SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkmənistan Prezidenti Azərbaycana gəlib

© Official website of President of Azerbaijan RepublicЦеремония официальной встречи президента Туркменистана Гурбангулы Бердымухамедова
Церемония официальной встречи президента Туркменистана Гурбангулы Бердымухамедова - Sputnik Azərbaycan
Abunə olmaq
Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar

BAKI, 11 mart — Sputnik. Türkmənistan Prezidenti Azərbaycana gəlib

Встреча Президента Азербайджанской Республики Ильхама Алиева и Президента Туркменистана Гурбангулы Бердымухамедова - Sputnik Azərbaycan
İlham Əliyev Türkmənistan və Moldova dövlət başçıları ilə görüş keçirib

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun martın 11-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Сердар Бердымухамедов - Sputnik Azərbaycan
Türkmənistan Prezidenti oğluna vəzifə verdi

Türkmənistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Türkmənistanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Xəbər lenti
0