SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti Balakən rayonuna səfər edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında
Prezident İlham Əliyev Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub.

BAKI, 29 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlətimizin başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında
Azərbaycan Prezidenti Balakən rayonuna səfər edib - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında

Dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub. Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında
Azərbaycan Prezidenti Balakən rayonuna səfər edib - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında

İyulun 29-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev “Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin istifadəyə verilməsi tədbirində
Azərbaycan Prezidenti Balakən rayonuna səfər edib - Sputnik Azərbaycan
Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin istifadəyə verilməsi tədbirində

İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib. Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında
Azərbaycan Prezidenti Balakən rayonuna səfər edib - Sputnik Azərbaycan
Prezident İlham Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub
Azərbaycan Prezidenti Balakən rayonuna səfər edib - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub

Dövlətimizin başçısına təsərrüfat barədə məlumat verilib.

Xəbər lenti
0