Tovuzun Dondar Quşçu kəndində erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Cəbhədə gərginlik səngimək bilmir

29
(Yenilənib 09:48 24.08.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 37 dəfə pozub

BAKI, 20 avqust — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə, Vayk rayonunun Barsruni kəndindən yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

29
Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva

XİN: Ermənistan rəhbərliyin vicdanında Tovuzda öldürülən 76 yaşlı şəxsin qan ləkəsi var

350
Abdullayeva vurğulayıb ki, hazırda Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla üzləşən bir ölkədir və bunun başlıca səbəbi ölkənin Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirməsidir

BAKI, 26 sentyabr - Sputnik. "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında işğalçı ölkə Ermənistan və onun hazırkı rəhbərliyinin iflasa uğrayan siyasətini aydın şəkildə və konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycan Prezidentinin səsləndirdiyi həqiqətləri Ermənistan XİN-i öz cılız açıqlaması ilə dana bilməz".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Ermənistan XİN-in Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasında çıxışına dair açıqlamasını şərh edən L.Abdullayeva vurğulayıb ki, hazırda Ermənistan dərin demoqrafik, sosial və iqtisadi böhranla üzləşən bir ölkədir və bunun başlıca səbəbi ölkənin Azərbaycana qarşı təcavüz siyasətini həyata keçirməsidir: "İki il bundan öncə Ermənistanda rejim dəyişikliyi baş verməsinə rəğmən, hazırkı hakimiyyət də bundan öncəki kriminal xunta rejiminin siyasətini davam etdirir. İnsan hüquqlarının geniş pozulduğu, hakimlərin təzyiqə məruz qaldığı, müxalifət fəalları və siyasi opponentlərin həbs edildiyi Ermənistanda diktatura rejimi qurulub. Xalqın mandatını aldığını bəyan edən hakimiyyət elə bu xalqın maraqlarını təmin etməkdən çox uzaqdır.

Əgər Ermənistanın bundan öncəki prezidentinin əlləri Azərbaycana qarşı aparılan müharibə çərçivəsində törədilən cinayətlər, xüsusilə də Xocalıda amansız qəddarlıqla öldürülən qadın, uşaq və yaşlıların qanına boyanıbsa, hazırkı rəhbərliyin vicdanında bu ilin 14 iyul tarixində Tovuz rayonunda öldürülən 76 yaşlı şəxsin qan ləkəsi var.

Yalan, saxtakarlıq, riyakarlıq, təxribat və nəhayət, müharibə cinayətləri – budur Ermənistanın hazırkı rəhbərliyini xarakterizə edən əsas cəhətlər. Hakimiyyətə gələrkən xalqına verdiyi vədlərin heç birini yetinə yetirmək bacarığında olmayan, ölkəni tənəzzülə sürükləyən, siyasi lider və hökumət başçısı kimi iflasa uğrayan bir şəxsin rəhbərlik etdiyi ölkə XİN-in, xalqının milli maraqları əsasında müstəqil və uğurlu siyasət həyata keçirən, dünya səviyyəsində nüfuza sahib olan Azərbaycan Respublikasının Prezidenti haqqında cəfəng açıqlama ilə çıxış etməsi yalnız gülüş doğura bilər. Anlayırıq ki, Azərbaycanın əldə etdiyi inkişaf, nailiyyətlər və tərəqqini kənardan qısqanclıqla izləyən Ermənistanın bu kimi sərsəm açıqlamalar verməkdən başqa çarəsi yoxdur.

Xalqının mandatı əsasında hakimiyyətə gəldiyini bəyan edən Ermənistanın hazırkı rəhbərliyi, həmin bu xalqın böhran vəziyyətindən çıxarılması üçün boşboğazlıqla məşğul olmaq yerinə, konkret fəaliyyət nümayiş etdirməli, ilk növbədə isə qonşu dövlətlərə olan ərazi iddialarından əl çəkməli, işğalçı siyasətinə son qoymalı və qonşu dövlətlərin beynəlxalq sərhədlərinə hörmətlə yanaşmalıdır. Əks təqdirdə, Ermənistan xalqı inkişaf perspektivlərindən məhrum qalacaq".

350
Politoloq Ramiyə Məmmədova

Politoloq: “Türkiyənin aktiv fəaliyyəti bir sıra dövlətlərin xoşuna gəlmir”

270
(Yenilənib 10:23 26.09.2020)
Politoloq Ramiyə Məmmədova deyir ki, Türkiyə geosiyasi və iqtisadi vəziyyəti nəzərə alaraq problemlərin danışıqlarla həllinə nail olmaq istəyir
Ramiyə Məmmədova: “Sanksiyalar Türkiyəyə ziyan vura bilər”

“Kipr məsələsində həll ancaq Kipr türk xalqının adanın ortaq sahibi olduğu gerçəyinin qəbul edilməsi ilə mümkündür. Kipr türk xalqının təhlükəsizliyi ilə adadakı tarixi və siyasi haqlarını daimi şəkildə təminata alan hər çözümü dəstəkləyəcəyik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında bildirib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Aralıq dənizində Türkiyənin ən güclü olduğu yer Kiprdir:

“Türkiyə adada hərbi baza yaratmağa çalışır və yunan Kipri ilə hər hansı birləşmənin tərəfdarı deyil. Bu gün Türkiyənin Aralıq dənizindəki aktiv fəaliyyəti bir sıra dövlətlərin xoşuna gəlmir. Türkiyə geosiyasi və iqtisadi vəziyyəti nəzərə alaraq problemlərin danışıqlarla həllinə nail olmaq istəyir. Əgər Avropa Birliyi sanksiya tətbiq edərsə, bu Türkiyəyə ziyan vura bilər”.

Politoloqun  geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

270
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, siyasət, gərginlik, Aralıq dənizi, Kipr, Yunanıstan, Türkiyə
Əlaqədar
Yunanıstandan Türkiyəyə növbəti hədə
NATO rəhbərindən ümidverici xəbər: "Türkiyə və Yunanıstan yaxşı irəliləyiş əldə edib"
Ərdoğan Avropaya barmaq silkələdi: "Türkiyənin hüquqlarını pozmağa imkan verməyəcək!"
Makron regiondakı problemlərin üzərinə benzin tökür – Türkiyənin Müdafiə naziri
Makron Aralıq dənizində baş verənlərə görə Türkiyə və Rusiyanı ittiham etdi

Kubu on beş manata - pulun var, al, yoxdur, soyuqda qal

34
(Yenilənib 22:18 26.09.2020)
Meşələrin qorunması üçün müşahidə kameraları, şlaqbaum qoyulur və həmin ərazilərin giriş-çıxışında xəndəklər qazılır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Qışa hazırlıq məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində oduncaq tədarükü davam edir. Artıq Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının hərbi hissələri odun yanacağı ilə tam təmin olunub. Təhsil, səhiyyə müəssisələri və qazlaşdırılmayan ucqar kəndlərin əhalisinin isə odun yanacağı ilə təminatı davam edir.

Təsərrüfat sahibləri zoğal ağaclarını niyə kəsirlər? – video
© Sputnik / İlham Mustafa / Leyla Orucova

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov danışıb.

O qeyd edib ki, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Quba, Şabran, Masallı, Lənkəran, Tovuz, Şəmkir, Göygöl, Bərdə və Ağcabədi Regional meşə təsərrüfatı mərkəzlərində bugünədək 35 000 m3 həcmində oduncaq tədarük olunub və dəyəri ödənilməklə aidiyyəti üzrə verilib.

Xıdırov vətəndaşlara odun əldə etmək üçün qış aylarını gözləmədən Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət etməyi tövsiyə edib.

Xidmət rəisi əlavə edib ki, hazırda odun üçün meşə qırımı ilə bağlı problemli regionlar var: "Bunlardan Oğuz, Qəbələ, İsmayıllı rayonlarında odun üçün meşələrdən qırıntı aparmaq istəyənlər olub. Lerik rayonun yaşayış məntəqəsinin meşənin içində olması, qazlaşmanın zəif olması meşələrin qır;lmasına səbəb olur. Qazlaşmanın aparılması bizə də mühafizə işlərində kömək edər".

Onun sözlərinə görə, 2017-ci ildə qanunsuz qırım 55-56 min m3, 2018-ci ildə 28 min m3, 2019 cu ildə 18 min m3-dən yuxarı olub, hazırda isə 6 min m3-dir.

"Bir ağac da kəsilsə biz onu gizlətməyə meylli deyilik. Biz onu aşkarlamaqda maraqlıyıq. Ağac kəsiminə görə cərimələr 1000 manatl keçdikdən sonra işi açılır və məsələ ilə bağlı hüquq mühafizə orqabnlarına müraciət edilir" – deyən rəis vurğulayıb ki, bəzi kəndlər var ki, orada qaz olmadığına görə odundan yanacaq kimi istifadə edilir.

N. Xıdırovun bildirdiyinə görə, vətəndaşları odunla təmin etmək üçün zədələnmiş, xəstə, davamlılığı və texniki oduncaq keyfiyyətini itirmiş, yaşı ötmüş və aşmış ağaclar götürülür: "Həmin ağaclar əvvəlcədən Regional Meşə Təsərrüfatları mərkəzləri tərəfindən qeydiyyata alınır və nömrələnərək, xidmətə göndərilir. Daha sonra ağaclara Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən baxış keçirilir. Bundan sonra ağaclara rəy verilir və ağaclar tədarük edilərək oduncaq kimi verilir. Oduncağın kubu 15 manata satılır. Vətəndaş banka yaxınlaşır, 1 kub üçün 15 manat ödəyir və ona meşə buraxılış orderi ilə meşəyə buraxılaraq, odun alır".

Meşələrin qorunması üçün müşahidə kameraları, şlaqbaum qoyulur və həmin ərazilərin giriş-çıxışında xəndəklər qazılır.

N. Xıdırov ağacların məhv edilməsi ilə bağlı cərimələrin yetərli olmaması məsələsinə də toxunub: "Bununla bağlı müraciət edilib və təhlillər aparılır. Təsdiq edilməsi gözlənilir".

Onun sözlərinə görə, 2020-ci ildə 221 iş hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib, 262838 manat cərimə hesablanıb və ödənilməsi üçün addımlar atılıb. Meşə qırımları çox zaman meşəətrafı kəndlərdə baş verir.

34