Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva

İşğalçının sülhdən bəhs etməsi riyakarlığın son həddidir

13
(Yenilənib 18:54 21.05.2020)
Ermənistan XİN-in istinad etdiyi “xalq” ifadəsinə gəldikdə, birincisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki ermənilər xalq yox, bu bölgədə yaşayan erməni icmanı təşkil edir

BAKI, 21 may — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən təşkil olunan qondarma “andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə münasibət bildirib.

O, Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil olunan “andiçmə” ilə bağlı şounu Ermənistan XİN-in “demokratik proses” adlandırması bu təcavüzkar ölkənin mahiyyətini göstərməklə yanaşı, demokratiya anlayışından nə qədər uzaq olduğunu göstərir: "Digər dövlətin beynəlxalq tanınmış ərazisini işğal edib, oradakı insanları etnik təmizləməyə məruz qoyub, insan hüquqlarını kobudcasına pozmaq müasir beynəlxalq hüquqi dildə təcavüz adlanır, demokratiya yox".

"Ermənistan XİN-in istinad etdiyi “xalq” ifadəsinə gəldikdə isə, birincisi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki ermənilər xalq yox, bu bölgədə yaşayan erməni icmanı təşkil edir. İkincisi, xalqların öz müqəddəratını müəyyən etmə prinsipindən danışmaq üçün isə, Ermənistan XİN-i əvvəlcə bu prinsipin nə demək olduğunu öyrənməli, Helsinki Yekun Aktını oxumalı, daha sonra bu prinsiplərə düzgün istinadlar verməlidir. İşğalçı ölkənin şərhində sülhdən bəhs etməsi isə riyakarlığın son həddidir. Sülhü düşünən ölkə işğalçılıq siyasəti yürütməz, sülh istəyən ölkə, danışıqlar prosesinə əngəl törətməz və nəhayət, sülhü dəstəkləyən tərəf elə sülhün özünə başlıca təhdid olmaz", - L.Abdullayeva deyib.

13
Snayper, arxiv şəkli

Ermənistan ordusunun snayperləri mövqelərimizi atəşə tutdular

7
(Yenilənib 09:37 06.06.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub

BAKI, 6 iyun — Sputnik. Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildririr ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

7
Əlaqədar
Ermənistanın bu addımı azərbaycanlı məcburi köçkünlərə qarşı həqarətdir - Tural Gəncəliyev
MN: "Bu hərəkətin qarşısı güc tətbiq edilməklə dərhal alınacaq"
Qarabağın azərbaycanlı icması: Erməni icmasını dialoqa dəvət edirik
Azərbaycanın hərbi təlimlərini diqqətlə izləmişik – Ermənistanın Baş Qərargah rəisi
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli

Şenker ABŞ-ın Yaxın Şərqdə son iki onillikdəki hansı layihəsini uğurlu hesab edir?

16
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Dövlət Departamentinin Rusiyanın Yaxın Şərqdəki rolu haqqında bəyanatına cavab verib

BAKI, 5 iyun – Sputnik. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ dövlət katibinin köməkçisi Devid Şenkerin “Rusiya Yaxın Şərqdən çıxmalı"dır fikrini şərh edərkən Vaşinqtonun regiondakı siyasətinin nəticələrini xatırlamağa çağırıb.

"Dəqiqləşdirmək istərdim ki, Şenker Amerikanın Yaxın Şərqdə son iki onillikdəki hansı layihəsini uğurlu hesab edir? <...> Xatırlaya bilmirik. Yalnız ölüm və məhv", - deyə Zaxarova RİA Novosti-yə bildirib.

Diplomat əlavə edib ki, ola bilsin, Şenker "uğurlu layihə" nin yekununu məhz belə görür.

Rusiya 2015-ci ildən rəsmi Suriya hökumətinin xahişi ilə ərəb respublikasına terrorizmlə mübarizə və ölkənin bərpası üçün hərbi və digər yardımları göstərir. Birləşmiş Ştatlar isə Suriyanın rəsmi hakimiyyətinin icazəsi olmadan bu ölkədə yerləşir.

16
ABŞ-da etirazlar

Benksi etirazını bildirdi: “Kimsə qapını sındırmalı olacaq”

0
(Yenilənib 23:43 06.06.2020)
Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir

BAKI, 6 iyun — Sputnik. Britaniyalı məşhur küçə rəssamı Benksi Minneapolisdə afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-da başlanan etirazlara həsr etdiyi işini göstərib.

Sputnik Azərbaycan bildirir ki, o, şəkli özünün Instagram səhifəsində yerləşdirib.

Şəkildə rəssam qara insanın matəm portretini və onun üst tərəfindən asılmış, bir qırağı şamdan od alan Amerika bayrağını təsvir edib.

“Rəngli (qara) insanlar sistemə görə uğursuzluğa düçar olublar. Ağ sistemə görə”, - Benksi paylaşımında yazıb.

Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Banksy (@banksy)

“Bu düzgün olmayan sistem onların həyatını məşəqqətə çevirir, ancaq (boruları) təmir etmək – onların vəzifəsi deyil. Heç kim onları yuxarıdakı mənzilinə buraxmayacaq”, - yazan rəssam əlavə edib ki, bu, “ağ adamların problemidir” və buna görə istənilən halda kimsə “yuxarı qalxıb qapını sındırmalı olacaq”.

Mayın 25-də Minneapolisdə polis əməkdaşları afroamerikalı Corc Floydu həbs ediblər. Bu zaman onu yerə yıxıblar, polis zabitlərindən biri dizi ilə onun boynunu sıxıb. Floyd dəfələrlə nəfəs ala bilmədiyini desə də, buna əhəmiyyət verməyiblər. Nəticədə Floyd reanimasiyada dünyasını dəyişib. Bundan sonra ABŞ-da kütləvi etiraz və iğtişaşlar başlayıb.

0
Əlaqədar
İrqçilər yaddan çıxdı. Amerikadakı etirazlar necə soyğunlara çevrildi
Mən Corc Floydam: ABŞ-da başlayan etirazlar bütün dünyanı bürüyüb
Biz şokdayıq: azərbaycanlılar ABŞ-dakı iğtişaşlardan danışdılar
Amerika tənəzzülünün xronikası: uşaqlara polisə nifrət etmək öyrədilir
Yaşlı kişini ölümcül hala salan polislərə həmkarlarından dəstək - VİDEO