Hikmət Hacıyev, arxiv şəkli

"Bu ölkədə azərbaycanlılara qarşı açıq nifrət aşılanır" - Hikmət Hacıyev

26
Əslində Milli Təhlükəsizlik Strategiyasında bu tipli istinad sənədin formatına uyğun deyil və məntiqsizdir. Çünki belə sənədlərdə hər hansı bir siyasi qüvvə təbliğ edilməməli, dövlətin ümumi və uzunmüddətli təhlükəsizlik konsepsiyası təsvir edilməlidir.

BAKI, 12 avqust — Sputnik. "Bu günlərdə Ermənistan özünün yeni Milli Təhlükəsizlik Strategiyasını ictimaiyyət üçün açıqlamışdır. Strategiyaya ön sözü kimi yazılmış qeydlərdə baş nazir N.Paşinyan geniş şəkildə erməni tarixinə istinadlar edir, Ermənistan dağlıq yaylası, Hayk, çar Artaşes, Arşakilər, Van çarlığı, soyqırımı və s. kimi mifik tarixi məqamlara toxunur ki, bu da format olaraq belə sənədlərə tamamilə uyğun gəlmir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edərkən bildirib.

Prezidentin köməkçisi vurğulayıb ki, Ermənistanın Milli Təhlükəsizlik Strategiyası ümumiyyətlə sanki saxta tarix dərsliyidir: "Adətən bu kimi sənədlərdə tarixə bu qədər istinadlar olmur. Hiss olunur ki, Ermənistan yenə də keçmişin girovluğundan qurtula bilməmiş və çatışmazlıq kompleksi özünü bu sənəddə də büruzə vermişdir".

Hikmət Hacıyevin sözlərinə görə, strategiya ilə tanış olduqca orada şovinist, ksenofob və irqçi dəyərlərin təbliğ edildiyi dərhal sezilir:

"Erməni xalqının böyüklüyü, onun digər xalqlar üzərində üstünlüyü barədə, eləcə də qonşu xalqlara qarşı dözümsüzlük kimi mesajlar verilir. Ermənistan baş naziri Vahan Teryanın şeirindən gətirdiyi sitatla böyük Babil sivilizasiyasının yer üzündən silinməsini şadyanalıqla qarşılayır. Əslində Strategiyanın bütün məğzi "Babil bizim düşmənimiz idi, Bəs indi hardadır. Səhralarla örtülüb" sitatında cəmləşmişdir. Bu düşüncə ilə Yaxın Şərqdə qədim tarixi abidələri dağıdan terrorçuların heç bir fərqi yoxdur. Bütün bunları görəndə, faşist Qaregin Njdenin "Sekaqron" kimi şovinist nəzəriyyəsinin necə yaranmasının və belə ideologiyaların nəyə görə Ermənistanda bu dərəcədə geniş təbliğ olunmasının səbəbləri tam olaraq aydın olur. Bəlkə də Ermənistandan başqa heç bir ölkənin milli təhlükəsizlik strategiyasında şeir yer almamışdır".

O qeyd edib ki, sənəddə "məxməri inqilab"a toxunulur və onun yeni standartlar müəyyən etdiyi bildirilir: "Əslində Milli Təhlükəsizlik Strategiyasında bu tipli istinad sənədin formatına uyğun deyil və məntiqsizdir. Çünki belə sənədlərdə hər hansı bir siyasi qüvvə təbliğ edilməməli, dövlətin ümumi və uzunmüddətli təhlükəsizlik konsepsiyası təsvir edilməlidir. Yəni konsepsiya hakimiyyətdəki qüvvələrə deyil, dövlətin maraqlarına uyğun bir sənəd olmalıdır. Belə çıxır ki, sabah Ermənistanda N.Paşinyana və "məxməri inqilab"a əks olan qüvvələr hakimiyyətə gəldikdən sonra bu strategiya avtomatik olaraq artıq etibarsız olacaq. Belə təəssürat yaranır ki, bu Ermənistanın deyil, Soros və ona yaxın dairələrin dəstəyi ilə baş vermiş "inqilab" nəticəsində hakimiyyətə gələn, Soros fondundan pul alan N.Paşinyan hakimiyyətinin Milli Təhlükəsizlik Strategiyasıdır".

Prezidentin köməkçisi bildirib ki, sənəddə Ermənistan-Azərbaycan münaqişəsinə dair çoxsaylı istinadlar edilir, Azərbaycan tərəfi günahlandırılır və guya Azərbaycanda ermənifobiyanın olduğu bildirilir. Bundan əlavə, sənəddə Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qanunsuz rejimlə bağlı məqamlar yer alır.

"Bununla bağlı vurğulamaq istərdim ki, Strategiyada münaqişə haqda fakt və arqumentlər də saxtadır. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunu işğal edib. Ermənistan azərbaycanlılara qarşı soyqırımı törədib, etnik təmizləmə həyata keçirib, müharibə cinayətləri törədib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə baxmayaraq Ermənistan hələ də öz ordusunu işğal etdiyi ərazilərdən geri çəkməmişdir. Ermənistan işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət, o cümlədən qeyri-qanuni məskunlaşma siyasəti aparır. Ermənistan işğal olunuş ərazilərdə Azərbaycan izlərini yox etməyə çalışır. Ermənistan təmas xəttində və dövlət sərhədində atəşkəsi kobud şəkildə pozaraq təxribatlar törədir, qəsdən Azərbaycanın mülki əhalisi və obyektlərini atəşə tutur. Ermənistan danışıqlarda maraqlı deyil və süni olaraq status-kvonu uzatmağa və işğalı möhkəmləndirməyə çalışır.

2016-cı il aprel döyüşləri ilə bağlı uydurma fikirlərlə bağlı qeyd etmək istərdim ki, həmin vaxt Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təxribata əl atmışdı. Azərbaycan öz əhalisini qorumaq üçün cavab tədbirləri görmək məcburiyyətində qalmışdır. Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribat zamanı da növbəti dəfə mülki əhali və mülki obyektlər qəsdən hədəfə alınmışdır.

Sənəddə bir neçə dəfə xalqların öz müqəddəratını təyin etmə prinsipinə istinadlar edilir. Qeyd edilir ki, qondarma qurumun öz müqəddəratını təyin etmə hüququ qeyri-şərtsiz tanınmalıdır", - deyə H. Hacıyev qeyd edib.

Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan işğal faktını öz müqəddəratını təyin etmə prinsipi ilə ört-basdır etməyə çalışır: "Heç bir halda bu prinsip Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aid edilə bilməz. Bu öz müqəddəratını təyin etmə yox, işğaldır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və buna alternativ yoxdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Qondarma qurumun qeyd-şərtsiz və məhdudiyyətsiz öz müqəddəratını təyin etmə hüququnun tanınmasını tələb edən və bu qanunsuz rejimi "azad ölkə" kimi tanıyan bu strategiya sənədi özü-özlüyündə Ermənistan tərəfindən ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesinə vurulmuş növbəti ağır bir zərbədir. Hesab edirəm ki, həmsədrlər və ümumiyyətlə beynəlxalq ictimaiyyət bu sənədə reaksiya verməlidir".

Prezidentin köməkçisinin fikrincə, ümumiyyətlə, Ermənistanın özünə aid olan bir sənəddə başqa dövlətin ərazisinə dair şərhlərin verilməsi işğalçılıq siyasətinin bariz nümunəsidir:

"Sənəddə iddia olunur ki, Ermənistan ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlara sadiqdir. Lakin bu ölkənin baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə", müdafiə nazirinin "yeni torpaqlar naminə yeni müharibə" kimi bəyanatları, qondarma rejimi tərəf kimi danışıqlara cəlb etmək cəhdləri, eləcə də Strategiyada münaqişə ilə bağlı təxribatçı fikirlər sübut edir ki, Ermənistan məqsədli şəkildə danışıqlar prosesini pozur və onun niyyəti işğalı davam etdirməkdir.

Sənəddə qeyd olunur ki, qondarma qurumun təhlükəsizliyini, eləcə də Ermənistan da daxil olmaqla xarici dünya ilə təhlükəsiz və şaxələnmiş kommunikasiyasını təmin edəcək lazımi müdafiə xətləri olmalıdır. Bununla Laçın rayonu və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə bitişik digər işğal olunmuş rayonlara işarə edilir. Bu bir daha onu göstərir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmaq niyyəti yoxdur.

Sənəddə bir neçə yerdə qeyd olunur ki, Ermənistan qondarma qurumun təhlükəsizliyinin qarantıdır. Bu işğalın açıq etirafıdır. Bundan əlavə iddia edilir ki, Azərbaycanın münaqişəni hərbi yolla həll etmək cəhdi qondarma qurumun əhalisinin fiziki mövcudluğuna təhdiddir. Əslində isə Ermənistanın işğalçı siyasəti Azərbaycanın mülki əhalisinin öz doğma torpaqlarında fiziki mövcudluğuna son qoyub. Ermənistan bir milyona yaxın qaçqın və məcburi köçkünü öz doğma yurdlarından qovmaqla etnik təmizləmə siyasəti həyata keçirib.

Sənəddə qeyd olunur ki, danışıqlar prosesinin məqsədi "müharibənin nəticələrinin qorunması"dır. Bu açıq şəkildə göstərir ki, Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirmək niyyətindədir və dayanıqlı sülhə xidmət edən danışıqlarda maraqlı deyil.

Sənədlə tanış olduqca Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatının məqsədyönlü olması bir daha aydın olur.

Strategiyanı oxuduqca Ermənistanda azərbaycanafobiya aydın sezilir. Bu ölkədə azərbaycanlılara qarşı açıq nifrət aşılanır.

Strategiyada Azərbaycan tərəfindən guya ermənilərə qarşı həyata keçirilmiş uydurma qırğınlardan danışılır. Sənəddə Gəncə Qandzak adlandırılır. Azərbaycanlılara qarşı soyqırımı və vəhşiliklər törətmiş, Ermənistanda və işğal edilmiş ərazilərdə Azərbaycan irsini məhv edən və toponimlərini dəyişdirən bir ölkənin bu iddiaları əsl riyakarlıqdır.

Sənəddə deyilir ki, Ermənistan cəmiyyətində zorakılıq və ksenofobiyaya yer yoxdur. Əslində isə Ermənistan öz ərazisindən, eləcə də işğal etdiyi torpaqlardan 1 milyondan çox azərbaycanlını zorakılıqla qovmuşdur. Ermənistan məscidləri, tarixi abidələri, qəbirləri dağıdan bir ölkədir. Ksenofobiyanın həddi o səviyyədədir ki, Yerevandakı Göy məscid, Şuşadakı Yuxarı Gövhər ağa məscidlərinin arxitektur xüsusiyyətləri və mahiyyəti dəyişdirilir və İran abidələri kimi qələmə verilir. Ermənistanda böyük Azərbaycan şairi aşıq Ələsgərin qəbri dağıdılmışdır. Ermənistanın keçmiş prezidenti 2003-cü ildə Avropanın mərkəzində qeyd etmişdir ki, "ermənilərlə azərbaycanlılar etnik cəhətdən uyğunsuzdur".

26
Əlaqədar
Azərbaycan səfiri İtaliya mətbuatında erməni yalanlarını ifşa edib
Los-Ancelesdəki Pakistan Şurası azərbaycanlılara qarşı törədilən vəhşilikləri pisləyib
Hikmət Hacıyev: “Həmsədrlərin mandatının əsasını təşkil edən məqsədlər həyata keçməyib”
Torontoda ermənilər iki azərbaycanlıya xəsarət yetirdilər
MN: Ermənistan ordusunun müdafiəsinin dərinliyindəki hərbi obyektləri vura bilərik
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

36
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

36
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron
Ceyhun Bayramov və Sergey Lavrov, arxiv şəkli

Ceyhun Bayramovla Sergey Lavrov danışdılar

43
(Yenilənib 23:57 30.09.2020)
Rusiya Xarici İşlər naziri Sergey Lavrov bölgədə baş verən gərginlik ilə bağlı narahatlığını ifadə edib və atəşkəsə nail olunmasının vacibliyini bildirib.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bu gün baş tutan telefon söhbətində Rusiya Xarici İşlər naziri Sergey Lavrov bölgədə baş verən gərginlik ilə bağlı narahatlığını ifadə edib və atəşkəsə nail olunmasının vacibliyini bildirib. O, gərginliyin aradan qaldırılması üçün Rusiyanın həm milli qismdə, həm də Minsk Qrupunun digər həmsədr ölkələri ilə birgə vasitəçilik səylərini təklif edib.

Nazir Ceyhun Bayramov, öz növbəsində bölgədə baş verən gərginliyin əsas səbəbkarının Ermənistan tərəfi olduğunu qeyd edib. Nazir, cari ilin 27 sentyabr tarixindən etibarən Azərbaycan Ordusunun təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına cavab olaraq özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə əks-həmlələr həyata keçirdiyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğunu və Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırıb.

43
Teqlər:
Ceyhun Bayramov, Azərbaycan xarici işlər nazirliyi, Rusiya xarici işlər naziri Sergey Lavrov