SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident: "Parlament seçkiləri xalqımızın iradəsini tam ifadə edir"

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev bələdiyyə seçkilərində səs verib
Prezident İlham Əliyev bələdiyyə seçkilərində səs verib - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasında iştirak edib və nitq söyləyib.

BAKI, 10 mart — Sputnik. Prezident İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasında iştirak edib və nitq söyləyib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb.

İlham Əliyev beşinci çağırış Milli Məclisin deputatlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür edib. Azərbaycan Prezidenti altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkədə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən Prezident İlham Əliyev bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söyləyib.

Prezident İlham Əliyev onu da vurğulayıb ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşır. Seçkilərdə Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən dövlət başçısı vurğulayıb ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar.

Xəbər lenti
0