Ceyhun Bayramov və Rusiya Federasiyasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Boçarnikov Mixail

Bayramov Rusiya səfirinə Azərbaycanın tələblərini çatdırdı

1987
(Yenilənib 22:16 28.07.2020)
XİN başçısı Azərbaycanın danışıqlarda sadəcə danışıq aparılması naminə iştirak etmədiyini və ölkəmizin nəticəyə yönəlik danışıqlar tələb etdiyini bildirib

BAKI, 28 iyul — Sputnik. Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Boçarnikov Mixail Nikolayeviçi qəbul edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə edib. Strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən çoxşaxəli Azərbaycan-Rusiya münasibətlərinin hər iki ölkənin maraqları və ümumiyyətlə regionun sabitliyi, habelə tərəqqisi üçün yeni imkanların açılması baxımından önəmli olduğu qeyd olunub.

Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Boçarnikov Mixail Nikolayeviçi qəbul edib

Nazir, hər iki ölkənin dövlət başçıları səviyyəsində mövcud olan dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb. Dövlət başçılarının mütəmadi xarakter daşıyan qarşılıqlı səfərlərinin, eləcə də və ötən ilin sonunda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Rusiyaya etdiyi rəsmi səfərin iki ölkə arasında təşəkkül tapmış intensiv dialoq və əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Ümumilikdə iki ölkə arasında müxtəlif  sahələrdə, o cümlədən sənaye, turizm, nəqliyyat və kommunikasiya, təhsil və s. istiqamətlər üzrə əməkdaşlığın inkişafından razılıq ifadə edilib.

Səfir Boçarnikov Mixail Ceyhun Bayramovu təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. O, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin geniş perspektivlərindən bəhs edib. Qlobal pandemiya ilə mübarizə şəraitində bəzi layihələrin təxirə salındığını qeyd edən Rusiya səfiri, hətta bu şəraitdə belə iki dövlətin əməkdaşlığının davam etdiyini və Rusiyanın Azərbaycana istər tibbi ləvazimat, istərsə də təcrübə mübadiləsi şəklində dəstəyinin davam etdirildiyini söyləyib. Pandemiya zamanında iki ölkə vətəndaşların geri qaytarılması ilə bağlı hər iki ölkə tərəfindən tədbirlərin həyata keçirildiyi və bundan sonra da davam etdiriləcəyi qeyd olunub.

Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Boçarnikov Mixail Nikolayeviçi qəbul edib

Söhbət əsnasında həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan–Ermənistan dövlət sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində hücum cəhdinin qarşısının alınması, bölgədəki cari vəziyyət, eləcə də xarici ölkələrdə radikal erməni qüvvələrinin dinc azərbaycanlı nümayişçilərə və diplomatik nümayəndəliklərə qarşı nümayiş etdirdiyi aqressiv davranış barədə müzakirə aparılıb. 

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin planlaşdırılmış şəkildə Azərbaycan-Ermənistan sərhədində törətdiyi növbəti hərbi təxribatı və hazırda bölgədəki vəziyyət barədə həmsöhbətini məlumatlandırıb. Ermənistan tərəfinin bu təxribatla heç bir məqsədinə nail olmadığı, əksinə beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə növbəti dəfə üzləşdiyi vurğulanıb.

Ceyhun Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində danışıqların aparılmasının vacibliyini vurğulayıb, eyni zamanda bu danışıqların real və mahiyyət üzrə aparılmasının vacibliyini qeyd edib. Həmsədr İqor Popov ilə telefon söhbətinə istinad edən nazir Ceyhun Bayramov, Azərbaycanın danışıqlarda sadəcə danışıq aparılması naminə iştirak etmədiyini və ölkəmizin nəticəyə yönəlik danışıqlar tələb etdiyini bildirib.

Səfir Mixail Boçarnikov Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin hər zaman ölkəsinin diqqət mərkəzində saxlanıldığını qeyd edib. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində Rusiyanın münaqişənin həlli ilə bağlı mövqeyinin bəlli olduğunu bildirib.

Görüş zamanı tərəflər, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər  ətrafında fikir mübadiləsi aparıblar.

1987
Nikol Paşinyan

İlham Əliyev: "Paşinyan Soros rejiminin məhsuludur"

1069
(Yenilənib 20:53 19.09.2020)
Azərbaycan Prezidenti: "Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Sən necə müstəqil ölkəsən ki, sən öz qərarını qəbul edə bilmirsən. Necə müstəqil ölkəsən ki, səni idarə edən Sorosdur".

BAKI, 19 sentyabr — Sputnik. Prezident İlham Əliyev Ermənistanın Corc Soros tərəfindən idarə edildiyini deyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibə verən Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı "Soros rejimini məhsulu" adlandırıb. İlham Əliyev deyib:

"Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Sən necə müstəqil ölkəsən ki, sən öz qərarını qəbul edə bilmirsən. Necə müstəqil ölkəsən ki, səni idarə edən Sorosdur. Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur. Baxın, Paşinyanın hakimiyyət komandasının tərcümeyi-halına. Hamısı ya Sorosdan, ya "Transperensy"dən, ya da ki, digər insan hüquqları təşkilatlarındandır. Onlar bu gün Ermənistanda baş verən despotik hərəkətlərə göz yumurlar".

Azərbaycan Prezidenti beynəlxalq hüquq-müdafiə təşkilatlarının Ermənistanda baş verən cinayətlərə göz yummasını da hər ikisinin eyni sponsor tərəfindən idarə olunması ilə izah edib:

"Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat heç məsələ qaldırmayıb: "Ermənistanda indi iki prezident məsuliyyətə cəlb edilib, cinayət işi açılıb, iki keçmiş prezident, sırf siyasi fəaliyyətlərinə görə, bunu hər kəs bilir, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susur? "Freedom House", "Human Rights Watch", "Amnesty International" niyə susur? Sorosa görə. Soros Ermənistanın başçısıdır, Soros həmin bu dırnaqarası hüquq müdafiəsi təşkilatlarının sponsorudur. Onların sponsoru birdir", - deyə Azərbaycan Prezidenti qeyd edib.

1069
Teqlər:
Corc Soros, Azərbaycan, Ermənistan, Ermənistanın baş naziri Nikol Paşinyan, Nikol Paşinyan, Prezident İlham Əliyev, İlham Əliyev
Əlaqədar
Prezident: Çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri sıfır səviyyəsində idi
Azərbaycan Prezidenti: “Neft bizim üçün məqsəd deyil"
Əliyev Paşinyan haqda: Biz şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək

Əliyev Paşinyan haqda: Biz şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək

662
(Yenilənib 20:08 19.09.2020)
Azərbaycan Prezidenti: "Biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar".

BAKI, 19 sentyabr — Sputnik. "Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Amma mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır. Orada hansısa komediya tipli təlimlər keçirirlər. Yəni, hər bir addım bizə qarşı açıq təxribatdır".

© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı deyib:

"İyul təxribatı - o da artıq silahlı təxribatdır və heç kimə sirr deyil ki, bunu Ermənistan başlayıb. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi bunu açıq bildirib. Mən demişəm o vaxt, bu gün də, bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və biz əgər istəsəydik, Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi. Amma biz etmədik bunu. Çünki bizim hərbi siyasət konsepsiyamızda bu, yoxdur - əgər bizə qarşı ciddi təxribat törədilməsə. Əgər törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin, heç bir məhdudiyyət. Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq, amma axırı onlar üçün pis olacaq.

İyul təxribatından sonra avqust təxribatı. Mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı tutuldu. İfadələr verir, etiraf edir, adlar çəkir, kim göndərib, necə göndərib. Yəni, bu, çoban deyil, bu, nə bilim yolunu azmış hansısa uşaq deyil... Bu təxribatı kim edir? Bizmi diversiya qrupu göndərmişik? Yox, onlar göndəriblər. Bizmi iyul hadisələrini törətmişik? Onlar. Bizmi onların vətəndaşlarını öldürmüşük? Yox, onlar. Ermənistan tərəfində mülki şəxslər arasında bir dənə də qurban yox idi. Amma bizim 76 yaşlı ağsaqqal həlak oldu, nə qədər ev dağıldı. Ona görə bu təxribatlar faktiki olaraq o siyasətin məntiqi nəticəsidir. Məqsəd danışıqları pozmaq, ondan sonra bizi ittiham etmək və status-kvonu dəyişməz etməkdir. Budur, onların məqsədi. Ona görə hesab edirlər ki, bunu edə biləcəklər. Hesab edirəm ki, səhv edirlər. Bunu nə qədər tez anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır".

662
Teqlər:
BMT Təhlükəsizlik Şurası, Abşeron, işğal, Ermənistan, Ermənistanın baş naziri Nikol Paşinyan, Nikol Paşinyan, Prezident İlham Əliyev, prezident İlham Əliyev, İlham Əliyev
Əlaqədar
Prezident: Çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri sıfır səviyyəsində idi
Azərbaycan Prezidenti: “Neft bizim üçün məqsəd deyil"
Microsoft şirkətinin həmtəsisçisi Bil Qeyts

Bill Qeyts COVID-19 pandemiyasının başa çatacağı tarixi açıqladı

0
(Yenilənib 21:57 20.09.2020)
"Microsoft" korporasiyasının banisi: "Epidemiya ən yaxşı halda ehtimal ki, 2022-ci ildə başa çatacaq. Ancaq 2021-ci il ərzində qlobal yanaşma olduğu halda bizi göstəriciləri aşağı salmaq lazımdır".

BAKI, 20 sentyabr — Sputnik. COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq.

Sputnik Azərbaycan Report-a ictinadla xəbər verir ki, bu fikri "Microsoft" korporasiyasının banisi Bill Qeyts "Fox News" telekanalına müsahibəsində səsləndirib.

Bill Qeytsə ABŞ-da və dünyada sanitar-epidemiologiya vəziyyətin bütövlükdə nə vaxt normallaşa biləcəyi barədə sual verilib. "Bizim ümid etdiyimiz kimi, 2021-ci ilin əvvəlində peyvəndlərin tətbiqi təsdiq edilsə, onda ABŞ-da vəziyyət növbəti normal məcraya qayıtmağa başlayacaq və əlbəttə əgər başqa ölkələrə kömək etsək, fəaliyyətimiz gələn ilin sonunda normaya düşəcək", - deyə o, suala cavabında bildirib.

"Epidemiya ən yaxşı halda ehtimal ki, 2022-ci ildə başa çatacaq. Ancaq 2021-ci il ərzində qlobal yanaşma olduğu halda bizi göstəriciləri (infeksiyanın yayılması-red) aşağı salmaq lazımdır. Allaha şükür ki, peyvəndi inkişaf etdirmə texnologiyaları artıq mövcuddur, maliyyə işi alındı ​​və şirkətlər ən yaxşı mütəxəssislərini təmin etdilər. Bu səbəbdən nikbinəm ki, bütün bunlar əbədi qalmayacaq", - Qeyts deyib.

Onun hesablamasına görə, dünyada pandemiya zamanı peyvəndləmə səviyyəsi əvvəlki 20 ildə əldə olunan irəliləyişi məhv edərək, 14 faiz azalıb. Bill Qeyts Birləşmiş Ştatların "inkişaf etməkdə olan ölkələr üçün peyvəndlərin alınmasına kömək etməkdə özünü göstərə bilməməsindən məyus olduğunu dilə gətirib.

0
Teqlər:
Fox News, epidemiya, Koronavirus, COVID-19, Bill Gates
Əlaqədar
Bill Geytsin "koronavirusdan betər fəlakət" sözləri nə dərəcədə doğrudur?