Mariya Zaxarova, arxiv şəkli

Rusiyadan dəstək gəldi: Moskva Azərbaycanın təşəbbüsünü alqışladı

1568
(Yenilənib 18:06 09.07.2020)
XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva bu kontekstdə maraqlı diskussiyaların olacağını da gözləyir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Rusiya BMT Baş Assambleyasının (BA) COVID-19 mövzusuna dair xüsusi sessiyasının çağırılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyir.

© Official website of President of Azerbaijan Republic
  Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Qoşulmama Hərəkatı və onun sədri olaraq Azərbaycanın təşəbbüsü ilə COVİD-19-la bağlı BMT Baş Assembleyasının xüsusi iclasının çağrılması ilə bağlı qərar qəbul edildi. Rusiya MDB üzrə tərəfdaşının bu təşəbbüsü dəstəklədi. Ümid edirik ki, xüsusi sessiya konstruktiv məcrada keçəcək və sessiya hər hansı substantiv qərarların qəbul edilməsi ilə yekunlaşacaq. Biz bu kontekstdə maraqlı diskussiyaların olacağını da gözləyirik" – deyə XİN rəsmisi bəyan edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a dair xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

1568
DTX-nın binası, arxiv şəkli

Dövlət Təhlükəsizliyi Xidməti ölkə vətəndaşlarına xəbərdarlıq etdi

62
(Yenilənib 22:14 30.09.2020)
Ermənistan Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.

BAKI, 30 sentyabr — Sputnik. Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüş əməliyyatlarının aparıldığı müddətdə vətəndaşlarımız tərəfindən yüksək döyüş ruhu və sayıqlıq nümayiş etdirilir.

Sputnik Azərbaycan-a Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, bununla yanaşı, Ermənistan xüsusi xidmət orqanlarının bilavasitə diqtəsi ilə fəaliyyət göstərən ermənilər və digər xarici ölkə vətəndaşları Azərbaycan əhalisi arasında gərginlik yaratmaq, ictimai rəyi yönləndirmək, cəmiyyətdə etnik zəmində qarşıdurma yaratmaq, Silahlı Qüvvələrimizin döyüş əməliyyatları, taktiki yerdəyişmələri, texniki-təchizat tədbirləri, ictimaiyyətin hərbi əməliyyatlara və səfərbərlik məsələlərinə münasibəti və sair barədə məlumatları əldə etmək məqsədilə sosial şəbəkə və media profilləri, akkauntları, messencerlər, SMS və elektron poçt xidmətləri vasitəsilə səs mesajlarını, dezinformasiya xarakterli mətnləri, montaj olunmuş saxta foto-video materialları yayaraq fəallıqlarını xeyli artırıblar.

Erməni tərəfi Azərbaycan Ordusunun hərbi uğurlarına inamsızlıq yaratmaq üçün fəaliyyətini ardıcıl olaraq davam etdirir, Azərbaycan sakinləri ilə təmas qurmağa, bəzi şirnikləndirici və ödəniş təklifləri ilə onlar arasında məqsədli sorğular keçirməyə cəhd göstərir.

Qeyd olunanlarla əlaqədar, vətəndaşlarımızı düşmən təxribatlarına uymamağa çağırır, onlara ünvanlanan kəşfiyyat-təxribat xarakterli müraciətlər haqqında WhatsApp və Telegram (+994774059999) kanalları vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətinə məlumat vermələri xahiş olunur.

62
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Rəsmi Bakı: Ermənistan münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyir

33
(Yenilənib 19:56 30.09.2020)
Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, başda BMT TŞ qətnamələri olmaqla beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq və ədalətli şəkildə həllini dəstəkləyir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Ermənistan Xarici İşlər Nazirliyinin bölgədə yaşanan son gərginlikdə guya ki, Türkiyənin tərəf kimi iştirak etməsi ilə bağlı verdiyi açıqlamalar yalandır və təxribat xarakteri daşıyır.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Xatırladırıq ki, cari ilin 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın yeni təcavüz aktına cavab olaraq beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək məqsədilə əks-hücum tədbirləri həyata keçirilib. Hazırda da Azərbaycan tərəfi Ermənistanın davam edən hərbi təxribatlarına adekvat cavablar verir. Azərbaycan ordusu öz xalqının və torpaqlarının müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlı və güclüdür.

Türkiyənin roluna gəldikdə isə, bu ölkə bölgədə sülh və təhlükəsizliyin, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsiplərinə hörmətin təmin olunmasının tərəfdarıdır. Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, başda BMT TŞ qətnamələri olmaqla beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq və ədalətli şəkildə həllini dəstəkləyir.

Ermənistan silahlı qüvvələrinə məxsus "Su-25" tipli döyüş təyyarəsinin guya ki, Türkiyə silahlı qüvvələrinə məxsus "F-16" təyyarəsi tərəfindən vurulması ilə bağlı dezinformasiya xarakterli məlumata gəldikdə isə, bu kimi saxta məlumatları yayan Ermənistanın niyyəti münaqişəyə üçüncü tərəfləri cəlb etməkdir.

Görünən odur ki, Ermənistan tərəfi bu həqiqətə uyğun olmayan və cəfəng açıqlamaları ilə beynəlxalq ictimaiyyətin diqqətini özünün təcavüzkar siyasətindən və Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə atəşə tutaraq törətdiyi müharibə cinayətlərindən yayındırmaq məqsədini güdür", - XİN-dən bildirilib.

33
Əlaqədar
Türkiyə Müdafiə Nazirliyi Ermənistanla bağlı açıqlama yaydı
Türkiyə Milli Müdafiə Nazirliyi: Ermənistan özünə dəstəyi artırmaq üçün Türkiyəyə şər atır
Partlayış, arxiv şəkli

Ermənistanın səkkiz "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib-VİDEO

0
(Yenilənib 22:23 30.09.2020)
Müdafiə Nazirliyi: Bu gün axşam saatlarında keçirilən döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Ordusunun bölmələrinin bu gün axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin 8 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

0