Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva

Rusiya Prezidenti Mehriban Əliyevanı təbrik elədi

672
(Yenilənib 17:13 26.08.2020)
"Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verirsiniz"

BAKI, 26 avqust — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan bildirir ki, məktubda deyilir: "Hörmətli Mehriban Arif qızı, ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verirsiniz. Əminəm ki, bu münasibətlər bundan sonra da Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bütün sahələrdə səmərəli inkişaf edəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Ailənizə mənim səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".

672
Co Bayden, arxiv şəkli

Bayden açıqladı: Rusiya bizim düşmənimizdir

77
(Yenilənib 19:13 18.09.2020)
ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Cozef Bayden bəyan edib ki, Rusiya Amerika üçün düşmən rolunda çıxış edir.

BAKI, 18 sentyabr — Sputnik. ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Cozef Bayden bəyan edib ki, Rusiya Amerika üçün düşmən rolunda çıxış edir. Bu barədə Sputnik Azərbaycan "CNN"ə istinadən xəbər verir.

"Mən hesab edirəm ki, Rusiya – düşməndir. Mən doğrudan da belə düşünürəm", - deyə Bayden qeyd edib.

O əlavə edib ki, Moskvanın ABŞ seçkilərinə iddia edilən müdaxiləsi sübut olunsa, ondan "intiqam alınacaq": "Mən müharibəni nəzərdə tutmuram, lakin onlar bunun bədəlini ödəyəcəklər, bunun iqtisadi bədəli olacaq".

Demokratın sözlərinə görə, Rusiya onu ABŞ prezidenti postunda görmək istəməzdi.

Qeyd edək ki, daha əvvəl Birləşmiş Ştatlar Prezidenti Donald Tramp ölkədə keçiriləcək prezident seçkisinə ən böyük təhdidin poçtla səsvermə olduğunu bildirib.

Prezidentliyə namizəd Trampın fikrincə, poçtla səsvermə seçkiyə xarici müdaxilə ehtimalından da ciddidir.

"Budəfəki seçkiyə ən ciddi təhlükə milyonlarla adam tərəfindən göndərilən və qubernatorların nəzarətində olan bülletenlərdir", - deyə Tramp qeyd edib.

Qeyd edək ki, Tramp daha əvvəl də poçtla səsvermə prosedurunu tənqid edib. O əmindir ki, belə seçkilər saxtalaşdırıla bilər.

Xatırladaq ki, ABŞ-da prezident seçkisi bu ilin noyabrında baş tutacaq.

77
Əlaqədar
Tramp proqnoz verdi: Bayden seçilsə, Çin dilini öyrənməli olacaqsız
Co Bayden Amerika iqtisadiyyatını öldürməyi vəd edir
General-pol­kov­nik Məhərrəm Əliyev cəbhədə

Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib

15
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib.

BAKI, 18 sentyabr — Sputnik. Sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev DSX-nin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.

  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
1 / 5
© State Border Service of Azerbaijan Republic.
Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib, Ermənistanla dövlət sərhədindəki sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülüb.

"Qazax" əlahiddə sərhəd diviziyasında hərbi tikinti-quruculuq işlərinin gedişatı nəzərdən keçirilib, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun daha da gücləndirilməsi tədbirlərilə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

15

Azərbaycan Prezidenti: “Neft bizim üçün məqsəd deyil"

0
(Yenilənib 18:21 19.09.2020)
"Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və bir zəhər idi".

BAKI, 19 sentyabr - Sputnik. “Vaxtilə Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi. İndi bir çox hadisələr yaddan çıxır. Ancaq bizim neftlə ən çirklənmiş yerimiz Bibiheybət buxtası idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib və Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Yəni, o, bir ekoloji fəlakət zonası idi və həmin görüntülər yəqin ki, bir çoxlarının xatirindədir”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi: "İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. Mən özüm gedib baş çəkəcəyəm və baxacağam ki, mənim göstərişlərim necə yerinə yetirilir. Təkcə Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır. İnsanları narahat edən bütün problemlər həll olunmalıdır və estetik cəhətdən bu qəsəbələr müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr restavrasiya, bərpa edilməlidir və bu qəsəbələrə biz yeni həyat verəcəyik.

Balaxanı zibilxanasını yadımıza salaq. Oradan çıxan tüstülər bütün şəhəri bürüyürdü və bir zəhər idi. Mən bu məsələ ilə məşğul olmağa başlayanda bəziləri deyirdilər ki, bunu söndürmək mümkün deyil. Çünki o altdan yanır və orada qazlar əmələ gəlir, çox təhlükəli yerdir, yaxın düşmək olmaz. Bəziləri deyirdi ki, gəlin sarkofat tikək bunun üstündə. Yəni, belə cəfəng təkliflər var idi. Amma biz indi bunun da yolunu tapdıq. Tamamilə təmizləndi. İndi orada gözəl park salınıb və zibilyandırma zavodu fəaliyyətə başladı. Onun yanında növbəti ekoloji fəlakət zonası – Böyükşor gölünün də bir hissəsi təmizləndi. O da ekoloji fəlakət idi, çünki açıq neft rezervuarı idi. Eyni zamanda, bütün kanalizasiya suları da oraya axıdılırdı. Amma indi orada bulvar salınıbdır və o gölə quşlar qonur.

Qara şəhəri yadımıza salaq. Artıq o anlayış yoxdur, onun yerində Ağ şəhər var. Ağ şəhər şəhərsalma layihəsini biz icra edəndə orada ən azı iki metr torpaq layı çıxarıldı. O da bütün neft çöküntüləri idi, qudron idi, zəhər idi. Onun yanında “Azərneftyağ” neft emalı zavodu. Onun da artıq fəaliyyəti başa çatmaq üzrədir. Çünki iki ildən sonra Heydər Əliyev neftayırma zavodunda rekonstruksiya, yenidənqurma başa çatacaq, Avro-5 benzini istehsal olunacaq. Beləliklə, havanı ən çox çirkləndirən nəqliyyat vasitələri təmiz benzinlə təmin ediləcək və “Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq.

Sumqayıt şəhərinin ekoloji vəziyyətinə baxın. İndi əvvəllər Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki, o üfunət iyi, o zəhər girməsin maşına. Amma bu gün Sumqayıt elə bil ki, kurort şəhəridir. Orada sənaye potensialı möhkəmləndirilməklə müasir təmizləyici qurğular quraşdırıldı, sənaye parkları yaradıldı. Bütün bunları biz etmişik. Bu, çünki bizim xalqımızın həyatıdır, uşaqlarımızın, gələcək nəslin sağlamlıdır.

Mən Prezident seçiləndən sonra demişdim, birinci bəyanatlarımdan biri idi ki, “qara qızıl”ı insan kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik. Ekoloji layihələr hələ ki, bitməyib, hələ görüləsi işlər çoxdur”.

0