Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

14
"Türkiyə enerji təhlükəsizliyi sahəsində növbəti önəmli addımını atmışdır. Qaz yatağının işlənməsi qardaş Türkiyə xalqına faydalar gətirəcəkdir"

BAKI, 22 avqust - Sputnik. Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Sputnik Azərbaycan bildirir ki, təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident, əziz qardaşım. Türkiyə tarixinin ən böyük təbii qaz yatağının kəşf olunması münasibətilə Sizi və qardaş Türkiyə xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Türkiyə enerji təhlükəsizliyi sahəsində növbəti önəmli addımını atmışdır. Qaz yatağının işlənməsi qardaş Türkiyə xalqına faydalar gətirəcəkdir. Bu yatağın kəşfi həm də Türkiyənin sənaye potensialının və artan gücünün təzahürüdür.

Azərbaycan və Türkiyə uzun illər ərzində nəhəng enerji və nəqliyyat layihələrini uğurla icra edirlər.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars layihələri ölkələrimiz və xalqlarımız üçün yeni imkanlar açır və Azərbaycan-Türkiyə tərəfdaşlığını daha da möhkəmləndirir. Ümid edirəm ki, Türkiyənin hazırda apardığı digər kəşfiyyat layihələri də müvəffəqiyyətlə nəticələnəcəkdir. Qardaş Türkiyənin uğurlarına öz uğurlarımız qədər sevinirik. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bundan sonra da inkişaf edəcək və güclənəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

14
Əlaqədar
Qardaş ölkənin inkişafını dəyişəcək hadisə - Prezident "böyük olayın" anonsunu verdi
Ərdoğan müjdəni açıqladı - İndi çox şey dəyişəcək
Türk xalqının seçimi Azərbaycanın da xeyrinə olacaq - SORĞU
Politoloq: "Yunanıstanın Türkiyə ilə hərbi toqquşmaya gedəcəyinə inanmıram"
Partlayış, arxiv şəkli

Paşinyan: "Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur"

43
(Yenilənib 16:49 21.10.2020)
"Bu onu göstərir ki, hər hansı diplomatik həll yolundan danışmaq mənasızdır, minimum indiki mərhələdə".

BAKI, 21 oktyabr — Sputnik. Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur və hələ uzun müddət də olmayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "Facebook"da canlı yayımda müraciətində bildirib.

"Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur və bu andan etibarən uzun müddət də olmayacaq... Praktika göstərdi: Ermənistan üçün məqbul olan Azərbaycan üçün məqbul deyil. Bu onu göstərir ki, hər hansı diplomatik həll yolundan danışmaq mənasızdır, minimum indiki mərhələdə", - deyə Paşinyan qeyd edib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Sergey Lavrov və Ceyhun Bayramov, arxiv şəkli
© Photo : The Ministry of Foreign Affairs of the Russian Federation

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

43
Teqlər:
diplomatiya, erməni təxribatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Ordumuz Ermənistana məxsus daha 3 PUA məhv etdi
"Oğullarımla birgə döyüşə getməyə hazıram" – cəbhəyanı kəndlərdə mərmidən qorxmurlar
Rusiya XİN: döyüşlər dərhal dayandırılmalıdır
Vəziyyətləri qəlizdir - Bütün keçmiş prezidentləri görüşürlər
Milli Məclis Qarabağ münaqişəsi ilə bağlı videomüraciət yayıb
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan indi İranı Qarabağ münaqişəsinin həllinə çəkmək istəyir

42
(Yenilənib 16:53 21.10.2020)
"Hesab edirəm ki, hazırkı mərhələdə bu rol hərbi əməliyyatların dayandırılmasına yönəldilməlidir".

BAKI, 21 oktyabr — Sputnik. Regionun əsas ölkələrindən biri kimi İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müəyyən rol oynaya bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İranın "İRNA" informasiya agentliyinə müsahibəsində bildirib.

"Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan yeganə tanınmış beynəlxalq struktur ATƏT-in Minsk Qrupudur. Lakin regionun önəmli ölkəsi kimi İran müəyyən rol oynaya bilər. Hesab edirəm ki, hazırkı mərhələdə bu rol hərbi əməliyyatların dayandırılmasına yönəldilməlidir. İranın bölgədə sülh və sabitliyin bərqərar olmasına yönələn istənilən konstruktiv addımını alqışlayırıq", - deyə Paşinyan qeyd edib.

42
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
İlham Əliyev: İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir
Vəziyyətləri qəlizdir - Bütün keçmiş prezidentləri görüşürlər
Ermənistan xarici işlər naziri yenə Moskvaya gedib - son on gündə üçüncü dəfə
Hikmət Hacıyev: Paşinyanın hərəkətləri Səddam Hüseynin taktikası ilə müqayisə edilə bilər
Paşinyan Əliyevlə Moskvada görüşmək istəyir
Polis əməkdaşları, arxiv şəkli

Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi

0
"Xatırladırıq ki, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcək".

BAKI, 21 oktyabr — Sputnik. Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir.

"Əhalinin nəzərinə bir daha çatdırırıq ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng mərkəzinə məlumat verilməlidir", - deyə məlumatda bildirilir.

Nazirliyinin məlumatında həmçinin qeyd olunur: "Bununla yanaşı, xatırladırıq ki, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcək".

0