Azərbaycanda parlament seçkiləri, arxiv şəkli

Bir dairə üzrə 4 məntəqənin nəticəsi ləğv edildi

10
(Yenilənib 20:11 21.02.2020)
Müzakirədən sonra 81 saylı Beyləqan seçki dairəsi üzrə 1, 4, 6 və 31 saylı seçki məntəqələrində səsvermənin etibarsız hesab edilməsinə dair qərar qəbul olunub

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 fevral - Sputnik. Mərkəzi Seçki Komisiyasının (MSK) bu gün keçirilən iclası zamanı iclasında 81 saylı Beyləqan seçki dairəsi üzrə namizədlər Anar Məmmədov, Hikmət Abbasov və digərlərinin şikayətinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, MSK üzvü İlham Məmmədov bildirib ki, şikayətçilər həmin DSK-nın 16 fevral tarixli şikayətini mübahisələndiriblər.

“Şikayət üzrə maraqlı seçki subyektlərinin ifadələri alınıb. Şikayət qismən təmin edilməli, həmin seçki dairəsinin 1, 4, 6 və 31 saylı məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir. Qərar digər hissədə dəyişdirilmədən saxlanılmalıdır”, - deyə İlham Məmmədov bildirib.

Müzakirədən sonra 81 saylı Beyləqan seçki dairəsi üzrə 1, 4, 6 və 31 saylı seçki məntəqələrində səsvermənin etibarsız hesab edilməsinə dair qərar qəbul olunub.

10
Mövzu:
Növbədənkənar parlament seçkiləri (99)
Əlaqədar
MSK yenə toplandı, şikayət geri qaytarıldı
Bu dairədə iki məntəqənin nəticəsi etibarsız sayıldı
Seçki pozuntularına dair araşdırmanı üç istiqamətdə aparırıq – MSK sədri
MSK sədri seçki pozuntularına yol verən komissiya üzvlərini gözləyən cəza barədə
Rusiya XİN rəhbəri Sergey Lavrov, arxiv şəkli

Lavrov: "Rusiyanın Qarabağı öz ərazisinə qatmaq fikri yoxdur"

59
"Biz ondan çıxış edirik ki, bu regionun bütün məsələləri burada yerləşən ölkələr – ilk növbədə Azərbaycan və Ermənistan tərəfindən həll edilməlidir. Moskva bütövlükdə bölgədə sülh və sabitliyi təmin edəcək bir həll tapmağa kömək edəcək".

BAKI, 18 yanvar — Sputnik. Rusiyanın Qarabağı öz ərazisinə qatmaq fikri yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən qeyd edib.

"Qarabağın müstəqilliyi Ermənistan Respublikası da daxil olmaqla heç kim tərəfindən tanınmayıb. Bizim də belə bir fikrimiz yoxdur. Biz ondan çıxış edirik ki, bu regionun bütün məsələləri burada yerləşən ölkələr – ilk növbədə Azərbaycan və Ermənistan tərəfindən həll edilməlidir. Moskva bütövlükdə bölgədə sülh və sabitliyi təmin edəcək bir həll tapmağa kömək edəcək", - deyə Lavrov qeyd edib.

Lavrov, həmçinin qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatının heç bir gizli müddəaları yoxdur.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

59
Co Bayden, arxiv şəkli

Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı

132
(Yenilənib 20:27 17.01.2021)
Əvvəllər “Brexit” haqqında mənfi danışan Bayden, Britaniya rəsmiləri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir.

BAKI, 17 yanvar - Sputnik. ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden andiçmə mərasimindən sonra ilk və ya ikinci xarici səfərini Böyük Britaniyaya edə bilər.

“Report”un məlumatına görə, bu barədə “The Daily Telegraph” siyasətçinin ətrafındakı şəxslərə istinadən xəbər verib.

Bu səfər böyük ehtimalla Britaniyada keçiriləcək Böyük Yeddiliyin (G7) zirvə toplantısına təsadüf edəcək. Bundan əlavə, Bayden, payızda BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) iştirak etmək üçün bu ölkəyə səfər etmək niyyətindədir.

Qəzetin yazdığına görə, əvvəllər “Brexit” haqqında mənfi danışan Bayden, Britaniya rəsmiləri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir.

132
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

0
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

0