CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MSK aktiv və passiv seçki dairələrini açıqladı

© Sputnik / Rahim MuradovLənkəranda seçki dairəsində
Lənkəranda seçki dairəsində - Sputnik Azərbaycan
Abunə olmaq
Hələlik ən passiv dairə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 1,2 % (30 min 534 seçicidən 352 nəfər) olub

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 9 fevral - Sputnik. Milli Məclisə seçkilərdə saat 10:00-a olan ən aktiv və ən passiv seçki dairələri açıqlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Onun sözlərinə görə, ən aktiv 56 saylı Xaçmaz kənd və 1 saylı Şərur-Sədərək seçki dairəsidir. 56 saylı Xaçmaz kənd seçki dairəsində seçici fəallığı 21,03 faiz (37 min 970 seçicidən 8234 nəfər), 1 saylı Şərur-Sədərək seçki dairəsində 21,03 faiz (46 min 225 seçicidən 9864 nəfər) olub.

Hələlik ən passiv dairə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 1,2 % (30 min 534 seçicidən 352 nəfər) olub.

Xəbər lenti
0