İlham Əliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

"Regionda dünyada gələcək vəziyyət bugünkü görüşdən asılı olacaq" - İlham Əliyev

9
(Yenilənib 17:43 06.02.2020)
"Bakının seçimi bizim üçün çox əhəmiyyətli və dəyərlidir. Biz bunu bizə etimad və hörmət əlaməti kimi qəbul edirik və əlbəttə, həmçinin hesab edirik ki, bu görüşlər həm bizim regionda, həm də dünyada riskləri azaltmağa çox ciddi kömək edir"

BAKI, 6 fevral — Sputnik. "Şadam ki, sizin NATO-dakı həmkarlarınızla mühüm görüşlərin keçirilməsi ilə əlaqədar Azərbaycana gəlişiniz müntəzəm xarakter daşıyır. Həmçinin Bakının Rusiya və NATO-nun ali hərbi komandanlığının ənənəvi görüş yerinə çevrildiyinə görə bir daha Rusiya tərəfinə minnətdarlığımı bildirmək istərdim".

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov, arxiv şəkli
© Sputnik / Evgeniy Biyatova

Sputnik Azərbaycan bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi-Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Bu proses artıq üç ildir ki, davam edir və əlbəttə, Bakının seçimi bizim üçün çox əhəmiyyətli və dəyərlidir. Biz bunu bizə etimad və hörmət əlaməti kimi qəbul edirik və əlbəttə, həmçinin hesab edirik ki, bu görüşlər həm bizim regionda, həm də dünyada riskləri azaltmağa çox ciddi kömək edir. Buna görə regionda və dünyada gələcək vəziyyət sizin həmkarınızla bugünkü görüşünüzdən asılı olacaq", - deyə İlham Əliyev əlavə edib.

Prezident hər belə tədbirin bir daha görüşmək və hərbi-texniki sahədə əməkdaşlığın gündəliyinə nəzər salmaq üçün yaxşı imkan olduğunu vurğulayıb: "Bizim sizinlə ötən dəfə, ötən il də qeyd etdiyimiz kimi, yaxşı nəticələrimiz, münasibətlərin tarixi, həm də gələcək üçün planlarımız var. Əlbəttə, biz bu istiqamətdə, həmçinin hərbi sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərə gəldikdə, qarşılıqlı fəaliyyəti möhkəmləndirmək işində çox uğurlu keçən ilə yekun vurmaq olar. Həm mənim Vladimir Vladimiroviç Putinlə və digər rəhbərlərlə müntəzəm görüşlərim, həm də qarşılıqlı səfərlər ölkələrimizin daha da yaxınlaşmasına təkan verib. Biz indi iqtisadi gündəlik üzrə fəal iş aparırıq. Müxtəlif sahələrdə qarşılıqlı fəaliyyəti nəzərdə tutan beş, indi isə daha artıq - yeddi yol xəritəsi reallaşdırılır və hər bir istiqamət üzrə də yaxşı nəticələr var.

Ticari-iqtisadi sahədə də yaxşı nəticələr olub. Ötən il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Nəqliyyat, turizm sahələrində də. Ötən il rekord sayda – 900 mindən çox rusiyalı turist Azərbaycanı ziyarət edib. Ötən ay – yanvarda isə yenə də artım olub. Buna görə də düşünürəm ki, bu il biz asanlıqla milyon həddinə çatacağıq. Bu, əlbəttə ki, məhz ölkələrimiz arasında münasibətlərin göstəricisidir. Çünki rusiyalılar özlərini rahat və vərdiş etdikləri şəraitdə hiss edirlər. Beləliklə, ötən ilin yekunları uğurlu olub. Bu il də sizinlə mühüm görüşdən başlayır. Düşünürəm ki, bu ili də yaxşı nəticələrlə başa vuracağıq. Sizə həmkarınızla yaxşı görüş arzulayıram".

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri GERASİMOV NATO-nun hərbi rəhbərliyi ilə görüş üçün növbəti dəfə meydan yaratdığına görə Prezident İlham Əliyevə təşəkkür edib: "Əslində, yaranan beynəlxalq vəziyyət və sabitliyin olmadığı və gözlənilmədiyi, xüsusən Rusiyanın sərhədləri yaxınlığında da, Yaxın Şərqdə də beynəlxalq terrorizmlə gərginləşən mübarizə şəraitində olan bütün bu çətinliklər həm hərbi rəhbərliyin görüşünün, həm də bir sıra məsələlərin müzakirəsinin zəruriliyini şərtləndirir. Eyni zamanda, bunun fonunda Rusiya və Azərbaycan münasibətləri sevindiricidir. Belə ki, bizim ortaq tariximiz və Sizin söylədiyiniz iqtisadi inkişafla bağlı həmin layihələrin fonunda mehriban qonşuluq münasibətlərimiz, hərbi qurumlarımız arasında qarşılıqlı fəaliyyət, xüsusən hərbi-texniki əməkdaşlıq və silahlı qüvvələrimiz arasında digər tədbirlər genişlənir. Çox yaxşıdır ki, bir növ biz hamımız, ordularımız bir ordunun - sovet ordusunun yetirməsidir. Hərbi sahədə münasibətlərimizin yaxınlaşması üçün gələcəkdə də hər şeyi edəcəyik".

9
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Politoloq: “Qarabağla bağlı yeni təşəbbüslər Azərbaycanın maraqlarına cavab vermir”

20
(Yenilənib 11:41 08.05.2021)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Türkiyənin Cənubi Qafqazda, Azərbaycan və Qarabağda maraqlarının olması post-müharibə dövründə də özünü göstərir
Elxan Şahinoğlu: “Önəmli olan Lavrovun Bakı səfərində nə təklif edəcəyidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Qarabağla bağlı hansısa yeni təşəbbüslər Azərbaycanın maraqlarına cavab vermir: “Biz bu məsələni böyük ölçüdə həll etmişik. Ərdoğan və Putin arasında baş tutmuş telefon danışığını müsbət qiymətləndirirəm. Aydın olur ki, Rusiya gedən proseslər barədə davamlı şəkildə Türkiyəni məlumatlandırır. Rusiya anlayır ki, Türkiyə regional oyunçuya çevrilib. Türkiyənin Cənubi Qafqazda, Azərbaycan və Qarabağda maraqlarının olması post-müharibə dövründə də özünü göstərir. Fransa çox istəyərdi ki, Türkiyə Qarabağ ətrafında gedən proseslərdən kənarda qalsın. İndi önəmli olan Lavrovun Bakı səfərində nə təklif edəcəyidir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

20
Entoni Blinken, arxiv şəkli

Entoni Blinken: "ABŞ Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir"

12
(Yenilənib 19:45 07.05.2021)
ABŞ mediası Co Bayden administrasiyasının Rusiyaya rəsmi səfər etmədən öncə Blinkenin Ukraynaya göndərilməsinin önəmli məqam olduğundan yazıb.

BAKI, 7 may — Sputnik. ABŞ-ın dövlət katibi Entoni Blinken Ukrayna səfərinin çox məhsuldar keçdiyini bildirərək, "ABŞ-ın Rusiyanın təcavüzkar hərəkətlərinə qarşı mövqeyi birmənalıdır və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir" – deyib.

Sputnik Azərbaycan-ın "CNN Türk"-ə istinadla yaydığı xəbərə görə, Blinken bu barədə sosial media hesabında paylaşım edib.

Dünən Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə görüşən dövlət katibi qeyd edib: "Kiyevdə prezident Zelenski və tanış olduğum digər şəxslərlə çox məhsuldar vaxt keçirdim. ABŞ-ın Rusiyanın təcavüzkar hərəkətlərinə qarşı mövqeyi birmənalıdır və Ukraynanın suveren, demokratik və firavan gələcəyini təmin etmək üçün lazım olan islahatlara dəstək verir".

Digər tərəfdən, ABŞ mediası Co Bayden administrasiyasının Rusiyaya rəsmi səfər etmədən öncə Blinkenin Ukraynaya səfər etməsinin önəmli məqam olduğunu yazıb. Yerli qəzetlərdə "Prezident Co Baydenin Blinkeni Kiyevə göndərməsi Ukraynanın ABŞ xarici siyasətində əhəmiyyətli yerə sahib olduğunu göstərir" - şəklində xəbərlər yer alıb.

12
Taxıl biçini, arxiv şəkli

Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur

0
(Yenilənib 23:29 08.05.2021)
May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır.

BAKI, 8 may — Sputnik. May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Bununla əlaqədar "Aqroservis" ASC tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Həmçinin, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilir. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Qeyd edək ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumlikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

0