Pulemyot atəşi, arxiv şəkli

Ermənistan ordusu atəşkəsi 54 dəfə pozdu: Naxçıvan da hədəfdə

13
(Yenilənib 09:36 28.08.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 54 dəfə pozub

BAKI, 28 avqust — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər, Göyəli kəndlərində və adsız yüksəkliklərdə, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

13
Əlaqədar
Ermənistana məxsus daha bir PUA məhv edilib
Erməni diversantın videomüraciəti yayıldı
Ceyhun Bayramov: "Həmsədrlər Ermənistana təsir etməlidirlər"
Ermənistan diversiya qrupunun komandirinə 5 maddə ilə cinayət işi açılıb
Ermənistan ordusunun Tovuz əhalisinə vurduğu zərəri Azərbaycan hökuməti ödəyir
Smartfonda sosial şəbəkə tətbiqlərinin loqosu, arxiv şəkli

Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət etdi

0
(Yenilənib 18:41 23.09.2020)
Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Diasporla İş üzrə Dövlət Komitəsi Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı ilə bağlı xaricdə yaşayan şoydaşlarımıza müraciət edib.

Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə xaricdəki azərbaycanlılara DTX-nın erməni təxribatı ilə əlaqədar məlumatının nəzərə alınması tövsiyə edilir: "Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərir.

Qeyd edilən hallarla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.

Anonim profillərlə edilmiş bu qəbil müraciətlərə, sosial şəbəkə yazışmaları və messencerlərlə ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanış və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir. Saxta adlar və müxtəlif kommunikasiya kanalları ilə Azərbaycan vətəndaşlarına ünvanlanmış kəşfiyyat-təxribat xarakterli müraciətlərlə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsi (www.dtx.gov.az), əlaqə telefonu (+99412 405 99 99) və qaynar xətt (+99412 1656) nömrələri, habelə DTX-nin rəsmi sosial şəbəkə resursları (https://www.facebook.com/DTXAzerbaijan https://www.instagram.com/azerbaijandtx https://twitter.com/DTX_Azerbaijan WhatsApp və Telegram (+994 77 405 99 99) vasitəsilə məlumat verilməsi xahiş olunur.

Unutmayaq ki, hər hansı məsuliyyətsiz davranışdan çoxlu sayda hərbi qulluqçumuzun və mülki şəxsin həyat və sağlamlığı təhlükə altına düşə bilər".

0
Teqlər:
erməni təxribatı, Ermənistan ordusu, Ermənistan, təhlükəsizlik, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti
 Dövlət Dumasının Sədri Vyaçeslav Volodin

Rusiya Dumasının sədri Azərbaycana gələcək

13
(Yenilənib 18:27 23.09.2020)
Səfər çərçivəsində yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılması barədə razılaşma imzalanacaq.

BAKI, 23 sentyabr — Sputnik. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana rəsmi səfərə gələcək. Sputnik Azərbaycan

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək. Bu barədə RF Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

Cərşənbə günü Moskvada Azərbaycan parlamentinin nümayəndə heyətinin rusiyalı deputatlarla görüşü baş tutub. Tərəflər parlamentlərarası əməkdaşlığı, beynəlxalq parlamentlərarası qurumlarda qarşılıqlı fəaliyyəti və milli qanunvericiliklərin uyğunlaşdırılmasını müzakirə ediblər.

Görüş zamanı Milli Məclisin sədri Sahibə Qafarova Volodini Azərbaycana səfərə dəvət edib. Səfərin tarixi hələ məlum deyil.

"Mütləq həmkarlarımla gələcəyik. Həm də bizdə yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılması barədə razılaşmanın hazırlığı faktiki olaraq yekun mərhələdədir. Saziş imzalandıqdan sonra biz sadəcə xalqlarımız, ölkələrimiz arasında münasibətlərin inkişafını müzakirə etməyəcəyik, həm də bizim parlamentarilərimizi parlament müstəvisi çərçivəsində əsas problemlərin həllində birləşdirəcək komissiyanın gündəliyi çərçivəsində konkret məsələlərin həlli ilə məşğul ola biləcəyik", - Dövlət Dumasının spikeri deyib.

Volodinin Azərbaycana səfəri zamanı tərəflər RF Dövlət Duması ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq barədə saziş imzalamağı planlaşdırırlar. Sənədlə məşğul olmaq üçün daimi fəaliyyət göstərən yüksək səviyyəli komissiyanın təsis olunması nəzərdə tutulur.

Azərbaycan parlamentinin nümayəndə heyəti sentyabrın 21-dən 23-dək Moskvada səfərdədir. Milli Məclisin sədri Sahibə Qafarova artıq RF Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və RF xarici işlər naziri Sergey Lavrovla görüşüb.

13
Əlaqədar
Sahibə Qafarova Sergey Lavrova: "Paşinyanın açıqlamaları bütün səyləri puç edir"
Azərbaycan parlamentinin spikeri: "Rusiyanın əlindən gələni əsirgəməyəcəyinə ümid edirik"
Lavrov: "Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır"
Rusiya Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir"
Dövlət Dumasının sədri: "Paşinyanın fikirləri sülh prosesinə kömək etmir"
Öskürək, xəstə uşaq

Xəstə uşaqları övladlığa götürənlərə ciddi məbləğdə müavinət veriləcək

0
(Yenilənib 19:02 23.09.2020)
On səkkiz yaşadək sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə 480 manat aylıq müavinətin ödənilməsi təklif edilib.

 

BAKI, 23 sentyabr — Sputnik. 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərə 480 manat aylıq müavinətin ödənilməsi təklif edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib. O deyib ki, sağlamlıq imkanları məhdud uşaqların indiyədək övladlığa götürülməsi praktikası olmayıb: "Buna görə də belə uşaqları övladlığa götürən şəxslərə müavinətin ödənilməsi təklif edilib. Amma bu, hələ layihədir. Bunun üçün "Sosial müavinətlər haqqında" qanuna dəyişikliklərin edilməsi təklif olunub".

C.Şahmalıyev onu da bildirib ki, çox zaman 3 yaşdan yuxarı uşaqlar övladlığa götürülmür: "Buna görə də 3 yaşdan yuxarı uşaqların bir qismi müəssisələrdə qalır. Ona görə də belə uşaqları övladlığa götürən şəxslərə 160 manat aylıq müavinətin ödənilməsi təklif edilib".

Onun sözlərinə görə, bu uşaqların təhsil, səhiyyə xərclərinin dövlət tərəfindən qarşılanması da təklif edilir.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən övladlığa götürülmə ilə bağlı hazırlanan təkliflər qəbul olunarsa, onlar 2021-ci ilin yanvar ayından qüvvəyə minəcək və geriyə şamil olunmayacaq.

0