Milli Məclis, arxiv şəkli

Milli Məclis iki qanunu ləğv etdi

106
(Yenilənib 13:01 03.12.2019)
"İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlar ləğv olunub

BAKI, 3 dekabr – Sputnik. Azərbaycanda iki qanun ləğv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların ləğv edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihənin qeyd hissəsində bildirilir ki, “Tibbi sığorta haqqında” qanunda "İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda nəzərdə tutulmuş sığorta haqqından ayırmaların icbari tibbi sığortanın maliyyə mənbələri sırasından çıxarılması təklif edilib.

Adıçəkilən qanunların ləğvi “Tibbi sığorta haqqında” qanunda dəyişikliklər edilməsi ilə bağlıdır.

Sənəd səsə qoyularaq qəbul edilib.

106