İlham Əliyevlə Moldova Prezidenti İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib

Moldova Prezidenti Azərbaycana təşəkkür etdi

6
(Yenilənib 14:39 18.05.2020)
"Hamıda hər şey yaxşı olanda hamı bir-birini təbrik edir və uğurlarına sevinir. Lakin ağır dəqiqədə, əlbəttə ki, imkan daxilində biz bir-birimizi dəstəkləməliyik" - İlham Əliyev

BAKI, 18 may — Sputnik. "Hörmətli cənab Prezident, hörmətli dostumuz. Sizinlə heç olmasa belə rejimdə ünsiyyət qurmaq imkanına görə çox şadam. Əvvələn, Sizi ötən böyük bayram – Qələbə Günü münasibətilə təbrik etmək istərdim. Həmçinin pandemiyaya qarşı mübarizədə bizə kömək göstərmək barədə qəbul etdiyiniz qərara görə təşəkkürümü bildirmək istərdim. Bir neçə gün bundan əvvəl, ötən həftə biz xüsusi təyyarə ilə Sizin göndərdiyiniz yardımı qəbul etdik. Bütün xalqımız adından Sizə təşəkkürümü bildirirəm ki, Bakıdan olan qardaşlarımız bu ağır vəziyyətdə bizə kömək etmək qərarına gəliblər".

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Moldova Prezidenti İqor Dodon dövlətimizin başçısı İlham Əliyevlə videokonfrans formatında görüşdə deyib.

"Bilirəm ki, Sizin ölkədə də pandemiya ilə mübarizə aparılır. Onu da bilirik ki, Siz bunun öhdəsindən layiqincə gəlirsiniz. Ümidvaram ki, əməkdaşlığımızın bu və digər bəndləri barədə bu gün biz telekonfrans rejimində söhbət açacağıq", - deyə İ.Dodon əlavə edib.

© Official website of President of Azerbaijan Republic
İlham Əliyevlə Moldova Prezidenti İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib

Prezident İlham Əliyev: "Bəli. Sizi görməyimə çox şadam, hörmətli cənab Prezident. Mən də Sizi və Sizin şəxsinizdə bütün Moldova xalqını ötən Qələbə bayramı münasibətilə təbrik etmək istərdim. Bizim ölkələrimizdə bu bayram həmişə çox əziz tutulur. Bizim Qələbəmiz uğrunda canlarından keçənlərin xatirəsini əziz tutmağımız fərəhlidir. Hazırda sağ olanlar, - düzdür, onların sayı getdikcə azalır, - ölkələrimizdə böyük hörmətə sahibdirlər. Əlbəttə ki, biz ikitərəfli planda daim aktiv qarşılıqlı fəaliyyətə istiqamətlənmişik. Mən sizinlə həm Bakıda, həm də beynəlxalq məkanlarda görüşlərimizi xatırlayıram. Buna görə də Azərbaycanın bu çətin gündə Moldovaya həmrəylik göstərməsi təbiidir. Çünki məhz çətin vaxtda bir-birinə dəstək göstərilməlidir. Hamıda hər şey yaxşı olanda hamı bir-birini təbrik edir və uğurlarına sevinir. Lakin ağır dəqiqədə, əlbəttə ki, imkan daxilində biz bir-birimizi dəstəkləməliyik. Mən Sizin bununla bağlı məktubunuza və həmçinin bu gün bunu qeyd etdiyinizə görə təşəkkür edirəm. Əlbəttə ki, pandemiya bütün ölkələrdə hadisələrin gedişatına, o cümlədən beynəlxalq siyasət məsələlərinə öz təsirini göstərib. Lakin müasir texnologiyalar fəal işləməyə və hətta bu rejimdə ünsiyyət qurmağa imkan verir. Beləliklə, əminəm ki, bugünkü müzakirəmiz də çox faydalı olacaq və nəticəyə istiqamətlənəcək".

Söhbət zamanı dövlət başçıları koronavirus pandemiyasi ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi apardılar, pandemiyanın sosial-iqtisadi fəsadlarının aradan qaldırılması istiqamətində gələcəkdə görüləcək işlərdən danışdılar.

Prezident İlham Əliyev və Prezident İqor Dodon ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edərək siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdilər.

© Official website of President of Azerbaijan Republic
İlham Əliyevlə Moldova Prezidenti İqor Dodon arasında videokonfrans formatında görüş keçirilib

Söhbət zamanı dövlət başçıları pandemiya başa çatdıqdan sonrakı dövrdə ölkələrimiz arasındakı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi məsələlərinə toxunaraq bildirdilər ki, ticarət, iqtisadiyyat, nəqliyyat, energetika və digər sahələrdə əlaqələrimizin genişləndirilməsi, eləcə də investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli imkanlar var. Prezidentlər bu baxımdan postpandemiya dövründə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin iqtisadi əməkdaşlığımızın möhkəmlənməsi işinə töhfə verəcəyini vurğuladılar.

Dövlət başçıları, eyni zamanda, ölkələrimizin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və gələcəkdə biznes forumun keçirilməsi perspektivlərini də müzakirə etdilər. Moldova Prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərlə bağlı dəvətini bir daha diqqətə çatdırdı. Prezident İlham Əliyev də öz növbəsində, münasib vaxtda Moldova Prezidenti İqor Dodonu Azərbaycana rəsmi səfərə dəvət etdi.

6
Əlaqədar
Böyük Britaniya kraliçası Azərbaycanı təbrik etdi
Prezident İlham Əliyev: "9 May - bizim ümumi Böyük Qələbə günümüzdür"
Bakının təşəbbüsü ilə 120 dövlət bir arada: Xilas hamı üçün əlçatan olmalıdır
İlham Əliyev CISCO şirkətinin rəhbəri ilə videokonfrans keçirib
“Sizə arzu edirəm ki...” – İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib
Dövlət sərhədi, arxiv şəkli

Sərhədlərimiz bir müddət bağlı qalacaq

55
(Yenilənib 17:23 29.05.2020)
COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan  ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət uzadılıb

BAKI, 29 may — Sputnik. Azərbaycan dövlət sərhədinin bağlanması müddəti iyunun 15-dək uzadılır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan  ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyunun 15-dək uzadılıb.

55
Milli Məclisin Sədri Sahibə Qafarova, arxiv şəkli

Azərbaycan Türkiyə parlament sədrləri telefonla danışdılar

6
(Yenilənib 14:17 29.05.2020)
M.Şentop həm öz, həm də TBMM üzvləri adından Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik edib

BAKI, 29 may — Sputnik. Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Parlamentinin Mətbuat Xidmətindən məlumat verilib.

M.Şentop həm öz, həm də TBMM üzvləri adından Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik edib.

S.Qafarova təbrikə görə minnətdarlığını bildirib və bu bayramın "bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.

6
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Vəssalam. Tramp bütün əlaqələri kəsdi

0
(Yenilənib 23:22 29.05.2020)
Ağ Evin rəhbəri əlavə edib ki, bundan belə ABŞ bu təşkilat üçün nəzərdə tutulan vəsaiti bütün dünya üzrə səhiyyə ehtiyaclarının qarşılanmasına yönəldəcək

BAKI, 29 may — Sputnik. Prezident Donald Tramp ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı ilə münasibətlərini kəsdiyini deyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Amerika lideri qərarını onunla əsaslandırıb ki, ÜST Vaşinqtonun tələb etdiyi islahatları yerinə yetirməkdən imtina edib.

Ağ Evin rəhbəri əlavə edib ki, bundan belə ABŞ bu təşkilat üçün nəzərdə tutulan vəsaiti bütün dünya üzrə səhiyyə ehtiyaclarının qarşılanmasına yönəldəcək.

Xatırladaq ki, hələ aprelin 14-də Tramp bəyan etmişdi ki,  ki, Vaşinqton ÜST-ün maliyyələşdirilməsini dayandırır. Onun sözlərinə görə, təşkilat koronavirus haqda məlumatları vaxtında çatdırmayıb, eləcə də həqiqəti dünya ictimaiyyətinə açıqlamayıb.

0
Əlaqədar
"ABŞ başa düşməlidir ki, onun düşməni virusdur, Çin yox"
"Strateji səhv". Ruhani ABŞ-ın ÜST-ə dair qərarını şərh etdi
ABŞ və Çin dünya iqtisadiyyatını məhv etməyə hazırlaşırlar
ÜST Trampı yalançı çıxardı - COVID-19 peyvəndi ilin sonuna hazır olmayacaq
Tramp ÜST-ə şərt qoydu: "ya mən dediyimi edin, ya da..."