ABŞ və Azərbaycan bayraqları, arxiv şəkli

ABŞ-ın tarixi ərazisindəki inzibati binadan Azərbaycan bayrağı asıldı

16
(Yenilənib 13:03 29.05.2020)
Müstəqil və sürətlə inkişaf edən Azərbaycanın Respublika günündə Vaşinqtonda ölkəmizin bayrağının ucaldılmasının əhəmiyyətini vurğulayıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 may — Sputnik. Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonun tarixi Corctaun ərazisində yerləşən inzibati binası üzərindən Azərbaycan və Birləşmiş Ştatların böyük ölçülərdə olan dövlət bayraqları asılıb. Sputnik Azərbaycan xəbər verir ki, bayraqların iki ay müddətində palatanın binasının üzərində saxlanılması planlaşdırılır.

Palatanın təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta, Azərbaycan Səfirliyinin əməkdaşları, eləcə də bir sıra media mənsubları iştirak ediblər.

Tədbiri açan palatanın icraçı direktoru Natiq Baxışov Respublika Gününün Azərbaycan üçün tarixi önəmindən danışmış və qlobal pandemiya səbəbindən mövcud karantin rejiminin tələbləri nəzərə alınaraq, builki Respublika gününün geniş tərkibdə təşkil edilmədiyini bildirilib.

Daha sonra ABŞ-ın ölkəmizdəki sabiq səfiri Robert Sekuta Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edib. R.Sekuta Azərbaycandakı fəaliyyət dövrü və yaşadığı günləri xatırlayaraq Azərbaycanın böyük bir yol keçməsini bildirib, ölkəmizin inkişafının şahidi olduğunu qeyd edib. Müstəqil və sürətlə inkişaf edən Azərbaycanın Respublika günündə Vaşinqtonda ölkəmizin bayrağının ucaldılmasının əhəmiyyətini vurğulayıb.

Səfir E.Süleymanov Azərbaycan Respublikasının Milli bayramı - Respublika gününün Vaşinqtonda hər il 1000-ə yaxın qonağın iştirakı ilə təntənəli şəkildə qeyd edildiyini vurğulayıb, cari ildə isə dünyada cərəyan edən koronavirus pandemiyası səbəbindən belə bir tədbirin təşkilinin mümkün olmadığını qeyd edib, bu xüsusda Ticarət Palatası tərəfindən keçirilən bu tədbirin Respublika gününün Vaşinqtonda qeyd edilməsi üçün gözəl imkan yaratdığına görə minnətdarlığını bildirib. Vaşinqtonda Azərbaycan bayrağının ucaldılmasının əhəmiyyətindən bəhs edən səfir, həmçinin Vaşinqton şəhərinin meri tərəfindən ənənəvi olaraq hər il 28 may tarixinin Vaşinqtonda Azərbaycan Milli Günü elan edildiyini diqqətə çatdırıb. Səfir ABŞ-ın bir çox ştatlarının qubernatorları və şəhərlərinin merləri tərəfindən Respublika günü ilə bağlı həmin ştat və şəhərlərdə Azərbaycan Milli gününün elan edilməsinə dair bəyannamələrin verildiyini vurğulayıb. ABŞ Prezidenti Donald Trampın Respublika günü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərdiyini xatırladaraq, sözügedən məktubda ABŞ və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığa verilən dəyərdən bəhs edib. Həmçinin ABŞ Dövlət katibi Maykl Pompeonun Respublika günü ilə bağlı mətbuat açıqlaması verdiyini diqqətə çatdırmışdır. Səfir R.Sekutanın ölkəmizdə səfir olduğu dövrdə öz fəaliyyəti ilə iki ölkə arasındakı münasibətlərin güclənməsinə və əməkdaşlığın dərinləşməsinə verdiyi töhfəni vurğulayıb.

E.Süleymanov bünövrəsi 102 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin üzərində qurulmuş müstəqil Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda regionun inkişaf etmiş, aparıcı dövlətinə çevrildiyini qeyd edib. Hazırda fəxr mənbəyi olan ölkəmizin gələcəyinin xalqımızın əlində olduğunu deyən səfir bu müstəqilliyin qorunub saxlanmasında hər bir Azərbaycan vətəndaşının birliyinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-Azərbaycan Ticarət Palatası 1995-ci ildə iki ölkə arasında ticarət və biznes əlaqələrinin, eləcə də investisiyaların təşviqi məqsədilə təsis edilmiş ABŞ qeyri-hökumət təşkilatıdır. Palata iki ölkə xalqları arasında anlaşma və mədəni mübadilənin həyata keçirilməsi, eləcə də ABŞ-da yaşayan azərbaycanlı icmaya yönəlik layihələrin reallaşdırılması məqsədilə 2000-ci ildə Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzini təsis edib. Hazırda Mərkəzin Vaşinqtonda iki sərgi salonu fəaliyyət görtərir. Bu il ABŞ-Azərbaycan Ticarət Palatası 25 illik, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi isə 20 illik yubileyini qeyd edir.

16
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Nazirlər Azərbaycan-Fransa münasibətlərinin cari vəziyyətini müzakirə ediblər

11
(Yenilənib 23:33 21.01.2021)
Azərbaycan XİN başçısı Ceyhun Bayramov və Fransanın xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı olub.

BAKI, 21 yanvar - Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Naziriliyindən məlumat verilib. 

Nazirlər bölgədəki son vəziyyət, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib və bu sahədə dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

11
Aşqabad şəhərindən bir görüntü. Arxiv şəkli

Aşqabadda mühüm görüş

8
(Yenilənib 22:57 21.01.2021)
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək görüşüb.

BAKI, 21 yanvar - Sputnik. Bu ilin 21 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri çərçivəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib.

XİN-in Mətbuat Xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri daxil olmaqla, geniş spektr üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Xəzər dənizində “Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə hökumətlər arasında Anlaşma Memorandumunun imzalanması hər iki dövlət arasında, eləcə də Xəzər dənizi bölgəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin bariz nümunəsi kimi qeyd olunub. Razılaşmanın əldə edilməsi eyni zamanda Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirdiyi və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Tərəflər, regional əməkdaşlıq, o cümlədən üçtərəfli formatda əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu ilin yanvarın 16-da Azərbaycan, Türkmənistan və Əfqanıstan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsinin imzalanmasına istinad edilərək, bu xüsusda tədbirlərin icrası məsələləri müzakirə edilib.

Görüşdə tərəflər ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

8

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

0
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

0
Teqlər:
mafiya, İtaliya