Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov

Bakıda Məmmədyarovla Lavrovun görüşü keçirilir

18
(Yenilənib 13:36 03.12.2019)
Görüşdə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq, nazirlər, həmçinin, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 dekabr - Sputnik. Bakıda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında görüş keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, görüş Azərbaycan Xarici İşlər Nazirliyində baş tutub.

Qeyd edək ki, görüşdə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq, nazirlər, həmçinin, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər.

Bundan əlavə, Azərbaycan və Rusiya XİN-ləri arasında 2020-ci il üçün məsləhətləşmə planın da imzalanması planlaşdırılır.

Qeyd edək ki, dekabrın 2-dən ölkəmizdə səfərdə olan S.Lavrov dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

18