Azərbaycan XİN-in rəsmi təmsilçisi Leyla Abdullayeva

XİN Ermənistanın bəyanatına cavab verdi

14
(Yenilənib 23:29 11.02.2020)
"Ermənistan XİN-in bu bəyanatı bu ölkənin Xarici İşlər nazirinin özünün qəbul etdiyi birgə bəyanatlardakı iki ölkə əhalisinin sülhə hazırlanması fikri ilə tam ziddir və Ermənistan rəhbərliyinin əsl niyyətini ifşa edir"

BAKI, 11 fevral — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Avropa İnsan Hüquqları Məhkəməsinin “Sarıbekyan və Belyan Azərbaycana qarşı” qərarı ilə bağlı bəyanatına münasibət bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, XİN rəsmisi “Avropa İnsan Hüquqları Məhkəməsinin bu ilin 30 yanvar tarixində qəbul edilmiş “Sarıbekyan və Belyan Ermənistana qarşı” adlı qərarı yekun deyil və 3 ay ərzində Azərbaycan tərəfinin bu qərarı Məhkəmənin Böyük Palatasına şikayət etmək haqqı var. Hazırda bu xüsusda tərəfimizdən müvafiq araşdırmalar aparılır” sualına cavabında bildirib ki, AİHM-in sözügedən qərarı heç də yekdilliklə qəbul olunmayıb və Azərbaycanlı hakim Lətif Hüseynov müzakirələr zamanı xüsusi rəylə çıxış edib.

“Xatırladırıq ki, Ermənistan vətəndaşı Manvel Sarıbekyan 2010-cu ilin 11 sentyabr tarixində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanıb. Oktyabrın 5-də isə o intihar edib və faktla bağlı Bakı Hərbi prokurorluğunda cinayət işi açılıb.

İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti 1980-ci illərin sonlarında daha da kəskinləşdi və 1988-89-cu illərdə Qafan rayonundan azərbaycanlıların qovulması ilə məcburi deportasiya kulminasiya həddinə çatdı. Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu hərbi işğal edən Ermənistan bu bölgənin yerli azərbaycanlı əhalisinə qarşı qanlı etnik təmizləmə həyata keçirdi və nəticədə yüz minlərlə azərbaycanlı məcburi köçkünə çevrildi. İşğalçılıq siyasəti zamanı mülki əhaliyə qarşı xüsusi qəddarlıq törədən Ermənistan silahlı qüvvələrinin 1992-ci ilin 26 fevral tarixində Xocalıda yalnız bir gecədə 613 mülki azərbaycanlını vəhşicəsinə qətlə yetirməsi beynəlxalaq ictimaiyyət tərəfindən qətiyyətlə pislənir və soyqırım kimi tanınır.

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü 7 saat davam edib

Ermənistanın təcüvüzü nəticəsində 3889 azərbaycanlı itkin düşüb və Ermənistan əsirliyində saxlanılan yüzlərlə insan isə ağır işgəncələr nəticəsində həyatını dəyişib.

Ermənistan XİN-ə onu da xatırladırıq ki, məhz Avropa İnsan Hüquqları Məhkəməsi Böyük Palatasının 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında işğalçı tərəf kimi Ermənistanın məsuliyyəti bir daha təsbit olunub və işğal olunmuş ərazilərimizdəki qanunsuz qurumun Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcudluğu təsdiqlənib.

Ermənistan XİN-in bu bəyanatı bu ölkənin Xarici İşlər nazirinin özünün qəbul etdiyi birgə bəyanatlardakı iki ölkə əhalisinin sülhə hazırlanması fikri ilə tam ziddir və Ermənistan rəhbərliyinin əsl niyyətini ifşa edir”.

 

14
Erməni qüvvələrinin açdıqları atəşin nəticəsi, arxiv şəkli

Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı

7
(Yenilənib 18:35 27.10.2020)
Dinc sakinlərdən dörd nəfər həlak olub. Onlardan biri 2013-cü il təvəllüdlü qızdır. Xəsarət alanların sayı 7 nəfərdir

BAKI, 27 oktyabr - Sputnik. Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölən dinc sakinlərin sayı 4 nəfərə çatıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 7 nəfər isə xəsarət alıb.

Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Oktyabrın 25-də ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin 24 oktyabrda Vaşinqtonda Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdükləri, xarici işlər nazirləri və ABŞ Dövlət Katibinin müavini Stiven Bigan ilə birgə iclasda iştirak etdikləri bildirilir. Həmsədrlər tərəfləri öhdəliklərinə uyğun olaraq 10 oktyabrda  Moskvada imzalanmış birgə bəyanatın bütün aspektlərini həyata keçirmək üçün təcili addımlar atmağa çağırıblar və bu öhdəlikləri 18 oktyabrda Parisdə təsdiqlədiklərini qeyd ediblər. Dağlıq Qarabağda növbəti humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

7
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Goranboy, Tərtər və Bərdə rayonları raket atəşinə tutulur
Azərbaycan qarşı tərəfin törətdiyi təxribatlara təmkinlə yanaşaraq adekvat tədbir görür
Ermənistan dinc əhalidən sonra ekoloji terrora keçib
Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb – VİDEO
Bərdə rayonunda erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır

26
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır

BAKI, 27 oktyabr - Sputnik. Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. 2020-ci il oktyabrın 27-də günorta saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və  ağır artilleriyadan atəşə tutulub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olmuş, 7 nəfər isə xəsarət almışdır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

26
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Goranboy, Tərtər və Bərdə rayonları raket atəşinə tutulur
MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır
MN: Tərtər və Bərdə atəşə tutulur
Bərdəyə atılmış raketlərdən nəhəng çala əmələ gəldi - VİDEO
Təcili yardım avtomobili, arxiv şəkli

Qubada koronavirus xəstəsi yerlilərini təşvişə saldı

0
(Yenilənib 18:22 27.10.2020)
Quba rayon sakini Elçin Abramov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib

BAKI, 27 oktyabr — Sputnik. Evdə müalicə olunan koronavirus xəstəsi yaşayış yerini qanunsuz tərk edib. Quba rayon sakini Elçin Abramov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, E.Abramov evə buraxılan zaman ona karantin qaydaları izah olunub və tətbiq olunan qaydalara riayət etməsi, eləcə də yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb. Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan Elçin Abramovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb, yaşadığı ünvana qaytarılması təmin edilib və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib. Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Quba RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

0
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
DİN koronavirusla bağlı əhaliyə müraciət etdi
Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib
Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...
İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq
Biz şiddətli soyuqları görməmiş xəstəlik bizi "görə" bilər - yenidən qapanma mümkündür