CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nigar Arpadarainin lider olduğu dairədən daha bir məntəqədə seçki nəticələri ləğv edildi

© Sputnik / Murad OrujovГолосование на 4 избирательном участке 29 избирательного округа Сабаильского района
Голосование на 4 избирательном участке 29 избирательного округа Сабаильского района - Sputnik Azərbaycan
Abunə olmaq
MSK 29 saylı Səbail Seçki Dairəsi üzrə 23 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib

BAKI, 24 fevral — Sputnik. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar  29 saylı Səbail Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Sultan Nəcəfov və Elçin Rəhimovun müraciətinə baxılıb.

Sputnik Azərbaycan bildirir ki, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. O bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 23 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

MSK 29 saylı Səbail Seçki Dairəsi üzrə 23 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib. Bundan əvvəl bu dairənin 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticələri ləğv edilib.

Qeyd edək ki, 29 saylı Səbail Seçki Dairəsində lider namizəd Nigar Arpadaraidir.

Xəbər lenti
0