Заведующий отделом Администрации президента по вопросам внешней политики Хикмет Гаджиев

Hikmət Hacıyev: “Həmsədrlərin mandatının əsasını təşkil edən məqsədlər həyata keçməyib”

13
(Yenilənib 14:45 04.08.2020)
"Ermənistanın hərbi siyasi rəhbərliyində olan insanları nəhayət öz məsuliyyətlərini başa düşməlidirlər. Onlar anlamalıdır ki, bu işğala görə şəxsən məsuliyyət daşıyırlar"

BAKI, 4 iyul – Sputnik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Ermənistan müharibəsi, Minsk Qrupu həmsədrlərinin fəaliyyəti ilə bağlı APA-ya müsahibə verib. Sputnik Azərbaycan həmin müsahibəni təqdim edir.

- Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında bildirdi ki, quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. İndiki şərtlər daxilində Ermənistan və Azərbaycan arasında danışıqların dayandırılması mümkündürmü?

- Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həlli prosesinə sadiqdir. Biz hesab edirik ki, bu fəaliyyət Minsk Qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən sənədlər, xüsusilə də ATƏT-in Budapeşt sammitinin qərarları və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həyata keçirilməlidir. Amma Azərbaycan Respublikasının qaldırdığı məsələ ondan ibarətdir ki, danışıqlar prosesi nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərinin işğaldan azad edilməsi təmin olunmalıdır. Yəni, bu mandat əsasında qoyulmuş məqsədlər həyata keçirilməyib. Burada da əsas məqsəd ondan ibarətdir ki, danışıqlar prosesinin nəticəsi olaraq Azərbaycanın işğal olunmuş torpaqları işğaldan azad edilməlidir. Görünən odur ki, Ermənistan danışıqlar prosesinə riyakarlıqla yanaşır. Ermənistan atəşkəs rejimi adı altında danışıqlar prosesinin yubatmağa, hətta uzatmağa çalışır. Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu gücləndirməkdir. Ona görə də Azərbaycanın gözləntisi Minsk Qrupu həmsədrlərinin öz üzərinə düşən mandat əsasında ciddi, konkret gündəlik, həmçinin də 90-cı illərin ortalarında BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında hazırlanmış təcili və təxirəsalınmaz addımlar haqqında proqramda nəzərdə tutulan konkret vaxt ərzində Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasıdır. Bu plan nəyə görə həyata keçirilmir?!

Bu gün biz Ermənistanın ritorikasına baxsaq, görərik ki, onlar yenə də beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur. Onlar qəsdən yenə də atəşkəs rejiminin gücləndirilməsi ilə bağlı məsələləri gündəmə gətirirlər. Axı burada məqsəd atəşkəsin gücləndirilməsi deyil, işğal faktına, hərbi işğala son qoymaqdır. Danışıqlar prosesinin də mahiyyətində bu durmalıdır. Azərbaycan Respublikası Düşənbə görüşündən -  2018-ci ilin sentyabr ayından başlayaraq danışıqların intensiv əsasda hazırlanması üçün bütün konstruktiv addımları həyata keçirib. 

Ancaq bunun müqabilində biz Ermənistanın destruktiv və provokativ addımlarını gördük. Ermənistan danışıqlar prosesinin formatını pozmağa çalışır, danışıqlar prosesinin mahiyyətini dağıdır, ATƏT-in Minsk Qrupu həmsədrlərinə hörmətsiz yanaşır. Ermənistanın təcavüzkar siyasətinin davamı kimi biz Tovuzda növbəti hücumu, təxribatı gördük. Bunlar baş verdiyi şəraitdə beynəlxalq ictimaiyyət, həmsədrlər tərəfindən Ermənistanın fəaliyyətinə qiymət verilməli, danışıqlar konkret əsasda aparılmalıdır.

- Bunun üçün Azərbaycan tərəfindən hansısa şərtlər irəli sürülübmü? ATƏT-in Minsk Qrupu qarşısında hansısa məsələ qaldırılıbmı?

- Azərbaycanın qarşıya qoyduğu məqamlardan biri həmsədrlərin öz mandatından irəli gələn məsələlərin həlli üçün öz fəaliyyətlərini nəzərdən keçirmələridir. Həmçinin danışıqlar prosesində artıq müəyyən olunmuş əsasların Ermənistan tərəfindən pozulmasına və müəyyən qeyd-şərtlər irəli sürməsinə yol vermək olmaz. Ermənistanın Baş naziri Azərbaycan tərəfinə 7 qeyd-şərt irəli sürüb. Bu, danışıqlar prosesinə çox ciddi zərbədir. Danışıqlarda Ermənistanın hər hansı şərt qoymasının əsası yoxdur. Həmçinin, Azərbaycan o məqamla çıxış edir ki, ATƏT-in Minsk Qrupunun 11 üzvü də prosesdə aktiv iştirak etsin. Onların hamısının iştirakı ilə toplantılar, Minsk qrupunun geniş tərkibli iclasları keçirilsin. Ən vacib məqam odur ki, işğal faktına son qoyulmalı, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Ermənistanın hərbi siyasi rəhbərliyində olan insanları nəhayət öz məsuliyyətlərini başa düşməlidirlər. Onlar anlamalıdır ki, bu işğala görə şəxsən məsuliyyət daşıyırlar.

13
Co Bayden, arxiv şəkli

Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı

99
(Yenilənib 20:27 17.01.2021)
Əvvəllər “Brexit” haqqında mənfi danışan Bayden, Britaniya rəsmiləri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir.

BAKI, 17 yanvar - Sputnik. ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden andiçmə mərasimindən sonra ilk və ya ikinci xarici səfərini Böyük Britaniyaya edə bilər.

“Report”un məlumatına görə, bu barədə “The Daily Telegraph” siyasətçinin ətrafındakı şəxslərə istinadən xəbər verib.

Bu səfər böyük ehtimalla Britaniyada keçiriləcək Böyük Yeddiliyin (G7) zirvə toplantısına təsadüf edəcək. Bundan əlavə, Bayden, payızda BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) iştirak etmək üçün bu ölkəyə səfər etmək niyyətindədir.

Qəzetin yazdığına görə, əvvəllər “Brexit” haqqında mənfi danışan Bayden, Britaniya rəsmiləri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir.

99
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda hərbi parada baxır

Əliyevlə Ərdoğan Ağdamdakı Birgə Monitorinq Mərkəzini müzakirə etdilər

23
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.

 Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

23
Teqlər:
telefon danışığı, İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0