Ermənistanın Goranboya iddialarına XİN-dən cavab: "Təklikdə qalıb"

23
Ermənistan XİN-in Azərbaycanı öz beynəlxalq tanınmış ərazilərini işğal etməkdə ittiham etməsi gülünc olduğu qədər, yumşaq dillə desək, anlaşılmazlıq doğurur - Leyla Abdullayeva

BAKI, 14 iyun — Sputnik. Ermənistan XİN-in Azərbaycanın keşmiş Şaumyan rayonunun guya ki, işğal olunmasına dair bəyanatı təcavüzkar Ermənistanın Azərbaycana qarşı olan əsassız ərazi iddialarının ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu ilə məhdudlaşmadığını aşkar şəkildə göstərir.

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Azərbaycanın keçmiş Şaumyan rayonu ilə bağlı bəyanatını şərh edərkən deyib.

"Azərbaycanın keçmiş Şaumyan rayonu ilk dəfə 1930-cu ildə keçmiş Gəncə qəzasının ərazisində əsasən ermənilərin məskunlaşdığı ərazilərin daxil olduğu Şaumyan kənd rayonu inzibati vahidi şəklində yaradılıb. Bu rayon heç vaxt keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə rayon ləğv edilərək Qasım İsmayılov rayonunun tərkibinə daxil edilmiş, sonradan isə onun tarixi adı qaytarılaraq Goranboy adlandırılmışdır.

Ermənistan XİN-in Azərbaycanı öz beynəlxalq tanınmış ərazilərini işğal etməkdə ittiham etməsi gülünc olduğu qədər, yumşaq dillə desək, anlaşılmazlıq doğurur.

Xatırladırıq ki, hələ 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin “Sarqsyan Azərbaycana qarşı” adlı qərarının 30-cu paraqrafında məhkəmə qeyd edib ki, keçmiş Şaumyan rayonunun (Goranboy) “DQR tərəfindən ərazisinin bir hissəsi olduğu iddia edilir...”. Təqdim olunan dəlilləri nəzərdən keçirən məhkəmə 134 və 139-cu paraqraflarda müəyyən edib ki, bu rayon Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və beləliklə, Ermənistanın iddiası rədd edilir", - Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, Ermənistan XİN-in Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin hərbi işğalına və bu ərazilərdəki yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozuntusuna görə məhz Ermənistanın tam məsuliyyət daşıdığı məsələsindən beynəlxalq ictimaiyyəti yayındırmaq məqsədi ilə verdiyi bu bəyanat işğalçı ölkənin faktların saxtalaşdırılması üzrə çirkin təcrübəsidir.

"İşğalçı ölkənin bu bəyanatı Ermənistan rəhbərliyinin əslində öz əhalisini sülhə necə hazırladığını bütün dünyaya nümayiş etdirdi.

Ümumilikdə qeyd etmək istərdim ki, Ermənistan XİN-in son bəyanatı onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə yönəldilib. Onların bunu bilərəkdən, yaxud Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində hazırda açıq-aydın təklikdə qaldıqları üçün çıxılmaz vəziyyətdən irəli gələrək etdiklərini söyləmək çətindir. Ermənistan tərəfini nəinki dünyada dəstəkləyən, hətta onların mövqeyinə anlayış göstərən nə bir dövlət, nə də bir qüvvə var.

Bəlkə də Ermənistan XİN-in son açıqlamasına öz ölkələrindəki mürəkkəb daxili vəziyyət təsir göstərib və bu yolla onlar öz xarakterlərinin ağırlığını göstərmək istəyirlər. Ancaq məntiqi o olardı ki, Ermənistan tərəfi bizimlə masa arxasında oturaraq, bütün səviyyələrdə dəfələrlə bəyan edilən təkliflər əsasında danışıqları yekunlaşdırsın", - Azərbaycan XİN sözçüsü deyib.

23
Azərbaycan əsgərləri, arxiv şəkli

Ordumuzun əsgəri yaralanıb

146
(Yenilənib 14:43 21.09.2020)
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcək.

BAKI, 21 sentyabr — Sputnik. Ermənistan yeni təxribat planları hazırlayaraq əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar və cinayətlər işğalçı ölkənin nəinki danışıqlar aparmağa, əksinə kəsin eskalasiya yaratmaq niyyətindən xəbər verir.

İşğalçı ölkənin silahlı qüvvələrinin təxribat xarakterli hücumları, atəşkəs rejimini pozması və Azərbaycan Silahlı qüvvələrinin hərbi qulluqçularına qarşı törətdiyi cinayətlər sülh prosesinin üzərindən xətt çəkməklə beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq hörmətsizlik xarakteri daşıyır.

Təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb, nəticədə əsgər Qurbanov Qurban Azad oğlu "sağ çiyin nahiyəsinin kor qəlpə yarası" xəsarəti alıb.

Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd ) maddəsi ilə cinayət işi başlanıb.

Bundan başqa, öz təcavüzkar niyyətini nümayiş etdirməyə davam edərək, Ermənistan silahlı qüvvələrinin bölmələri 21 sentyabr 2020-ci il tarixdə saat 09 radələrində Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutmuş, düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub.

Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcək.

146
Teqlər:
Ağdam kəndi, Tovuz, erməni təxribatı, təxribat, yaralı, əsgər, Azərbaycan ordusu
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənistan ordusu müxtəlif istiqamətlərdə atəşkəsi pozub
XİN Azərbaycan Ordusunun çavuşunun şəhid olması ilə bağlı açıqlama yaydı
Rəsmi Bakı: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır
Qarabağın azərbaycanlı icması: "Xalqımıza silah yönəldərək nəyə nail olmaq istəyir?"
Azərbaycan HHM bölmələri Ermənistan PUA-sını məhv edib
Azərbaycan bayrağı, arxiv şəkli

Qarabağın azərbaycanlı icması: "Xalqımıza silah yönəldərək nəyə nail olmaq istəyir?"

10
(Yenilənib 12:43 21.09.2020)
Təcavüz nəticəsində Azərbaycan ərazisinin beşdə biri Ermənistanın işğalı altındadır və bir milyona yaxın yurdlarından didərgin salınmış azərbaycanlı əhali öz əzəli torpaqlarına, ata-baba yurdlarına geri dönə bilmir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 21 sentyabr - Beynəlxalq Sülh Günü ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bəyanatda deyilir:

"Bu gün BMT tərəfindən 1981-ci ildə dünyada sülh və birlik ideallarını gücləndirmək üçün təsis edilmiş Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Təəssüflər olsun ki, COVID-19 pandemiyası səbəbindən artan qlobal təlatümlər fonunda, bu dəyərləri gücləndirmək əvəzinə, onsuz da zəifləmiş beynəlxalq təhlükəsizliyi təhdid altına alan sülh defisitinin şahidi oluruq.

BMT Baş katibinin qlobal atəşkəs çağırışı etdiyi, dünyanın dörd bir tərəfindəki müharibə edən tərəfləri vahid düşmənə - koronavirusa qarşı birlikdə mübarizə aparmağa, silahlarını yerə qoymağa səslədiyi bir dövrdə Ermənistan bu çağırışa məhəl qoymadan öz işğalçı planlarını həyata keçirmək cəhdlərini davam etdirir.

12 iyul 2020-ci ildə pandemiya dövründə Ermənistan həyati əhəmiyyətli kommunikasiya xətlərinin keçdiyi yeni Azərbaycan ərazilərini ələ keçirmək üçün hücuma başladı. Bu, son 30 ildə Ermənistanın Azərbaycana qarşı bitməyən təcavüzünün davamıdır. Məhz bu təcavüz nəticəsində Azərbaycan ərazisinin beşdə biri Ermənistanın işğalı altındadır və bir milyona yaxın yurdlarından didərgin salınmış azərbaycanlı əhali öz əzəli torpaqlarına, ata-baba yurdlarına geri dönə bilmir.

Təcavüzkar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində möhkəmlənmək üçün bu ərazilərdə qanunsuz yaşayış məskənləri salır. Hətta bu yaxınlarda Beyrut limanında baş verən dəhşətli partlayışdan belə öz mənfur əməlləri üçün sui-istifadə edərək, bir sıra erməni ailələrinin Livandan işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsinə başlayıb. Bu cəhdlər beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, çox ciddi müharibə cinayətləridir.

Ermənistanın Baş Nazirinin həyat yoldaşı Anna Hakobyan bir yandan riyakarcasına sülh çağırışları edərkən, digər tərəfdən işğal olunmuş Azərbaycan ərazilərində erməni qadınları üçün hərbi təlim keçirir. Buradan belə bir sual doğur: Ermənistanın "sülhsevər" Baş Nazirinin "sülhsevər" xanımı başqa bir ölkənin ərazisində hərbi forma geyinərək, o ölkənin xalqına silah yönəldərək nəyə nail olmaq istəyir?

Ermənistanın siyasi rəhbərliyinin riyakar yanaşmasından fərqli olaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin etnik təmizləməyə məruz qalmış azərbaycanlı əhalisi kimi, biz keçən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarı olmuşuq. İcmamızın münaqişənin həlli üçün konstruktiv dialoq çağırışlarına, təəssüflər olsun ki, Ermənistan tərəfi hər zaman etnik nifrət, hiddət və inkarçılıqla qarşılıq verib.

Sülh şəraitində birgə yaşayışın mümkünlüyünə inandığımızı bəyan edərək, işğalçı qüvvələrini Azərbaycan ərazilərindən geri çəkmək və bizim öz əzəli yurdumuza dönüşümüzə şərait yaratmaq məqsədilə beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq göstərməyə çağırırıq. Çağırışımızın həyata keçməsi, sülhsüz keçirdiyimiz "Sülh Günü"nün əsl mahiyyətini həyatımızda hiss etməyə bizə imkan verərdi".

10
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Elektrik mənbəyi, arxiv şəkli

Mebel salonunda ölüm: bağbanı cərəyan vurdu

0
(Yenilənib 15:15 21.09.2020)
Mebel salonunda bağban işləyən Rəhman Aslanov elektrik otağında elektrik cərəyanının təsirinə məruz qalaraq ölüb

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 20-də saat 06 radələrində Yasamal rayonu ərazisində Rəhman Aslanovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Yasamal Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Yasamal rayonunda yerləşən "Evra" MMC-yə məxsus "Voga" mebel salonunda bağban işləyən Rəhman Aslanovun həmin mebel salonun elektrik otağında elektrik cərəyanının təsirinə məruz qalaraq ölməsi müəyyən edilib. Hazırda fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma davam etdirilir.

0
Teqlər:
bağban, Bakı, mebel salonu, ölüm, elektrik cərəyanı
Əlaqədar
Elektrik cərəyanın vurduğu fəhlə ilə bağlı cinayət işi açıldı
İstilik Elektrik Stansiyasında fəhlə öldü
Qəbələ sakinini elektrik cərəyanı vurdu
Sürücünü cərəyan öldürdü