Televizora baxan adam, arxiv şəkli

Meksika telekanalında Ermənistanın təxribatı faktları yayımlandı

15
(Yenilənib 10:42 27.07.2020)
Diplomat bu təxribatın eyni zamanda daxili auditoriyaya da yönəlik bir addım olduğunu, bununla Ermənistan rəhbərliyinin xalqın diqqətini ölkədə mövcud olan son dərəcə ağır sosial-iqtisadi və siyasi vəziyyətdən yayındırmağa çalışmaq olduğunu deyib.

BAKI, 27 iyul — Sputnik. Meksikanın tanınmış "Canal Once" telekanalında Azərbaycanın bu ölkədəki səfirinin Ermənistanın son təxribatları ilə bağlı müsahibəsi yayımlanıb.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu ölkənin çoxmilyonlu izləyici kütləsinə malik ən qədim televiziya kanallarından olan dövlət telekanalının "Xəbərlər" proqramında səfir Məmməd Talıbovun Ermənistanın son təxribatları ilə bağlı kanalın xarici siyasət üzrə tanınmış beynəlxalq şərhçisi Federiko Lamonta verdiyi müsahibə efirə verilib.

Müsahibədə 12 iyuldan etibarən Ermənistan silahlı qüvvələrinin növbəti dəfə atəşkəs rejimini pozaraq ordumuzun iki ölkə arasındakı dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərinə qəfil hücumlar təşkil etdiyini bildirən səfir qarşı tərəfin belə təxribatlar törətməkdə məqsədinin ilk olaraq, dünya ictimaiyyətinin diqqətini Azərbaycanın 20 faiz ərazisini işğal etməsi və bu torpaqlarda yaşayan bir milyona yaxın həmvətənimizə qarşı etnik təmizləmə aparması faktından yayındırmaq, habelə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan və onsuz da kövrək durumda olan danışıqlar prosesini sabotaj etmək olduğunu qeyd edib.

Diplomat bu təxribatın eyni zamanda daxili auditoriyaya da yönəlik bir addım olduğunu, bununla Ermənistan rəhbərliyinin xalqın diqqətini ölkədə mövcud olan son dərəcə ağır sosial-iqtisadi və siyasi vəziyyətdən yayındırmağa çalışmaq olduğunu deyib.

M.Talıbov Tovuz rayonu ərazisində törədilmiş son hərbi təxribatla Ermənistan tərəfinin həmin bölgədən keçən, Azərbaycanın başlıca iştirakçısı olduğu və bütün regionun inkişafında müstəsna rolu olan irimiqyaslı enerji və infrastruktur layihələrinin təhlükəsizliyini də təhdid etdiyini qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etdiyini deyən M.Talıbov, bu sənədlərin qəbulundan 30 ilə yaxın bir müddət keçməsinə rəğmən, Ermənistanın həmin qətnamələrə məhəl qoymadığını bildirib.

Son olaraq, səfir beynəlxalq ictimaiyyətin çoxsaylı üzvləri kimi, Meksikanın beynəlxalq hüququ, bu xüsusda ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığı kimi əsas prinsipləri, habelə bu münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəklədiyini bildirib və ölkəmizin Meksika tərəfinin bu mövqeyini yüksək qiymətləndirdiyini qeyd edib.

Müsahibə ilə bağlı süjetdə Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tovuz rayonu ərazisində dağıntılara məruz qalmış dinc yaşayış məntəqələrinin görüntüləri də efirə verilib.

15
Əlaqədar
Aİ-nin Azərbaycandakı nümayəndəsi və Belçika səfiri XİN-ə çağırıldı
Diaspor Komitəsi xaricdəki azərbaycanlılara müraciət edib: Təxribata uymayın
Mehriban Əliyeva beynəlxalq təşkilatlara müraciət etdi: Ədalətli qiymət verin
Səfir ABŞ-dakı Azərbaycan vətəndaşlarına çağırış etdi
Belçikada azərbaycanlılara hücum edənlər saxlanılıb
İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam

3
(Yenilənib 17:15 24.11.2020)
Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

BAKI, 24 noyabr — Sputnik. "Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək, bu barədə də ətraflı danışacağam".

3
Yerevana mənzərə, arxiv şəkli

Ermənistanda daha bir nazir istefa verib

14
Xaçaryan 2018-ci ilin oktyabrında bu vəzifəyə təyin olunub. Xatırladaq ki, bundan əvvəl Ermənistanda bir neçə nazir vəzifəsindən uzaqlaşdırılıb.

BAKI, 24 noyabr — Sputnik. Ermənistanda daha bir nazir istefa verib.

Sputnik Ermənistan-ın məlumatına görə, ölkənin iqtisadiyyat naziri Tiqran Xaçatryan bir gün qabaq istefa ərizəsi yazıb.

Qeyd edək ki, T. Xaçaryan 2018-ci ilin oktyabrında bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, bundan əvvəl Ermənistanda bir neçə nazir vəzifəsindən uzaqlaşdırılıb.

14