Заместитель исполнительного секретаря правящей партии Ени Азербайджан (ПЕА) Сиявуш Новрузов

Siyavuş Novruzov: "Ramiz Mehdiyev bizi aldatdı"

1341
(Yenilənib 20:55 23.08.2020)
Siyavuş Novruzov öz sosial şəbəkə hesabında yazdığı statusda Ramiz Mehdiyev tərəfindn aldadıldığını vurğulayıb.

BAKI, 23 avqust - Sputnik. “Ölkəmizdə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunmaqdadır. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul etsə də, kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılmaqdadır. Belə olan halda, hər bir vətəndaşın borcu məsuliyyətli davranaraq müəyyən olunmuş qaydalara ciddi riayət etməkdir.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda ailəlikcə iştirak edərək karantin qaydalarının pozulmasına yol vermişik. Bu səbəbdən təmsil olunduğum Yeni Azərbaycan Partiyası tərəfindən mənə töhmət elan edilmişdir və İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə olunmuşuq”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu deputat Siyavuş Novruzov öz sosial şəbəkə hesabında yazıb.

O, Ramiz Mehdiyev tərəfindn aldadıldığını vurğulayıb:

“Mən Ramiz Mehdiyevin dəvət zəngi zamanı möhtərəm Prezident İlham Əliyevin adını çəkdiyinə görə toyda iştirak təklifini tərəddüdsüz qəbul etmişəm və sözügedən mərasimdə ailəlikcə iştirak etmişik. Çünki mən hər zaman ümummilli liderimizin layiqli davamçısı olan cənab Prezidentimizə sədaqətlə xidmət etmişəm və onun yolunda hər cür mübarizəyə, hətta ölümə də getməyə hazıram.

Yalnız bir gün sonra məlum olmuşdur ki, bizi ailəlikcə toya dəvət edərkən “Cənab Prezidentdən icazəsini almışam” deyən Ramiz Mehdiyev səhv məlumat vermişdir. Hətta məclis zamanı onun “Cənab Prezident bu gün səhər zəng edərək təbriklərini və xoş arzularını çatdırıb” deməyi də həqiqəti əks etdirmir. Yəni cənab Prezident İlham Əliyevin bu toy məclisindən xəbəri olmamışdır və bizi aldatmışlar.

Onu da qeyd etmək istəyirəm ki, Ramiz Mehdiyevin uzun illər ərzində fəaliyyəti zamanı onunla münasibətlərimiz kifayət qədər soyuq olmuşdur. Mənim bütün fəaliyyətim boyu karyera inkişafım sırf ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan möhtərəm cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ramiz Mehdiyevin isə mənim siyasi fəaliyyətimdə və karyeramda hər hansı bir rolu olmamışdır, hətta o, bəzi məsələlərdə qarşımı kəsmişdir”.

Qeyd edək ki, Siyavuş Novruzov və həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etdiyinə görə cərimələnib. Onlar xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

1341
Co Bayden, arxiv şəkli

Bayden açıqladı: Rusiya bizim düşmənimizdir

77
(Yenilənib 19:13 18.09.2020)
ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Cozef Bayden bəyan edib ki, Rusiya Amerika üçün düşmən rolunda çıxış edir.

BAKI, 18 sentyabr — Sputnik. ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Cozef Bayden bəyan edib ki, Rusiya Amerika üçün düşmən rolunda çıxış edir. Bu barədə Sputnik Azərbaycan "CNN"ə istinadən xəbər verir.

"Mən hesab edirəm ki, Rusiya – düşməndir. Mən doğrudan da belə düşünürəm", - deyə Bayden qeyd edib.

O əlavə edib ki, Moskvanın ABŞ seçkilərinə iddia edilən müdaxiləsi sübut olunsa, ondan "intiqam alınacaq": "Mən müharibəni nəzərdə tutmuram, lakin onlar bunun bədəlini ödəyəcəklər, bunun iqtisadi bədəli olacaq".

Demokratın sözlərinə görə, Rusiya onu ABŞ prezidenti postunda görmək istəməzdi.

Qeyd edək ki, daha əvvəl Birləşmiş Ştatlar Prezidenti Donald Tramp ölkədə keçiriləcək prezident seçkisinə ən böyük təhdidin poçtla səsvermə olduğunu bildirib.

Prezidentliyə namizəd Trampın fikrincə, poçtla səsvermə seçkiyə xarici müdaxilə ehtimalından da ciddidir.

"Budəfəki seçkiyə ən ciddi təhlükə milyonlarla adam tərəfindən göndərilən və qubernatorların nəzarətində olan bülletenlərdir", - deyə Tramp qeyd edib.

Qeyd edək ki, Tramp daha əvvəl də poçtla səsvermə prosedurunu tənqid edib. O əmindir ki, belə seçkilər saxtalaşdırıla bilər.

Xatırladaq ki, ABŞ-da prezident seçkisi bu ilin noyabrında baş tutacaq.

77
Əlaqədar
Tramp proqnoz verdi: Bayden seçilsə, Çin dilini öyrənməli olacaqsız
Co Bayden Amerika iqtisadiyyatını öldürməyi vəd edir
General-pol­kov­nik Məhərrəm Əliyev cəbhədə

Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib

15
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib.

BAKI, 18 sentyabr — Sputnik. Sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev DSX-nin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.

  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
1 / 5
© State Border Service of Azerbaijan Republic.
Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib, Ermənistanla dövlət sərhədindəki sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülüb.

"Qazax" əlahiddə sərhəd diviziyasında hərbi tikinti-quruculuq işlərinin gedişatı nəzərdən keçirilib, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun daha da gücləndirilməsi tədbirlərilə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

15
DYP avtomobili

Lənkəranda piyada vurulması ilə nəticələnən qəza hadisəsi baş verib

0
(Yenilənib 16:01 19.09.2020)
Bu gün baş verən dəhşətli avtomobil qəzası Lənkəranın uzunömürlülərindən birinin həlak olması ilə nəticələnib.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Lənkəran- Boradigah avtomobil yolunun Lənkəran rayonunun Viravul kəndi ərazisindən keçən hissəsində insident baş verib.

Belə ki, Lənkəran rayonu Separadi kənd sakini 1987-ci il təvəllüdlü Hünər Ərəstun oğlu Rzayev idarə etdiyi 42-BR-872 Dövlət qeydiyyat nömrə nişanlı "VAZ-2104" markalı minik avtomobili ilə yolu keçmək istəyərkən 1930-cu il təvəllədlü Fərman Feyzi oglu Qurbanovu vurub. Ağır bədən xəsarətləri alan F.Qurbanovu hadisəni törədən H.Rzayev avtomobili ilə dərhal Lənkəran Mərkəzi Xəstəxanasına çatdırıb.

  • Qəza törətmiş avtomobili
    © Sputnik / Rahim Murad
  • Qəza törətmiş avtomobili
    © Sputnik / Rahim Murad
  • DYP avtomobili
    © Sputnik / Rahim Murad
1 / 3
© Sputnik / Rahim Murad
Qəza törətmiş avtomobili

Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən F.Qurbanobun həyatını xilas etmək mümkün olmayıb. Qəza hadisəsi araşdırılır.

0