Leyla Abdullayeva

Azərbaycan XİN: "Ermənistan rəhbərliyi öz xalqı qarşısında da cavab verəcək"

6
"Ermənistan baş nazirinin son bəyanat və hərəkətləri onun ölkə daxilindəki uğursuzluğunu, bölgədəki vəziyyəti gərginləşdirərək, münaqişənin yenidən alovlanması yolu ilə ört-basdır etmək cəhdlərindən xəbər verir"

BAKI, 27 iyun — Sputnik. "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin 25 iyun tarixində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxışı zamanı təcavüzkar ölkə olan Ermənistandakı vəziyyəti bütün çılpaqlığı ilə təsvir etməsi, bu “müstəqil” ölkənin yaşadığı dərin böhranı konkret faktlarla qeyd etməsi Ermənistan rəhbərliyini acı həqiqətlərlə üz-üzə qoyub".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xasici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, “demokratik inqilab” pərdəsinə bürünüb hakimiyyətə gələn, xalqına qızıl dağlar vəd edən Ermənistan rəhbərliyinin, ölkədəki hakimiyyət bölgüsünü pozaraq diktatura rejimini qurması, verdiyi vədlərinə əməl edə bilməməsi, özündən öncəki cinayətkar rejimin işğalçı siyasətini möhkəmləndirmək, beləliklə də beynəlxalq hüququn norma və prinsiplərini tapdalamaq siyasətini davam etdirməsi artıq Ermənistan baş nazirinin büründüyü pərdənin açılaraq həqiqətləri üzə çıxardığını göstərir.

"Ermənistan baş nazirinin son bəyanat və hərəkətləri onun ölkə daxilindəki uğursuzluğunu, bölgədəki vəziyyəti gərginləşdirərək, münaqişənin yenidən alovlanması yolu ilə ört-basdır etmək cəhdlərindən xəbər verir. Əks-təqdirdə, işğalçı ölkənin rəhbərliyinin Azərbaycana qarşı olan son təxribat və təhrikçi əməllərini necə izah emək olar?!"

L.Abdullayevanın sözlərinə görə, təcavüzkar Ermənistan rəhbərliyi əmin olmalıdır ki, heç bir təxribatı cavabsız qalmayacaq: "Azərbaycan xalqı dövət başçısının rəhbərliyi altında və beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycan qanunvericiliyi əsasında Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin edəcək. Ermənistan rəhbərliyi isə Azərbaycanın ərazilərinin hərbi işğalı, bu ərazilərdə etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozulmasına görə birbaşa məsuliyyət daşıdığı kimi, cinayətkar əməllərinə görə öz xalqı qarşısında da cavab verəcək".

6
Əlaqədar
XİN: Ermənilər işğal altındakı ərazilərdə qəsdən yanğınlar törədiblər - FOTO
İlham Əliyev: "Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir"
Ermənistan ordusu əsgərlərimizin səbrini tarıma çəkdi
Zakir Həsənov: “Darmadağın üçün bütün imkanlarımız var”
Qarabağlı qadınların ümidi Ancelina Coliyə qaldı
Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Aleksandr Lukaşenko: "Sən demə mən ölmüşəm"

12
(Yenilənib 20:36 15.08.2020)
Lukaşenko qeyd edib ki, "Belarusun müdafiəsi" indi bütün İttifaq Dövlətinin müdafiəsidir və "belaruslular tab gətirməsə dalğa yayılacaq".

BAKI, 15 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko respublikaya qarşı "təcavüz" baş verdiyini bildirib. O deyib ki, bu vəziyyətin inkişafı "artıq yalnız Belarus üçün" təhdid doğurmur.

"Biz dərinlikdə nə baş verdiyini görürük. Biz bunu çox yaxşı görürük", - Belarus prezidenti deyib.

O bildirib ki, "artıq xarici müdaxilənin elementləri ortaya çıxıb."

Prezident həmçinin qeyd edib ki, "Belarusun müdafiəsi" indi bütün İttifaq Dövlətinin müdafiəsidir və "belaruslular tab gətirməsə dalğa yayılacaq".

Dövlət başçısının dediyinə görə, küçələrdəki etirazçılar "nə etdiklərini bilmirlər" və işlərin real vəziyyətini onları "əlaqələndirən və istiqamətləndirən" şəxslər başa düşürlər. O, sosial şəbəkələrdə səhnələşdirilmiş kadrlardan və feyklərdən istifadə edildiyini vurğulayıb.

"Sən demə mənim artıq Moskvada hansısa evimi tapıblar. İndi açıq şəkildə demək istəyirəm: tapmısınız, götürün. Mənim Belarusda heç bir mülkiyyətim yoxdur, kənddə yaşadığım rəsmi iqamətgahdan başqa. Sən demə mən artıq srağagün ölkədən getmişəm, sən demə gah mən ölmüşəm, gah da xəstələnmişəm."

Avqustun 9-da respublikada prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, dövlət başçısı Aleksandr Lukaşenko səslərin 80,1 faizini, Svetlana Tixanovskaya isə 10,12 faizini toplayıb. Müxalifət bu nəticələri qəbul etməyib, Tixanovskaya isə Litvaya köçüb. Ölkədə altıncı gün icazəsiz etiraz aksiyaları keçirilir.

12
Vaşinqtonda etirazçı, arxiv şəkli

"Məğlub olduq": Trampın müşaviri BMT-dəki uğursuzluqdan danışıb

5
(Yenilənib 16:46 15.08.2020)
BMT Təhlükəsizlik Şurasının üzvləri bu məsələ ilə bağlı ABŞ qətnaməsini dəstəkləməyiblər. Birgə Əhatəli Fəaliyyət Planı çərçivəsində razılaşmaya əsasən, İrana hərbi texnikanın tədarükünə icazə qaydası müvəqqəti xarakter daşıyır və oktyabrın 18-də başa çatır.

BAKI, 15 avqust — Sputnik. Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurası vasitəsilə İrana qarşı silah embarqosunu uzatmağa çalışarkən məğlubiyyətə uğrayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen "Fox" telekanalına müsahibəsində bildirib.

"Biz bu gün məğlub olduq, amma bu hələ son deyil", - O'Brayen deyib.

Bir qədər əvvəl Təhlükəsizlik Şurasının üzvləri bu məsələ ilə bağlı Amerika qətnaməsini dəstəkləməyiblər. Birgə Əhatəli Fəaliyyət Planı (JCPOA) çərçivəsində razılaşmaya əsasən, İrana hərbi texnikanın tədarükünə icazə qaydası müvəqqəti xarakter daşıyır və oktyabrın 18-də başa çatır.

Sənədə yalnız ABŞ özü və Dominika səs verib. Rusiya və Çin qarşı çıxıb, qalan üzvlər isə bitərəf olub.

Donald Trampın məsləhətçisi etiraf edib ki, Fransa, Almaniya və Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasında Birləşmiş Ştatları dəstəkləməkdən imtina etməsi "məyusedicidir, amma təəccüblü deyil".

5
Finlandiyada epidemioloji vəziyyət

Bu ölkədə rəqəmlər yenidən artdı - 45 yoluxma faktı hökuməti hərəkətə keçirdi

0
(Yenilənib 23:20 15.08.2020)
Baş nazir hər kəsin maska taxmasının vacibliyini vurğulayaraq az gəlirli ailələrə bələdiyyələr vasitəsilə pulsuz maka paylanılacağına diqqət çəkib.

BAKI, 15 avqust — Sputnik. Finlandiya hökuməti bütün dünyada 20 milyon şəxsin yoluxduğu, 750 min nəfərin isə dünyasını dəyişdiyi koronavirus pandemiyasını önləmək üçün yenidən təcili addımlar atmalı olub. Sputnik Azərbaycan-ın Türkiyə mediasına isitnadən xəbərinə görə, belə ki, ölkənin baş naziri Sanna Marin və səhiyyə üzrə baş mütəxəssislərdən biri olan Mika Salminenin birgə təşkil etdiyi mətbuat konfransında bildiirlib ki, son 2 həəftədə ölkədə COVID-19-la bağlı rəqəmlərlə artım qeydə alınıb. Marin bildirib ki, xaricdən, xüsusən də virusun daha çox tüğyan etdiyi "qırmızı bölgə"dən gələn şəxslər  məcburən 14 gün karantində qalacaqlar.

Baş nazir hər kəsin maska taxmasının vacibliyini vurğulayaraq az gəlirli ailələrə bələdiyyələr vasitəsilə pulsuz maka paylanılacağına diqqət çəkib.

Baş nazir bildirib ki, virusdan qorunmağın ən yaxşı yolu, əlləri tez-tez yumaq, gigiyenik qaydaları qorumaqır.

Qeyd edək ki, son sutkada ölkədə 45 nəfərdə COVID-19-un aşkarlanması Finlandiya hökumətini həyəcan siqnalı çalmağa vadar edib.

0