SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan-Türkiyə-Qətər hərbi təlimi keçiriləcək

© AR Ministry of DefenceMüdafiə naziri Qətərin yeni təyin olunmuş səfiri ilə görüşüb
Müdafiə naziri Qətərin yeni təyin olunmuş səfiri ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan-Qətər münasibətlərinin inkişafında ölkə rəhbərlərinin səylərini xüsusi vurğulayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında hərbi sahədə də əlaqələrin uğurla inkişaf etdiyini deyib

BAKI, 6 dekabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.

Müdafiə naziri Zakir Həsənov cəbhəboyu zonadakı hərbi hissələrdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub - Sputnik Azərbaycan
Azərbaycan Ordusu üçün yeni hərbi obyektlər tikilir - VİDEO

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbərinə görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə Qətər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan-Qətər münasibətlərinin inkişafında ölkə rəhbərlərinin səylərini xüsusi vurğulayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında hərbi sahədə də əlaqələrin uğurla inkişaf etdiyini deyib.

Tərəflər Azərbaycan ilə Qətər arasında hərbi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edərək bu əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər. Hərbi əlaqələrin inkişafı baxımından hərbi qulluqçuların qarşılıqlı səfərlərinin, həmçinin Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

Rusiya və ABŞ hərbi rəhbərləri Bakıda bir araya gəldilər – FOTO

Diplomat isə öz növbəsində dost və qardaş olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Səfir qeyd edib ki, Qətər ölkəmizin ərazi bütövlüyünü tanıyır, beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində daim Azərbaycanın haqq işini dəstəkləyir.

Görüşdə hərbi sahədə əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Xəbər lenti
0