Ermənistanfa etirazlar

"İqtisadiyyat Sülh İnstitutu Yerevana yanlış mesaj göndərir"

18
(Yenilənib 01:04 19.06.2020)
Nikol Paşinyan vəzifəsinin icrasına başlayarkən atdığı ilk addım oğlunu Azərbaycanın işğal olunmuş ərazilərinə hərbi xidmət çəkməyə yollamaq olub

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 iyun — Sputnik. "Nikol Paşinyanın 2019-cu ilin 5 avqustunda Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri zamanı "Dağlıq Qarabağ Ermənistandır" fikrini səsləndirməsi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini pozaraq (822, 853, 874, 884) qonşu ölkənin ərazilərinin ilhaqının bəyanıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Fərid Şəfiyev qeyd edib ki, İqtisadiyyat və Sülh İnstitutu 2019-cu il üçün açıqladığı son Qlobal Sülh İndeksində Ermənistanın "sülhsevərlik" üzrə göstəricisini yüksəldib:

"Maraqlıdır, hesabatın müəllifləri Ermənistanın nəinki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalını davam etdirməsindən, həmçinin "ən sülhsevər ölkə" kimi qiymətləndirdikləri 2019-cu ildə bu ölkənin baş naziri Nikol Paşinyan və digər kabinet nümayəndələrinin hərbi ritorikadan istifadə etmələrindən və bu ritorikaların Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə fəaliyyət göstərən ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən pislənilməsindən xəbərdardırlarmı?".

Fərid Şəfiyev bildirib ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəfələrlə pozub: "Nikol Paşinyan vəzifəsinin icrasına başlayarkən atdığı ilk addım oğlunu Azərbaycanın işğal olunmuş ərazilərinə hərbi xidmət çəkməyə yollamaq olub. Bunu sülh naminə atılmış addım kimi qiymətləndirmək mümkün deyil. Ermənistanın Müdafiə Naziri David Tonoyan isə 2019-cu il martın 30-da Nyu-Yorkda erməni diasporu qarşısında çıxışı zamanı "yeni ərazilər naminə yeni müharibə" deyərək, yeni "müdafiə" konsepsiyasını səsləndirib və bu da sülh mesaji meyarlarına çətin ki, cavab versin. Siyahını Baş Nazir Nikol Paşinyanın 2020-ci il mayın 21-də Azərbaycanın tarixi şəhəri Şuşaya təxribat xarakterli səfəri və beynəlxalq ictimaiyyət tərəfindən pislənən qanunsuz seçkilərdən sonra qondarma inauqurasiya mərasimində iştirakına qədər uzatmaq olar.

2019-cu ildə yeganə müsbət irəliləyiş ATƏT-in Minsk qrupu həmsədrlərinin çağırışından sonra Azərbaycanın gərginliyi azaltmağa dair qərarına əsasən təmas xəttində baş verən itkilərin sayının azalması olub. Həmçinin xatırlatmaq yerinə düşər ki, 2019-cu ildə iki dəfə - mayın 30-u və sentyabrın 22-də Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları ərəfəsində Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan hərbçiləri həlak olub. İqtisadiyyat və Sülh İnstitutunun Qlobal Sülh İndeksində "sülhsevər" ölkə olduğu üçün Ermənistanın göstəricisini yüksəltmək qərarı səhvdir və Yerevana yanlış mesaj göndərir".

18
Əlaqədar
Ermənistanın Goranboya iddialarına XİN-dən cavab: "Təklikdə qalıb"
Ermənistan hakimiyyətinin istefasını tələb edən deputatın həbsi üçün səsvermə keçirdilər
Erməni daşnaklarının Hitlerə və Holokosta rəğbətini ifşa edən sənəd müzakirə olunub
Paşinyan özünə ritorik sual verib hamını günahlandırdı
BMT-də Dağlıq Qarabağ münaqişəsi barədə məruzə yayılıb
Azərbaycan və Türkiyə XİN başçıları Ceyhun Bayramov və Mövlud Çavuşoğlunun görüşü

Yeni nazir xarici siyasətin əsas prioritetini açıqladı

24
(Yenilənib 16:59 11.08.2020)
Nazir qeyd edib ki, ölkələr arasında münasibətlər olduqca genişdir və demək olar ki, bütün sahələri əhatə edir.

BAKI, 11 avqust — Sputnik. Azərbaycanla Türkiyə arasında münasibətlər ölkəmiz üçün olduqca vacib istiqamət və prioritetdir, biz bunu həmişə qeyd edirik.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ankarada rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, ölkələr arasında münasibətlər olduqca genişdir və demək olar ki, bütün sahələri əhatə edir.

"Bu günə kimi iki ölkə arasında müxtəlif sahələri əhatə edən 241 sənəd imzalanıb, 29 əlavə müqaviləyə baxılır və düşünürəm ki, onlar yaxın günlərdə imzalana bilər. Bütün sahələrdə münasibətlər çox dinamik inkişaf edir. 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 33 faiz artıb, 2020-ci ildə çətin şərtlərin olmasına baxmayaraq, ilk beş ayda ticarət dövriyyəsində 20 faiz artım olub. Azərbaycan kapitalı olan 2 minə yaxın şirkət Türkiyədə çalışır. Azərbaycanda isə 4 min Türkiyə şirkəti fəaliyyəti göstərir və bu günə qədər iqtisadiyyatımıza 12,6 milyard ABŞ dolları investisiya qoyublar", - deyə Ceyhun Bayramov qeyd edib.

Azərbaycanın Türkiyə və türk xalqının yanında olduğunu vurğulayıb: "Azərbaycan həmişə Türkiyənin haqq işini dəstəkləyir və türk xalqının yanındadır".

24
Bakıda Azərbaycan və Serbiya nümayəndələri arasında görüş

Bakıda Azərbaycan Serbiya nümayəndələri arasında görüş keçirilib

12
(Yenilənib 13:29 11.08.2020)
Azərbaycan və Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd edilib.

BAKI, 11 avqust — Sputnik. Serbiya Respublikasının Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycan Respublikasına səfərə gəlib.

"Report"un xəbərinə görə, səfər zamanı, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonağı qəbul ediblər.

Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunaraq ölkələrimiz arasında siyasi və təhlükəsizlik sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə və bu xüsusda gələcək birgə addımlara dair ətraflı fikir mübadiləsi aparılıb. Dövlət başçılarının müntəzəm siyasi dialoqu və dostluq əlaqələri xüsusilə qeyd olunaraq ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb.

Azərbaycan və Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd edilib.

Görüşdə həmçinin digər maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Serbiya nümayəndə heyətinin səfəri avqustun 12-də başa çatacaq.

12
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

0
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

0