Azərbaycan bayrağı, arxiv şəkli

Parlamentlər beynəlxalq təşkilatlar Azərbaycana dəstək oldular

27
(Yenilənib 22:48 20.07.2020)
Bəyanatlarda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dəstəklənir, Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat qəti şəkildə pislənir və Ermənistanın bu addımlarının yolverilməz olduğu vurğulanır.

BAKI, 20 iyul — Sputnik. Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı bir sıra ölkələrin parlamentləri və beynəlxalq parlament təşkilatlar Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış ediblər.

© Official website of President of Azerbaijan Republic

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop və çoxsaylı deputatlar, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Ukrayna Ali Radası sədrinin birinci müavini Ruslan Stefançuk, həmçinin Azərbaycanla dostluq qrupu, Pakistan-Azərbaycan dostluq qrupunun həmsədri, Pakistan Senatının Daimi Komitəsinin sədri Muhəmməd Talha Mahmud, İtaliya Senatının üzvləri Vito Petroçelli, Maria Rizotti, Rossana Boldi, Stefano Luçidi, Cianluka Kastaldi, Paolo Qrimoldi, Kolumbiya Senatının Xarici Əlaqələr Komissiyası, Meksika-Azərbaycan dostluq qrupunun sədri Aqustin Qarsia Rubio, Braziliya Deputatlar Palatasında dostluq qrupunun rəhbəri Klaudio Kaxado, İran parlamentinin deputatları, İctimai Komissiya sədrinin müavini Vali İsmaili, İndoneziya Nümayəndələr Palatasının üzvü Anqiya Erma Rini, İraq Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Muhammed Xurayçi Niyas Azərbaycanı dəstəkləyən bəyanatlar veriblər.

Bəyanatlarda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü dəstəklənir, Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat qəti şəkildə pislənir və Ermənistanın bu addımlarının yolverilməz olduğunu vurğulanır. Eyni zamanda, Ermənistan tərəfindən artıq 30 ilə yaxın davam edən işğal faktının beynəlxalq hüququn norma və prinsiplərinə tam zidd olduğu ifadə edilir.

27
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (807)
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

20
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

20
Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan və İlham Əliyev. Arxiv şəkli

İlham Əliyev: Biz Türkiyə ilə Rusiyanın yaxınlaşmasını həmişə alqışlamışıq

27
Prezident İlham Əliyev deyib ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olar.

28 oktyabr - Sputnik. Həm Rusiya, həm də Türkiyə bizim qonşularımızdır. Bu ölkələrlə sıx qarşılıqlı münasibətlərimiz var. Bu ölkələrin öz aralarında yaxşı əməkdaşlıq potensialı var. Təkcə son illərin tarixinə baxmaq kifayətdir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində bəzi ekspertlər tərəfindən təklif olunan 2+2 formuluna (Ermənistan və Azərbaycan+ Türkiyə və Rusiya) münasibət bildirərkən deyib.

Bunun Azərbaycan üçün məqbul olduğunu qeyd edən dövlətimizin başçısı deyib:

"Bunu Suriyada da, Liviyada da, beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı məsələlərin həllində də görürük. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr də öz yerində. Əvvəllər, hələ bu münaqişə kəskinləşənə qədər mən hər zaman deyirdim ki, biz Türkiyə ilə Rusiyanın yaxınlaşmasını həmişə alqışlamışıq. Hesab edirəm ki, bu, regional təhlükəsizliyin mühüm amilidir. Erməni separatizminin və ekstremizminin bizdən ötrü, - təkcə bizdən ötrü deyil, regiondan ötrü, - əsas təhlükə olduğunu nəzərə alsaq, hesab edirəm ki, Türkiyə ilə Rusiyanın səylərini birləşdirməsi regionun xeyrinə olardı, Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirə bilərdi".

27
Əlaqədar
İlham Əliyev: Hərbi qarşıdurmanın nə qədər davam edəcəyi erməni tərəfindən asılıdır