“Keşikçidağ”da Keşikçi qala” sərhəd zastavası, arxiv şəkli

Keşikçidağdan xəbər gəldi

24
(Yenilənib 19:21 04.06.2020)
"Bir daha bildiririk ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin qətiyyətlə keşiyində dayanıb" - DSX

BAKI, 4 iyun — Sputnik. “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində Gürcüstan Respublikasının bir qrup vətəndaşı tərəfindən 4 iyun 2020-ci il tarixində dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlanlaşdırıldığına dair məlumatlar əldə olunub.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX-nın Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan – Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb.

"Bir daha bildiririk ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin qətiyyətlə keşiyində dayanıb", - deyə məlumatda qeydə edilir.

24

Əliyev Paşinyan haqda: Biz şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək

0
Azərbaycan Prezidenti: "Biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar".

BAKI, 19 sentyabr — Sputnik. "Ermənistanın baş naziri bizə 7 şərt qoyur. Birincisi, sən kimsən ki, bizimlə şərt dilində danışırsan. Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək. Amma mən demişəm ki, biz bu cəfəng şərtləri rədd edirik. Amma bizim bir şərtimiz var, onlar torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar. Necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır. Orada hansısa komediya tipli təlimlər keçirirlər. Yəni, hər bir addım bizə qarşı açıq təxribatdır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı deyib:

"İyul təxribatı - o da artıq silahlı təxribatdır və heç kimə sirr deyil ki, bunu Ermənistan başlayıb. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi bunu açıq bildirib. Mən demişəm o vaxt, bu gün də, bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur və biz əgər istəsəydik, Ermənistan ərazisinə keçə bilərdik, bizim tam hərbi imkanlarımız var idi. Amma biz etmədik bunu. Çünki bizim hərbi siyasət konsepsiyamızda bu, yoxdur - əgər bizə qarşı ciddi təxribat törədilməsə. Əgər törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin, heç bir məhdudiyyət. Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq, amma axırı onlar üçün pis olacaq.

İyul təxribatından sonra avqust təxribatı. Mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərildi və o diversiya qrupunun başçısı tutuldu. İfadələr verir, etiraf edir, adlar çəkir, kim göndərib, necə göndərib. Yəni, bu, çoban deyil, bu, nə bilim yolunu azmış hansısa uşaq deyil... Bu təxribatı kim edir? Bizmi diversiya qrupu göndərmişik? Yox, onlar göndəriblər. Bizmi iyul hadisələrini törətmişik? Onlar. Bizmi onların vətəndaşlarını öldürmüşük? Yox, onlar. Ermənistan tərəfində mülki şəxslər arasında bir dənə də qurban yox idi. Amma bizim 76 yaşlı ağsaqqal həlak oldu, nə qədər ev dağıldı. Ona görə bu təxribatlar faktiki olaraq o siyasətin məntiqi nəticəsidir. Məqsəd danışıqları pozmaq, ondan sonra bizi ittiham etmək və status-kvonu dəyişməz etməkdir. Budur, onların məqsədi. Ona görə hesab edirlər ki, bunu edə biləcəklər. Hesab edirəm ki, səhv edirlər. Bunu nə qədər tez anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır".

0
Co Bayden, arxiv şəkli

Bayden açıqladı: Rusiya bizim düşmənimizdir

79
(Yenilənib 19:13 18.09.2020)
ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Cozef Bayden bəyan edib ki, Rusiya Amerika üçün düşmən rolunda çıxış edir.

BAKI, 18 sentyabr — Sputnik. ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Cozef Bayden bəyan edib ki, Rusiya Amerika üçün düşmən rolunda çıxış edir. Bu barədə Sputnik Azərbaycan "CNN"ə istinadən xəbər verir.

"Mən hesab edirəm ki, Rusiya – düşməndir. Mən doğrudan da belə düşünürəm", - deyə Bayden qeyd edib.

O əlavə edib ki, Moskvanın ABŞ seçkilərinə iddia edilən müdaxiləsi sübut olunsa, ondan "intiqam alınacaq": "Mən müharibəni nəzərdə tutmuram, lakin onlar bunun bədəlini ödəyəcəklər, bunun iqtisadi bədəli olacaq".

Demokratın sözlərinə görə, Rusiya onu ABŞ prezidenti postunda görmək istəməzdi.

Qeyd edək ki, daha əvvəl Birləşmiş Ştatlar Prezidenti Donald Tramp ölkədə keçiriləcək prezident seçkisinə ən böyük təhdidin poçtla səsvermə olduğunu bildirib.

Prezidentliyə namizəd Trampın fikrincə, poçtla səsvermə seçkiyə xarici müdaxilə ehtimalından da ciddidir.

"Budəfəki seçkiyə ən ciddi təhlükə milyonlarla adam tərəfindən göndərilən və qubernatorların nəzarətində olan bülletenlərdir", - deyə Tramp qeyd edib.

Qeyd edək ki, Tramp daha əvvəl də poçtla səsvermə prosedurunu tənqid edib. O əmindir ki, belə seçkilər saxtalaşdırıla bilər.

Xatırladaq ki, ABŞ-da prezident seçkisi bu ilin noyabrında baş tutacaq.

79
Əlaqədar
Tramp proqnoz verdi: Bayden seçilsə, Çin dilini öyrənməli olacaqsız
Co Bayden Amerika iqtisadiyyatını öldürməyi vəd edir