Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında

Zakir Həsənov hərbi obyektlərin açılışında - FOTO

15
(Yenilənib 23:31 17.02.2020)
Müdafiə naziri parkın ərazisində avtomobillərin saxlanc boksları, yeni avadanlıqla təchiz edilmiş texniki nəzarət, qulluq, təmir məntəqələrində şəraitlə tanış olduqdan sonra, müvafiq tapşırıqlarını verib.

BAKI, 17 fevral — Sputnik. 2020-ci ilin fəaliyyət planına uyğun olaraq, hərbi hissələrdə tikinti-quruculuq işləri davam edir. Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov müasir tələblərə cavab verən növbəti hərbi obyektin açılışında iştirak edib.

  • Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında
    © AR Ministry of Defense
  • Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında
    © AR Ministry of Defense
1 / 2
© AR Ministry of Defense
Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, məruzə olunub ki, hərbi hissənin avtomobil parkında iriqabaritli hərbi maşınlar üçün saxlanclar, yanacaqdoldurma məntəqəsi və açıq test meydançası yaradılıb.