Serbiya bayrağı

Boris Tadiç: “Azərbaycanla münasibətlərimiz ağlasığmaz dərəcədə pozulub”

41
(Yenilənib 13:07 22.07.2020)
Serbiyanın sabiq Prezidenti məktub yazaraq son vəziyyət barəsində təəssüfləndiyini ifadə edib və iki ölkə arasındakı dostluğun toxunulmaz qalmalı olduğunu bildirib

BAKI, 22 iyul – Sputnik. “Son illərdə təhlükəsizlik sahəsində hərtərəfli təcrübəni nəzərdə tutaraq, mən öz ölkəmdə silah ixracına kifayət qədər nəzarət edilməməsinin bütün risklərini, habelə adları qara siyahıya salınmış silah dəllallarına məxsus olan özəl şirkətlərin Serbiyada yenidən fəaliyyətə başlaması faktını aşkar şəkildə bəyan etmişəm”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu fikirlər Serbiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Boris Tadiçin məktubunda əksini tapıb.

Sabiq Prezident bildirib ki, o hakimiyyətdə olduğu dövrdə həmin şəxslər silah ticarəti ilə məşğul olmağa icazə ala bilməyiblər.

“Təəssüf ki, mənim açıq müraciətlərim Serbiyanın hazırkı rəhbərliyi tərəfindən nəzərə alınmayıb və bunun nəticəsində mənim ölkəmin beynəlxalq etibarı puç olub. Daha pisi isə odur ki, bizim Azərbaycanla münasibətlərimiz ağlasığmaz dərəcədə və tamamilə pozulub. İyirmi ildən çoxdur Azərbaycanla Serbiya arasında ən sıx səmimi və strateji münasibətlərin qurulmasından, beynəlxalq təşkilatlarda hər iki ölkənin ərazi bütövlüyünün, habelə beynəlxalq hüququn əsas prinsiplərinin müdafiəsinə qarşılıqlı dəstək verildikdən, müstəsna iqtisadi əməkdaşlıqdan, infrastruktur obyektlərinin inşasından və mədəni mübadilələrdən sonra dost Azərbaycanın əleyhinə hərbi əməliyyatda istifadə edilən silahların Serbiyadan nəzarətsiz ixracına görə xalqlarımızın və ölkələrimizin səyləri üzərinə nəhəng kölgələr salınıb. Mən hadisələrin bu cür cərəyan etməsinə görə öz dərin təəssüf hissimi ifadə etməliyəm. İlk növbədə ona görə ki, hakimiyyətdə olduğum dövrdə mən öz dostum, Prezident İlham Əliyevlə birlikdə iki ölkə arasında strateji tərəfdaşlığın təşəbbüskarı olmuşam. Həmin dövrdə beynəlxalq təhlükəsizlik və iqtisadiyyat sahəsində çox mürəkkəb şərait mövcud idi, habelə Azərbaycana və Serbiyaya zərbə vurmağa sövq edən əhəmiyyətli amillər var idi.

Mən bu məktub vasitəsilə bir daha son vəziyyət barəsində təəssüfləndiyimi ifadə edirəm. Serbiyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü kimi mən ölkələrimiz arasındakı münasibətlərin yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaytarılması üçün əlimdən gələni əsirgəməməyə hazıram.

İki ölkə arasındakı dostluq toxunulmaz olaraq qalmalıdır”, - deyə məktubda qeyd olunub.

 

41
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan yenə Azərbaycana dəstək verdi: Bizə uzadılan hər bir əli kəsirik kəsəcəyik!

60
(Yenilənib 22:01 20.10.2020)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

BAKI, 20 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə keçirilən növbəti iclasdan sonra verdiyi açıqlamasında Azərbaycana yenə də dəstək mesajı ünvanlayıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

O, həmçinin, vurğulayıb ki, Balkanlardan Qafqaza, Asiyadan Afrikaya qədər Türkiyəyə dəstək üçün üz tutan hər kəsə kömək əli uzadılıb və bu, davam edəcək:

"Ölkəmizin də daxil olduğu coğrafiyada yaşananlara baxdığımızda Türkiyənin uzun illərdən bəri mübarizələrə ev sahibliyi etdiyini görürük. Türkiyə sülh, əmin-amanlıq istəsə də, ölkəmizi regionumuzdakı bütün münaqişələrə cəlb etmək istəyirlər. Buna nail olmayacaqlar. Vətənimizə uzadılan hər bir əli kəsirik və kəsəcəyik".

60
Əlaqədar
Ərdoğan: ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həllini uzatmağa çalışır
Ərdoğan afrikalılara müraciət etdi: "Azərbaycanın yanında olacağınızı düşünürəm"
Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ərdoğan: Vətən uğrunda mübarizəsində qardaşlarımızın yanında olmaqda davam edəcəyik
Ərdoğan nazirləri toplayır, Qarabağdakı durum müzakirə olunacaq
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng etdi: Mövzu Qarabağdır

64
(Yenilənib 19:53 20.10.2020)
Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin inkişafı detallı müzakirə olunub.

BAKI, 20 oktyabr - Sputnik. Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub. 

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin inkişafı detallı müzakirə olunub.

Putin fransalı həmkarını hərbi əməliyyatların eskalasiyasının qarşısını almaq və Dağlıq Qarabağ probleminin siyasi diplomatik yolla nizamlanması məqsədi ilə tezliklə danışıqların bərpa edilməsi ilə bağlı atılan addımlar barədə məlumatlandırıb.

Telefon danışığında oktyabrın 10-u və 17-də atəşkəslə bağlı əldə olunan razılığa riayət edilməsinin vacibliyi vurğulanıb.

Rusiya və Fransanın ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, eləcə də BMT Təhlükəsizlik Şurasının xətti ilə sıx koordinasiyanın davam etdirilməsinə hazırlıq qeyd olunub.

64
Teqlər:
Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron, Emmanuel Makron
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

0
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

0