Kuala-Lumpur şəhərinə mənzərə, arxiv şəkli

Malayziya Parlamenti Azərbaycana güclü dəstək ifadə edən bəyanat qəbul edib

136
(Yenilənib 11:29 27.07.2020)
24 iyul tarixində imzalanmış bəyanatda Ermənistan silahlı qüvvələrinin təcavüzkar addımları pislənib, Azərbaycanın müstəqilliyinə, eləcə də ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək ifadə olunub.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 iyul — Sputnik. Malayziya Parlamentində Malayziya-Azərbaycan Respublikası Dostluq Qrupu cari ilin 12 iyul tarixindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə başladığı hücum cəhdləri ilə bağlı ölkəmizə güclü dəstək ifadə edən bəyanat qəbul edib.

Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Parlamentlərarası Dostluq Qrupunun üzvləri adından qrupun sədri Datuk Rozman Bin Datuk Haji Isli tərəfindən 24 iyul tarixində imzalanmış bəyanatda Ermənistan silahlı qüvvələrinin təcavüzkar addımları pislənib, Azərbaycanın müstəqilliyinə, eləcə də ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək ifadə olunub.

Bu səpkidə Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun cari ilin 18 iyul tarixində qəbul edilmiş kommünikesinə istinad edilərək, Ermənistan-Azərbaycan münaqişəsinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri çərçivəsində həll edilməli olduğu bildirilib, ərazi bütövlüyünün təmin edilməsi cəhdlərində Azərbaycan Respublikası ilə həmrəylik vurğulanıb. Həmçinin İslam Əməkdaşlıq Təşkilatının 14 iyul 2020-ci il tarixli bəyanatından bəhs edilərək, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələbi səsləndirilib və bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həllinə dəstək ifadə olunub.

Bəyanatla əlaqədar Azərbaycan Respublikasının Malayziyadakı səfiri Qaley Allahverdiyev qanunverici Datuk Rozman Bin Datuk Haji İslinin timsalında Malayziya-Azərbaycan Respublikası Dostluq Qrupunun üzvlərinə təşəkkür edərək, belə bir dəstəyin təsadüfi olmadığını, qardaş Malayziya xalqının və Hökumətinin Azərbaycanın ərazi bütövlüyü məsələsində birmənalı mövqeyinin qətiyyətlə davam etdirildiyini qeyd edib. Səfir Q.Allahverdiyev iki dövlət arasında dostluq və yaxın əməkdaşlıq münasibətlərinin qarşılıqlı etimada, hörmətə, o cümlədən, Azərbaycan və Malayziyanın ali siyasi institutlarının bu istiqamətdə nümayiş etdirdiyi güclü və prinsipial iradəyə əsaslandığını vurğulayıb.

136
Əlaqədar
Cəbhədə son durum: yenə sakitlik yoxdur
Gürcüstan təkzib etdi: Ermənistana 300 hərbi texnikanın keçməsi xəbəri yalandır
Kanadada azərbaycanlıların izdihamlı dəstək mitinqi - FOTO
Dağlıq Qarabağın azərbaycanlı icması soydaşlarımıza müraciət etdi
ABŞ Los-Anceles olayları ilə bağlı bəyanat yaydı - RƏSMİ
Nikol Paşinyan, arxiv şəkli

Əvvəl siyasətçilər, sonra hərbçilər, indi alimlər - Hər kəs onun istefasını istəyir

20
(Yenilənib 16:34 25.11.2020)
Ermənistan Milli Elmlər Akademiyası ölkə rəhbərliyinin elmə qarşı passiv münasibətini də tənqid edib.

BAKI, 25 noyabr — Sputnik. Ermənistan Milli Elmlər Akademiyasının (EMEA) Prezidiumu Ermənistan Baş naziri Nikol Paşinyan və onun hökumətinin istefaya göndərilməsini tələb edir. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumat EMEA-nın rəsmi saytında bildirilir.

EMEA, həmçinin Qarabağla bağlı üçtərəfli bəyanatı erməni xalqı üçün alçaldıcı hesab edir.

Bundan əlavə, bəyanatda qeyd olunur ki, EMEA ölkə rəhbərliyinin elmə qarşı passiv münasibətini də tənqid edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Belə ki, noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

20
Teqlər:
Üçtərəfli bəyanat, elm, alimlər, Ermənistanın baş naziri Nikol Paşinyan, istefa
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan partiyasına Qarabağla bağlı tapşırıq verdi

15
(Yenilənib 15:13 25.11.2020)
Türkiyə Prezidenti: Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb.

BAKI, 25 noyabr — Sputnik. Ölkəmizin dəstəyi sayəsində Azərbaycan toprağı olan Qarabağdakı erməni işğalı sona çatıb, münaqişənin uzunmüddətli həlli istiqamətində ümidlər ilk dəfə artıb. 

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışı zamanı bildirib.

O, Kəlbəcərin işağldan azad edildiyini və artıq Qarabağda Azərbaycan bayrağının dalğalandığını da qeyd edib: 

"Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayıb".

Türkiyə Prezidenti həmçinin lideri olduğu partiya yetkililərinə tapşırıb ki, hamı Dağlıq Qarabağla bağlı prosesə dəstək verməli və yeni reallıqlara uyğun addımlar atılmalıdır.

15
Teqlər:
AKP, Kəlbəcər, Dağlıq Qarabağ, Qarabağ, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, Rəcəb Tayyip Ərdoğan, Ərdoğan
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub

7
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3469 yeni yoluxma faktı qeydə alınıb, 1229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 102 396 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 66 963 nəfər müalicə olunaraq sağalıb, 1 224 nəfər vəfat edib, aktiv xəstə sayı 34 209 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 057, ötən müddət ərzində isə ümumilikdə 1 646 654 test aparılıb. 

7
Teqlər:
Azərbaycan, test, Koronavirus, COVID-19, yoluxma