Leyla Abdullayeva

XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib

31
Avropa Məhkəməsinin gəldiyi qənaətlərlə bağlı söyləmək olar ki, Məhkəmə əslində Ermənistanın əsas niyyətini təmin etməyib.

BAKI, 26 may - Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Avropa İnsan Hüquqları Məhkəməsinin cari ilin 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarı ilə bağlı KİV-in suallarını cavablandırıb.

Sputnik Azərbaycan Leyla Abdullayeva ilə müsahibəni təqdim edir:

- Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) məlum qərarı ilə bağlı nə deyə bilərsiniz?

- Biz Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müvafiq qərarı ilə tanış olduq. Əlbəttə, qərarla bağlı konkret fikir söyləmək üçün onun hüquqşünas ekspertlər səviyyəsində öyrənilməsi vacibdir, bununla belə qərarla bağlı müşahidələri bölüşmək olar.

İlk növbədə nəzərə almaq lazımdır ki, bu gün bölgəmizin həm millətlər, həm də fərdlər səviyyəsində üzləşdiyi ağrı və iztirablarının kökündə, məhz Ermənistanın millətçi rəhbərlərinin Azərbaycan xalqına qarşı nifrət üzərində qurumuş düşmən siyasəti və Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti dayanır. Hər kəsə bəllidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas səbələrini təhrif etməklə işğalçı Ermənistan, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan torpaqlarının davam edən qanunsuz işğalı və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır. Lakin elə AİHM-in 2015-cı ilin 16 iyun tarixli “Çıraqovlar və digərləri Ermənistana qarşı” qərarında Azərbaycan ərazilərinin işğalına görə Ermənistanın məsuliyyəti təsbit olunur.

Ermənistan həqiqətən insan hüquqları və azadlıqlarına sözdə bəyan etdiyi qədər əhəmiyyət yetirir və Avropa Məhkəməsinə hörmət edirsə, o zaman bu ölkə 30 ildən bəri davam edən, Azərbaycan torpaqlarının işğalına və bir milyondan artıq soydaşımızın hüquqlarının pozuntusuna dərhal son qoymalıdır. Habelə, AİHM-in 2015-ci il Çıqarovların işi üzrə qərarının icrası təmin olunmayanadək, rəsmi Yerevanın ölkəmizdən Avropa Məhkəməsi ilə bağlı nə isə tələblər irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur.

- Məhkəmə qərarının əsas nəticələri barədə nə deyə bilərsiniz?

- İlk növbədə, onu qeyd etmək istədim ki, Ermənistanın Azərbaycan əleyhinə qarayaxma kampaniyasına Avropa Məhkəməsini də alət etmək niyyəti və bu qurumu siyasiləşdirmək və təbliğat kampaniyasına cəlb etmək cəhdləri rədd olunmalıdır.

Avropa Məhkəməsinin gəldiyi qənaətlərlə bağlı söyləmək olar ki, Məhkəmə əslində Ermənistanın əsas niyyətini təmin etməyib. Belə ki, Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. Digər tərəfdən, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib.

- Bu, o deməkdir ki, qərarda da qeyd olunduğu kimi, Azərbaycan Hökumətinin bu xüsusda beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz?

- Bəli, Avropa Məhkəməsi qərarda Avropa Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) maddi aspektinin Azərbaycan Hökuməti tərəfindən pozulmaığını müəyyən etmişdir. Yəni, Avropa Məhkəməsinin gəldiyi nəticəyə görə, Ramil Səfərov əməllərin törədilməsi zamanı fərdi qaydada çıxış edib və Azərbaycan Hökumətini təmsil etməyib. Beləliklə də, Azərbaycan Hökuməti bu əməllərə görə beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz.

Eyni zamanda hesab edirik ki, Azərbaycan Silahlı qüvvələrinin zabiti Ramil Səfərovun Azərbaycanın 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğunu, yaxın qohumlarını müharibədə itirdiyini, hələ yeniyetmə ikən məcburi köçkün həyatının ağrı və acılarını yaşadığı məhkəmə işində nəzərə alınmalı idi.

- Ramil Səfərovun Azərbaycana ekstradisiyasından sonra onun əfv olunması məsələsinə münasibətdə də Məhkəmə qərarı bunu beynəlxalq hüququn standartlarına uyğun olaraq məsuliyyətə cəlb olunma üçün əsas kimi qəbul etməmişdir.

- Əfv olunma, dünya təcrübəsində istifadə edilən bir haldır və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət başçısının əfv etmək səlahiyyəti vardır.

Bir daha vurğulamaq istərdim ki, bütün bəlaların kökündə Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və bu siyasətin hələ də öz həllini tapmamış nəticələri durur. İki xalq arasındakı düşmənçiliyə son verilməsinin yeganə yolu münaqişənin nəticələrinin aradan qaldırılması, yəni, Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən işğalçı qüvvələrin çaxırdılması və bu ərazilərdən didərgin salınmış yüz minlərlə insanın fundamental hüquqlarının təmin edilməsidir.

Yaxşı olardı ki, Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcüvüz siyasətini və Ramil Səfərovun məhz bu təcavüz siyasətinin qurbanı olan məcburi-köçkün olduğunu qərar ilə bağlı yaydığı mətbuat məlumatında qeyd edərdi.

31
XİN binası

XİN: Bölgədəki gərginliyin məsuliyyəti işğalçı Ermənistanın üzərinə düşür

5
(Yenilənib 20:08 11.07.2020)
Ermənistan rəhbərliyi anlamalıdır ki, hazırda apardıqları siyasətə görə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıblar.

BAKI, 11 iyul – Sputnik. Bu ilin 10 iyul tarixində Yerevanda keçirilən Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Milli Təhlükəsizlik Strategiyasının müzakirəsi zamanı bu ölkənin bölgədə sülh və təhlükəsizliyə birbaşa hədə törədən təcavüzkar siyasəti baş nazir Paşinyanın dilindən növbəti dəfə etiraf edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumatda qeyd olunur ki, Azərbaycanın beynəlxalq tanınmış torpaqlarına qarşı əsassız ərazi iddialarını, beynəlxalq hüququ kobudcasına pozaraq hərbi işğala əsaslanan siyasətini ölkənin milli strategiyasında əks etdirən Ermənistan bölgədə ciddi təhlükə ocağı olaraq qalmaqdadır: “Azərbaycanın ərazilərini hərbi işğal edib bu ərazilərdə yaşayan erməni icmasının öz müqəddəratını müəyyən etməsindən danışan və bunu “milli məqsəd” kimi təhlükəsizlik strategiyasında əks etdirən işğalçı Ermənistan beynəlxalq hüququn, o cümlədən 1975-ci il Helsinki Yekun Aktının prinsiplərini yenidən görməzlikdən gəlir. Xalqların öz müqəddəratını təyin etməsi prinsipinin heç bir halda Azərbaycanın Dağlıq-Qarabağ bölgəsində yaşayan erməni icmasına şamil olunmadığını və ümumiyyətlə, Helsinki Yekun Aktının 8-ci bəndində öz müqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edildiyini xatırladırıq. Ermənistan rəhbərliyinin Azərbaycanın hərbi işğal altında saxladığı ərazilərində “suverenlik” iddiası, işğalçı siyasətinin nəticələrinin qorunub saxlanılmasının münaqişənin həlli üzrə aparılan danışıqların məqsədi kimi müəyyən etməsi bu ölkənin münaqişənin həlli prosesinə ciddi əngəl törətdiyini və beynəlxalq ictimaiyyətin qərar və qətnamələrinə hörmətsizlik nümayiş etdirdiyini açıq şəkildə göstərir. Ermənistan rəhbərliyi anlamalıdır ki, hazırda apardıqları siyasətə görə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıblar. Bu ölkənin beynəlxalq reallıqlardan uzaq və sadəlövh milli təhlükəsizlik strategiyası iflasa uğrayan daxili siyasəti sakitləşdirmək cəhdindən başqa bir şey deyildir. Beynəlxalq tanınmış əraziləri, o cümlədən müvəqqəti işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonları da daxil olmaqla ərazi bütövlüyünü və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmasını təmin etmək üçün Azərbaycanın cavab tədbirləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və ölkə Konstitusiyasının ona verdiyi haqqa əsaslanır. Bölgədə artan gərginliyin məsuliyyəti isə bilavasitə işğalçı Ermənistanın üzərindədir”.

5
Azərbaycan Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

Bu qədərini heç BMT gözləmirdi: bu gün toplanacaqlar

86
(Yenilənib 16:26 10.07.2020)
BMT-nin Baş Katibi 30 iyun 2020-ci il tarixində bütün üzv dövlətlərə səmimi nota göndərərək Baş Assambleyanın 31-ci xüsusi sessiyasının cari ilin 10 iyul tarixində çağırılacağını qeyd edib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 iyul — Sputnik. "Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının (BA) koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə həsr olunmuş videokonfrans formatında xüsusi sessiyasının çağırılması təşəbbüsünə BMT Baş Assambleyasının Prosedur Qaydalarına uyğun olaraq tələb olunandan da əhəmiyyətli sayda artıq dövlət tərəfindən dəstək bildirilib".

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, BMT-nin Baş Katibi 30 iyun 2020-ci il tarixində bütün üzv dövlətlərə səmimi nota göndərərək, təşəbbüsə BMT üzv dövlətlərinin əksəriyyəti tərəfindən dəstək verildiyini və bu xüsusda, Baş Assambleyanın Prosedur Qaydalarının müvafiq bəndlərinə uyğun olaraq Baş Assambleyanın 31-ci xüsusi sessiyasının cari ilin 10 iyul tarixində çağırılacağını qeyd edib.

"Qeyd etmək istərdik ki, hazırda Baş Assambleyanın rəsmi iclaslarının virtual formatda keçirilməsi üçün razılaşdırılmış format və modallıqlar mövcud deyil və əvvəlki xüsusi sessiyalarda olduğu kimi, hazırkı sessiyanın da modallıqları üzv dövlətlər arasında razılaşdırılacaq. Xüsusi sessiyanın başlanğıcında prosedur xarakterli məsələlərə baxılması, daha sonrakı mərhələdə isə milli qisimdə çıxışların dinləniləcəyi ümumi müzakirələr seqmentinin baş tutması planlaşdırılır.

Baş Assambleyanın 74-cü sessiyasının sədrinin təmsil edən Nigeriyanın nümayəndə heyətinin rəhbəri xüsusi sessiyanın müvəqqəti sədri qismində çıxış edəcək.

İnanırıq ki, 10 iyul tarixində başlayacaq xüsusi sessiya pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin artmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhdidə qarşı beynəlxalq cavabın tapılmasına öz töhfəsini verəcəkdir.

Azərbaycanın təşəbbüsünü dəstəkləyən hər bir ölkəyə bir daha təşəkkürümüzü ifadə edir və xüsusi sessiyanın işinə uğurlar arzulayırıq", - deyə məlumatda qeyd olunur.

86
Şokolad

Gündə 25 qramı sizi xoşbəxt edə bilər

0
(Yenilənib 00:04 12.07.2020)
Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir.

BAKI, 12 iyul — Sputnik. Moskva sağlamlıq departamentinin dietoloqu Antonina Starodubova gün ərzində 15-25 qram şokolad yeməyi məsləhət görüb. 

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun fikrincə, bu miqdarda şirniyyat təhlükəsiz və faydalıdır.

Starodubova qeyd edib ki, 25 qram şokolad bir plitka şokoladın təxminən 4/1-nə bərabərdir. Səhərlər acı və tünd şokolad yemək sağlamlıq üçün faydalıdır.

Onun sözlərinə görə, bu məsləhət sağlam insanlar üçündür. Xroniki xəstəliyi olan şəxslər həkimlə məsləhətləşməlidir.

"Tərkibində yüksək miqdarda kakao paxlası (70 faizdən az olmayan) və nisbətən aşağı şəkər (25 faizdən çox olmayan) şokolad növləri faydalı hesab olunur ki, bu da acı sortlara və bəzi tünd şokolad növlərinə uyğundur. Müxtəlif dolğuları olan şokoladlar isə desert növlərinə aiddir" – deyə dietoloq vurğulayıb.

Desert şokoladın kalori miqdarı əlavələr səbəbindən artır, ancaq qoz-fındıq qarışığı olan tünd şokolad istisnadır. Belə şokoladlar bitki zülalı, lif, vitaminlər, minerallar və doymamış yağ turşuları mənbəyi hesab edilir.

Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir. Şokolad yaddaşı yaxşılaşdırır, konsentrasiyanı və mürəkkəb problemləri həll etmək qabiliyyətini artırır.

0