Xarici İşlər Nazirliyi

XİN Avropa Parlamenti üzvlərinin birgə bəyanatına münasibət bildirib

16
Təcavüzkar dövlət olan Ermənistan istisna olmaqla, beynəlxalq ictimaiyyətin bütün üzvləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir

BAKI, 13 iyun – Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ bölgəsini birləşdirən üçüncü avtomobil yolunun inşası ilə bağlı Avropa Parlamenti üzvlərinin birgə bəyanatı ilə bağlı sualını cavablandırıb.

Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva
© Sputnik / Murad Orujov
Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva

Sputnik Azərbaycan-ın xəbərinə görə, L.Abdullayeva bildirib ki, Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri, AP üzvü Marina Kalyurand, AP-nin Ermənistan üzrə daimi məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko əslində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin məlum mövqeyini bir daha təsdiqlədi:

"Təcavüzkar dövlət olan Ermənistan istisna olmaqla, beynəlxalq ictimaiyyətin bütün üzvləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir və BMT Təhlükəszilik Şurasının qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərar və sənədlər Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tam və qeyd şərtsiz çıxarılmasını tələb edir.

Biz AP-nin üzvlərinin beynəlxalq hüquqa, eyni zamanda Avropa İttifaqı Şurasının “2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti üzrə” 11 may 2020-ci il tarixili yekun qərarına əsaslanan mövqeyini alqışlayırıq. Aİ Şurasının qərarında ifadə olunduğu kimi beynəlxalq hüquqa, o cümlədən ərazi bütövlüyü, müstəqillik və suverenliyə hörmət, demokratiya, rifah və sabitlik məkanını qurmaq üçün bizim ortaq öhdəliyimizdir. Bu mövqe həmçinin Aİ-nin özünün fundamental və institusional hüquqi norma və dəyərləri, prinsiplərinə uyğun olaraq səsləndirilib.

Bununla bağlı Ermənistanda müşahidə etdiyimiz təşvişə gəldikdə isə xatırlatmaq istərdik ki, Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı yalnız faktları ifadə edir, başqa heç bir şey yox. Biz Ermənistan hakimiyyətini beynəlxalq ictimaiyyətin qəti mövqeyini şübhə altına almağa vaxt sərf etmək yerinə, əhalisini sülhə hazırlamağa çağırırıq. Bölgədə davamlı sülh, təhlükəsizlik, sabitlik və rifaha yalnız Ermənistan təcavüzünün nəticələri aradan qaldırıldıqdan sonra, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin edilməsi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası və yüz minlərlə Azərbaycanlı məcburi köçkünün insan hüquqları və əsas azadlıqlarına təminat verildikdən sonra nail olmaq mümkündür".

16
Smartfonda sosial şəbəkə tətbiqlərinin loqosu, arxiv şəkli

Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət etdi

5
(Yenilənib 18:41 23.09.2020)
Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Diasporla İş üzrə Dövlət Komitəsi Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı ilə bağlı xaricdə yaşayan şoydaşlarımıza müraciət edib.

Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə xaricdəki azərbaycanlılara DTX-nın erməni təxribatı ilə əlaqədar məlumatının nəzərə alınması tövsiyə edilir: "Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərir.

Qeyd edilən hallarla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.

Anonim profillərlə edilmiş bu qəbil müraciətlərə, sosial şəbəkə yazışmaları və messencerlərlə ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanış və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir. Saxta adlar və müxtəlif kommunikasiya kanalları ilə Azərbaycan vətəndaşlarına ünvanlanmış kəşfiyyat-təxribat xarakterli müraciətlərlə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsi (www.dtx.gov.az), əlaqə telefonu (+99412 405 99 99) və qaynar xətt (+99412 1656) nömrələri, habelə DTX-nin rəsmi sosial şəbəkə resursları (https://www.facebook.com/DTXAzerbaijan https://www.instagram.com/azerbaijandtx https://twitter.com/DTX_Azerbaijan WhatsApp və Telegram (+994 77 405 99 99) vasitəsilə məlumat verilməsi xahiş olunur.

Unutmayaq ki, hər hansı məsuliyyətsiz davranışdan çoxlu sayda hərbi qulluqçumuzun və mülki şəxsin həyat və sağlamlığı təhlükə altına düşə bilər".

5
Teqlər:
erməni təxribatı, Ermənistan ordusu, Ermənistan, təhlükəsizlik, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti
 Dövlət Dumasının Sədri Vyaçeslav Volodin

Rusiya Dumasının sədri Azərbaycana gələcək

13
(Yenilənib 18:27 23.09.2020)
Səfər çərçivəsində yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılması barədə razılaşma imzalanacaq.

BAKI, 23 sentyabr — Sputnik. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana rəsmi səfərə gələcək. Sputnik Azərbaycan

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək. Bu barədə RF Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

Cərşənbə günü Moskvada Azərbaycan parlamentinin nümayəndə heyətinin rusiyalı deputatlarla görüşü baş tutub. Tərəflər parlamentlərarası əməkdaşlığı, beynəlxalq parlamentlərarası qurumlarda qarşılıqlı fəaliyyəti və milli qanunvericiliklərin uyğunlaşdırılmasını müzakirə ediblər.

Görüş zamanı Milli Məclisin sədri Sahibə Qafarova Volodini Azərbaycana səfərə dəvət edib. Səfərin tarixi hələ məlum deyil.

"Mütləq həmkarlarımla gələcəyik. Həm də bizdə yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılması barədə razılaşmanın hazırlığı faktiki olaraq yekun mərhələdədir. Saziş imzalandıqdan sonra biz sadəcə xalqlarımız, ölkələrimiz arasında münasibətlərin inkişafını müzakirə etməyəcəyik, həm də bizim parlamentarilərimizi parlament müstəvisi çərçivəsində əsas problemlərin həllində birləşdirəcək komissiyanın gündəliyi çərçivəsində konkret məsələlərin həlli ilə məşğul ola biləcəyik", - Dövlət Dumasının spikeri deyib.

Volodinin Azərbaycana səfəri zamanı tərəflər RF Dövlət Duması ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq barədə saziş imzalamağı planlaşdırırlar. Sənədlə məşğul olmaq üçün daimi fəaliyyət göstərən yüksək səviyyəli komissiyanın təsis olunması nəzərdə tutulur.

Azərbaycan parlamentinin nümayəndə heyəti sentyabrın 21-dən 23-dək Moskvada səfərdədir. Milli Məclisin sədri Sahibə Qafarova artıq RF Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və RF xarici işlər naziri Sergey Lavrovla görüşüb.

13
Əlaqədar
Sahibə Qafarova Sergey Lavrova: "Paşinyanın açıqlamaları bütün səyləri puç edir"
Azərbaycan parlamentinin spikeri: "Rusiyanın əlindən gələni əsirgəməyəcəyinə ümid edirik"
Lavrov: "Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır"
Rusiya Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir"
Dövlət Dumasının sədri: "Paşinyanın fikirləri sülh prosesinə kömək etmir"
Azərbaycanın Əməkdar artisti bəstəkar-müğənni Elza Seyidcahan

Elza Seyidcahan "Taclı eybəcər"lə gündəmi alt-üst etdi

0
(Yenilənib 19:37 23.09.2020)
Ekstravaqant geyimləri və şeirləri ilə məşhur olan Əməkdar artist Elza Seyidcahan bu dəfə də gündəmi alt-üst edib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Ekstravaqant geyimləri və zaman-zaman geniş müzakirələrə səbəb olan şeirləri ilə məşhur olan Əməkdar artist Elza Seyidcahan bu dəfə də gündəmi alt-üst edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bəstəkar-müğənni bu dəfə dünyanı cənginə alan koronavirusa şeir yazıb. Müğənni şeiri ATV kanalında yayımlanan "Bağ mövsümü" verilişində səsləndirib.

Müğənni bildirib ki, sözügedən şeiri sərt karantin rejiminin tətbiq olunduğu vaxtlarda yazıb. Barəsində danışılan şeir "Taclı eybəcər" adlanır. Şeir sosial şəbəkə izləyiciləri tərəfindən sərt qarşılanıb. Onlar Əməkdar artisti buna görə qınayıblar.

https://www.youtube.com/watch?time_continue=43&v=LsPXCk7v3JY&feature=emb_logo

0
Əlaqədar
Seyidcahanın anası dələduzun hədəfinə tuş gəlib