Seçki məntəqəsi

Partiyalar seçkilərə necə gedirlər gözləyirlər: əsas qələbədir, yoxsa..

892
(Yenilənib 00:09 13.12.2019)
Partiya sədrinin müşaviri bildirib ki, AVP çoxsaylı namizədlərlə seçkidə iştirak etməyi düşünür və seçki nəticələrində partiya olaraq ikinci yeri tutacağına inanır.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. Azərbaycanda 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək bəzi siyasi partiyalar müəyyənləşib. Sputnik Azərbaycan xəbər verir ki, dünən keçirilən Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak üçün bir sıra siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınmasına dair müraciətə baxılıb. İclasda Yeni Azərbaycan Partiyasının (YAP), Ümid Partiyasının və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) səlahiyyətli nümayəndələri qeydə alınıb.

Sputnik Azərbaycan bir sıra siyasi partiyaların Milli Məclisə növbədənkənar seçkilərə necə hazırlaşdığını, seçkilər ilə bağlı gözləntilərini öyrənib.

Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında vurğulayıb ki, növbədənkənar parlament seçkilərində iştirak bəyan edilib və partiya olaraq 65 namizəd irəli sürülüb, partiya seçkilərdə fəal iştirak edəcək: "Hazırda seçki dairələri üzrə müəyyən bölgülər aparırıq. Seçkilərdə hər halda partiya hansı istiqamətdə uğur qazana biləcəksə, daha çox ağırlığı həmin namizədlər üzərinə yönəldəcəyik. Ümid edirəm ki, partiyamız seçkilərdə fəal iştirak edəcək və müəyyən uğur qazanacaq. Mən də namizədliyimi irəli sürmüşəm və bu istiqamətdə partiyanın qərarı çıxıb, səlahiyyətli nümayəndələrimizi müəyyən etmişik. Artıq Mərkəzi Seçki Komissiyasına sənədlərimiz təqdim olunub. Demokratik və şəffaf seçkilər keçiriləcək. Hesab edirəm ki, əhalinin fəallığından çox şey asılıdır, seçicilərin fəallığı əsas rol oynayacaq. Seçicilər çalışmalıdırlar ki, bu prosesdə ciddi rol oynasınlar. Çünki seçicinin iradəsindən asılı olaraq parlament formalaşır".

"Ana Vətən Partiyası seçkidə iştiraka qərar verib. Hələlik namizədlərin siyahısının dəqiqləşdirilməsi işləri aparılır. AVP çoxsaylı namizədlərlə seçkidə iştirak etməyi düşünür və seçki nəticələrində partiya olaraq ikinci yeri tutacağına inanır". Bunu isə Sputnik Azərbaycan-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müşaviri Jalə Mütəllimova bildirib.

"Respublikaçı Alternativ" (REAL) Partiyasının icra katibi Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ötən ildən seçkilərə hazırlığa start veriblər: "Partiya olaraq 43 namizədimiz müəyyənləşib və partiya çərçivəsində bir neçə namizədin də dəqiqləşdirilməsi prosesi gedir. Amma dünən biz növbəti bir təşəbbüslə çıxış etdik. Cəmiyyətdə nüfuzu olan, ancaq heç bir partiya üzvü olmayan müstəqil şəxslər var və onlarla birgə "Real Cümhuriyyətçilər" bloku elan edildi. Bu blok getdikcə genişlənəcək və hər gün müstəqil şəxslər bu bloka daxil olacaq. Həmin müstəqil şəxslərlə birgə ümumilikdə təqribən 55-60 dairədən namizədimizin olması gözlənilir. Bu da bütün ölkə ərazisini əhatə edəcək. Əsas hədəfimiz seçki institutuna inamın bərpası, seçkilərdə daha çox vətəndaşın iştirakının təmin edilməsidir".

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə qeyd edib ki, partiya fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək: "Partiyamızın hansı formatda seçkilərdə iştirak edəcəyi yaxın müddətdə müəyyən ediləcək və bununla bağlı mediaya məlumatlar veriləcək. Düşünürəm ki, yeni təfəkkürlər parlamentdə çoxluq təşkil etməli, parlament daha çox gənclərdən ibarət olmalıdır. Ümidvaram ki, parlament ölkədə həyata keçirilən islahatlara uyğun olaraq Azərbaycanın inkişafına xidmət edəcək. Düşünürəm ki, seçkilər normal keçiriləcək, artıq ölkədə müəyyən təcrübə formalaşıb".

Qeyd edək ki, dünən Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə deyib ki, YAP vaxtı çatanda öz siyahısını elan edəcək: "Bu siyahı əsasında da seçki kampaniyasını uğurla həyata keçirəcək. Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Zamanı çatanda siyahı açıqlanacaq. Bu, elə vaxt olacaq ki, gec olmayacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni simalar və əvvəlki tərkibində olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar".

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 5-də "Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

892
Teqlər:
partiya, seçkilər, Jalə Mütəllimova
Mövzu:
Növbədənkənar parlament seçkiləri (99)

İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"

22
Səmimi söyləsək, əraziləri azad etdikdən sonra döyüş meydanında gördüklərimiz, orada qurulmuş istehkam qurğuları, - onlar bəlkə də bu qurğulara yüz milyonlarla dollar xərcləyiblər

BAKI, 31 oktyabr — Sputnik. "Biz bunu təklif etdik. Lakin ermənilər bunu həmişə rədd ediblər. Minsk qrupunun həmsədrləri mənim dediklərimi təsdiqləyə bilərlər. Biz həmişə təklif edirdik, biz həmişə sülh planına, belə adlandırılan əsas prinsiplərə sadiq idik. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdu. Birinci mərhələdə beş rayon, ikinci mərhələdə iki rayon. Lakin indi bu beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib".

© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin "Bu mövzuya gəlmişkən, yeddi rayonun hamısını azad etmək, bundan sonra danışıqları aparmaq və Dağlıq Qarabağın muxtariyyət zonası ilə bağlı bir razılığa gəlmək məqsəd deyilmi?" sualına cavabında deyib.

"Buna görə Ermənistan həmişə buna qarşı olub. Səmimi söyləsək, əraziləri azad etdikdən sonra döyüş meydanında gördüklərimiz, orada qurulmuş istehkam qurğuları, - onlar bəlkə də bu qurğulara yüz milyonlarla dollar xərcləyiblər, - göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Çünki əgər ərazilərdən çıxmağı planlaşdırsaydılar, bu qədər çox sərmayə yatırmazdılar. Müasir avadanlıq, müasir silahlar, müasir istehkam texnologiyası ilə təchiz olunmuş bir neçə müdafiə səddi var idi. Buna görə danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və bizi aldatmaq cəhdindən ibarət idi.

Onlar danışıqları sonsuz edirdilər və vaxt qazanmaq istəyirdilər, onlar 27 il ərzində buna nail ola bildilər. Buna görə, biz əsas prinsiplərə sadiqik. Yeddi rayon bizə qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar. Üstəgəl, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar, - müharibədən əvvəl Dağlıq Qarabağda Azərbaycan əsilli 40 min insan var idi, - oraya qayıtmalıdır və plan belə icra olunmalıdır", - Prezident bildirib.

22
Əlaqədar
Prezident:"Bu, bizimlə Ermənistan arasında olan döyüşdür, hər kəs ondan uzaqda durmalıdır"
İlham Əliyev: "Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD kanalına müsahibə verib

Prezident:"Bu, bizimlə Ermənistan arasında olan döyüşdür, hər kəs ondan uzaqda durmalıdır"

15
Biz bilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etmək istəyirlər, lakin, əminəm, bu, baş verməyəcək. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır.

BAKI, 31 oktyabr — Sputnik. "Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik. Hansısa ölkənin cəlb oluna biləcəyini biz görmürük. Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin "Əgər, bu münaqişəyə üçüncü ölkə cəlb olunsa, Siz Türkiyədən kömək gözləyərsiniz?" sualına cavabında deyib.

"Biz bilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etmək istəyirlər, lakin, əminəm, bu, baş verməyəcək. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır. Türk əsgərlər burada ola bilər, bəli. Ötən il biz 10 birgə hərbi təlim keçirmişik. Lakin bizim başqa ölkələrlə də çoxlu təlimlərimiz olur. Biz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının bir hissəsiyik. Burada qəribə heç nə yoxdur. Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz", - deyə İlham Əliyev qeyd edib.

15
Teqlər:
Almaniya, Ermənistan, İlham Əliyev
Əlaqədar
İlham Əliyev: "Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər"
İzmirdə

İzmirdə seli lentə alan operator nənəsinin meyitini tapdı

0
İzmirdə baş verən güclü zəlzələdən sonra meydana gələn seli lentə alan operator nənəsinin meyitini tapıb. Gəncin və ətrafdakıların köməyilə meyit sudan çıxarılıb.

BAKI, 31 oktyabr — Sputnik. İzmirdə baş verən güclü zəlzələdən sonra meydana gələn seli lentə alan operator nənəsinin meyitini tapıb.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı görüntüləri "Haber Global" yayıb.

Gəncin və ətrafdakıların köməyilə meyit sudan çıxarılıb.

Xatırladaq ki, ötən gün yerli vaxtla saat 14:51-də Türkiyənin İzmir şəhərində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Egey dənizi bölgəsi ilə yanaşı, İstanbul və Mərmərə bölgəsində də hiss olunub.

Türkiyə Fövqəladə Hallar Nazirliyinin (AFAD) məlumatına görə, zəlzələnin episentri İzmirin Seferihisar rayonudur. Beş binanın tamamilə dağıldığı, xeyli evin zərər gördüyü bildirilir. İnsanlar panikaya düşərək küçələrə çıxıblar. Hazırda İzmirdə baş verən zəlzələdə dünyasını dəyişənlərin sayı 24-ə yüksəlib. Xəsarət alanların sayı artıq 804-dür.

Dağılan 4 binanın ərazisində xilasetmə işləri başa çatıb, daha 13-də isə hələ də davam edir. Bildirilir ki, birinci zəlzələdən sonra ən böyük maqnitudası 5,1 olan 400-dən çox təkan (afterşok) qeydə alınıb.

0
Əlaqədar
Türkiyədə bir gündə iki zəlzələ: ölən və xəsarət alanların sayı artdı - YENİLƏNİB
Putin Ərdoğana başsağlığı verdi
Zəlzələdən sonra Türkiyədən ürək ağrıdan görüntülər - FOTO
İzmirdə yenə zəlzələ olub, ölən və yaralananların sayı artıb