CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Spikerin müavinləri bəlli oldu

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker  seçilib

BAKI, 10 mart — Sputnik. Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) və Fəzail İbrahimli (parlamentdə azlıq təşkil edən partiyaların namizədi) isə vitse-spiker seçilib. 116 səs lehinə olmaqla isə Sahibə Qafarova Milli Məclisin sədri seçilib.

Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.

Xəbər lenti
0