CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtki verən Ermənistan ordusu geri oturdulub

© AR Ministry of DefenceСпецназ ВС Азербайджана
Спецназ ВС Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb

BAKI, 12 iyul — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Xəbər lenti
0