayırıq. Biz həkimlər Azərbaycan Respublikasına könüllü olaraq gəlməyə, döyüş zonalarında yaralanan sivil xalqa və hərbçilərə tibbi yardım göstərməyə və onları müalicə etməyə hazır olduğumuzu diqqətinizə çatdırmaq istərdik".

3
Teqlər:
müraciət, kömək, İran, iranlı, Həkimlər, ölənlər və yaralılar, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bir gecədə üç nəvəsini itirən Sənayət nənə: “Ləman bu il tələbə olacaqdı” – video
Mehriban Əliyeva Gəncənin vurulması haqda: "İnsanlığa qarşı cinayətdir"
Qəlbimiz Azərbaycanla döyünür - Türkiyə müxalifətinin lideri
Ermənistan Ağdamın kəndlərinə mərmi yağdırdı, iki mülki şəxs xəsarət aldı
Atılan mərmilər daha bir Tərtər sakinini yaralayıb - video

Hikmət Hacıyevdən Paşinyana cavab: Münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik

30
(Yenilənib 18:14 21.10.2020)
Ermənistan baş nazirinin bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya işgüzar səfərindən dərhal sonraya və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən öncəyə təsadüf edir.

BAKI, 21 oktyabr - Sputnik. Ermənistan Baş nazirinin münaqişənin diplomatik həlli yoxdur deyə açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyildir. Bu açıqlama ilə Ermənistan rəhbərliyi özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır.  Bununla, rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapmış olur. 

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Ermənistanın baş naziri məsuliyyətsiz şəkildə və öz siyasi ambisiyaları naminə bütün mülki hakimiyyət orqanlarını, mülki insanları total silahlanmaya çağıraraq hərbi əməliyyatlara sövq edir. Ermənistanın bu rəsmi mövqeyi humanitar atəşkəs rejiminin kimin tərəfindən pozulmasını sübut edir və regionda vəziyyətin daha da gərginləşməsinə xidmət edir.    

Azərbaycanın Gəncə şəhərini SCUD tipli ballistik raketlərlə, digər şəhər və rayonlarının sakinlərini raket və artilleriya ilə daim atəşə tutmaq barədə əmr verən şəxs tərəfindən bu kimi açıqlamanın verilməsi əslində təəccüb doğurmamalıdır.  

Ermənistan baş nazirinin bu açıqlaması iki ölkənin xarici işlər nazirlərinin Rusiyanın təşəbbüsü ilə Moskvaya işgüzar səfərindən dərhal sonraya və ABŞ-ın təşəbbüsü ilə Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdən öncəyə təsadüf edir.

Prezident İlham Əliyev tərəfindən beynəlxalq mediaya verdiyi son müsahibələrində və açıqlamalarında Azərbaycanın danışıqlara və münaqişənin diplomatik yollarla həllinə hazırlığını dəfələrlə bəyan etmişdir.    

Azərbaycanın münaqişənin həlli ilə bağlı konstruktiv mövqeyinin fonunda beynəlxalq ictimaiyyət, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistan rəhbərliyinin bu açıqlamasından nəticə çıxarmalıdır. Ermənistan rəhbərliyinin bu açıqlaması eyni zamanda münaqişənin diplomatik yolla həlli istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən atılan addımlara hörmətsizlikdir.  

Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən mövcud yol xəritəsinə uyğun olaraq münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir. 

30
Teqlər:
Nikol Paşinyan, diplomatiya, Hikmət Hacıyev, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Paşinyandan etiraf: Azərbaycan bizim kapitulyasiyamızdan başqa heç nəyə razı deyil
Paşinyan: "Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur"
Paşinyan indi də İranı Qarabağ münaqişəsinin həllinə çəkmək istəyir
Vəziyyətləri qəlizdir - Bütün keçmiş prezidentləri görüşürlər
Ermənistan xarici işlər naziri yenə Moskvaya gedib - son on gündə üçüncü dəfə