SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gələcək supergüc. Pandemiya dünya siyasətini belə dəyişir

© AFP 2023 / John Macdougall Министр иностранных дел Германии Хайко Маас во время встречи с журналистами в Германии
Министр иностранных дел Германии Хайко Маас во время встречи с журналистами в Германии - Sputnik Azərbaycan
Abunə olmaq
Maas Çinin COVID-19-un mənşəyini gizlətməklə bağlı ittiham olunmasına da toxunub. Onun sözlərinə görə, bir çox ölkələr koronavirusun yayılmasının ilk həftələrində səhvlərə yol verib.

BAKI, 8 iyun — Sputnik. Almaniya Xarici İşlər naziri Hayko Maas Çini gələcək fövqəldövlət adlandırıb və Pekinlə dialoqu yalnız iqtisadi və ticarət məsələləri ilə məhdudlaşdırmamağa çağırıb.

Sputnik Azərbaycan "Arqumenti.ru" saytına istinadən xəbər verir ki, nazir Çinin hazırda Almaniyanın ən böyük ticarət tərəfdaşı olduğunu bildirib.

Maas Çinin COVID-19-un mənşəyini gizlətməklə bağlı ittiham olunmasına da toxunub. Onun sözlərinə görə, bir çox ölkələr koronavirusun yayılmasının ilk həftələrində səhvlərə yol verib. Bununla yanaşı, onun sözlərinə görə, bu məsələdə tam şəffaflıq lazımdır ki, koronavirus infeksiyasının dəqiq mənşəyini təyin etmək mümkün olsun.

Çinin koronavirusun mənşəyinə dair məlumatları gizlətməsi ilə bağlı ittihamları həm ABŞ Prezidenti Donald Tramp, həm də Dövlət katibi Mayk Pompeo səsləndirib.

Xəbər lenti
0