Azərbaycanda seçkilər, arxiv şəkli

Bu dairədə iki məntəqənin nəticəsi etibarsız sayıldı

10
Şikayət Əbil Məmmədovun və onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə araşdırılıb. Səlahiyyətli nümayəndə konkret seçki məntəqləri üzrə baş vermiş seçki pozuntularına dair məlumatları sadalayıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 fevral - Sputnik. Mərkəzi Seçki Komissiyasının iclasında 91 saylı Ucar seçki dairəsi üzrə namizəd olmuş Əbil Məmmədovun şikayətinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, Əbil Məmmədov həmin seçki dairəsi üzrə nəticələrin etibarsız sayılmasını xahiş edib.

Ancaq MSK katibi Arifə Muxtarova bildirib ki, bu şikayətin araşdırılması zamanı irəli sürülən iddialar yalnız 18 və 38 saylı məntəqələrdə öz təsdiqini tapıb.

Arifə Muxtarova qeyd edib ki, bu səbəbdən yuxarıda adı çəkilən məntəqələrdə seçkinin nəticələri etibarsız sayılmalıdır.

Şikayət Əbil Məmmədovun və onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə araşdırılıb. Səlahiyyətli nümayəndə konkret seçki məntəqləri üzrə baş vermiş seçki pozuntularına dair məlumatları sadalayıb.

Səlahiyyətli nümayəndə müşahidəçilərlə bağlı narazılığını çatdırıb. MSK sədri bununla bağlı deyib ki, 91 saylı Ucar seçki dairəsində 40 məntəqə üzrə 800 müşahidəçi olub.

Müzakirədən sonra 91 saylı Ucar seçki dairəsi üzrə 2 məntəqənin nəticələri etibarsız sayılıb.

10
Mövzu:
Növbədənkənar parlament seçkiləri (99)
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda hərbi parada baxır

Əliyevlə Ərdoğan Ağdamdakı Birgə Monitorinq Mərkəzini müzakirə etdilər

2
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.

 Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

2
Teqlər:
telefon danışığı, İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan
Co Bayden, arxiv şəkli

Məşhur müğənnilər Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər

4
(Yenilənib 09:38 16.01.2021)
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq

BAKI, 16 yanvar — Sputnik. Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.

"Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər", - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.

4