SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Ərdoğana zəng vurdu

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev bələdiyyə seçkilərində səs verib
Prezident İlham Əliyev bələdiyyə seçkilərində səs verib - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçıları dünən Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının əhəmiyyətinə toxunaraq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər

BAKI, 26 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Prezidentin mətbuat xidməti yayıb.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, qardaş Türkiyənin firavanlığı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Dövlət başçıları dünən Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının əhəmiyyətinə toxunaraq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Xəbər lenti
0