SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Elmar Məmmədyarovla Sergey Lavrov telefonla danışdılar

© Sputnik / Murad OrujovГлавы МИД Азербайджана и России Эльмар Мамедъяров и Сергей Лавров провели встречу в Баку
Главы МИД Азербайджана и России Эльмар Мамедъяров и Сергей Лавров провели встречу в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Çoxtərəfli platformalarda əməkdaşlıq, xüsusilə də MDB çərçivəsində gündəlikdə olan aktual məsələlər nazirlər tərəfindən müzakirə edilib

BAKI, 22 may - Sputnik. Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov ilə telefon söhbəti baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirlər mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində ölkələr tərəfindən görülən tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Çoxtərəfli platformalarda əməkdaşlıq, xüsusilə də MDB çərçivəsində gündəlikdə olan aktual məsələlər nazirlər tərəfindən müzakirə edilib.

Ümumdünya Səhiyyə Təşkilatının Cenevrədə onlayn formatda keçirilən və əsasən koronavirus pandemiyası ilə mübarizə məsələsinin müzakirə olunduğu iclası üzrə ümumi fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0